Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb
Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Mərasimdə çıxış edənlər Elman Hüseynovun həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevralın 28-də Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində, 1968-1973-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisası üzrə təhsil alıb. Elman Hüseynov 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatı İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Azadqaraqoyunlu kəndində dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il yanvarın 15-də imzaladığı Fərmanla mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Tədbirdə Elman Hüseynovun döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Milli Qəhrəmanın oğlu Emin Hüseynov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin Qurultayı xalqlar və dinlər arasında dialoqun və ə...
18 Avqust
Kikboksçumuz Fərid Ağamoğlanov İslamiadada qızıl medal qazanıb
18 Avqust
"YAŞAT" düşərgəsində unudulmaz gün
18 Avqust
Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub
18 Avqust
Rusiyadan 225 kiloqram qızıl çıxarmağa cəhd edən Ermənistan vətəndaşları saxlanılıb
18 Avqust
Prezident İlham Əliyev Efiopiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edi...
18 Avqust
Məktəb direktorları, direktor müavinləri və müəllimlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən ...
18 Avqust
Həftəsonunadək hava durğun və bürkülü olacaq
18 Avqust
Prezident İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəb...
18 Avqust
Prezident İlham Əliyev Çadın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YEN...
18 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!