26 Sentyabr 2025 08:27
421
SİYASƏT
A- A+
Tərəfsiz siyasət, diplomatik məharət 

Tərəfsiz siyasət, diplomatik məharət 


İlham Əliyevin yüksələn qlobal nüfuzu Azərbaycanı beynəlxalq arenada söz sahibinə çevirib


İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirib. Yəni hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirib. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təklifləri verir. 

Ümumiyyətlə, Azərbaycanın müasir tarixində Prezident İlham Əliyev ölkənin siyasi həyatında və beynəlxalq əlaqələrində mühüm rol oynamağa davam edir. Onun rəhbərliyi altında Azərbaycan yalnız regionda deyil, eyni zamanda qlobal miqyasda da mövqeyini gücləndirib, beynəlxalq əlaqələrdə əhəmiyyətli bir oyunçuya çevrilib. 

İlham Əliyevin qlobal nüfuzu yalnız onun rəhbərliyi altında həyata keçirilən islahatlar və diplomatik uğurlarla deyil, həm də Azərbaycanın strateji mövqeyindən düzgün istifadə etməsi ilə əlaqədardır. Qlobal lider kimi o, Azərbaycanın inkişafına dair ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək, ölkəni beynəlxalq aləmdə güclü və nüfuzlu bir dövlətə çevirməyi bacarıb. Bu xüsusda Azərbaycan öz liderinin vizyonu ilə dünyada söz sahibinə çevrilməkdədir.

İlham Əliyevin artan qlobal nüfuzu bir tərəfdən Azərbaycanın strateji mövqeyini möhkəmləndirərkən, digər tərəfdən də onun liderlik keyfiyyətlərini və diplomatik bacarıqlarını önə çıxarır. 

Qarabağ Zəfəri həm də Azərbaycanın gücünü və müstəqil xarici siyasətini daha geniş qlobal səviyyədə tanıtdı və bu dövr ərzində Azərbaycanın Qərb və Şərq ölkələri ilə diplomatik əlaqələri daha da dərinləşdi.

Azərbaycanın BMT, ATƏT, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda fəal iştirakı onun qlobal siyasətdəki rolunu artırır. Azərbaycanın bu təşkilatlarda mövqeyi onun həm regional, həm də qlobal məsələlərə təsir göstərən bir ölkə olduğunu göstərir.

Azərbaycanın qlobal mövqeyi onun enerji siyasəti, diplomatik əlaqələri, regional gücü və beynəlxalq təsiri ilə möhkəmlənir. Bu həm Azərbaycanın iqtisadi və siyasi gücünü artırır, həm də onu dünya miqyasında mühüm bir oyunçuya çevirir.

Təkcə son illərdə Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir. 

Bu gün İlham Əliyevin şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Buna misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüsləri, mühüm təklifləri göstərmək olar. 

Dünyanın ən güclü dövləti sayılan ABŞ-nin Prezidenti Donald Tramp kimi şəxsin Azərbaycan Prezidentinin III Şuşa Qlobal Forumundakı çıxışını "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşması da deyilənlərin təsdiqidir. 

Həmçinin avqustun 8-də Vaşinqtonda keçirilən ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə Donald Trampın İlham Əliyevə xitabən "Siz böyük lidersiniz" ifadəsini işlətməsi bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti dünyanın qlobal liderlərindən biri kimi qəbul olunur. Bu fikirlər həm də Azərbaycana, onun müdrik rəhbərinə verilən ən yüksək dəyər və qiymətdir. 

Bütün bunlar böyük dövlətlərin, dünyanın tanınmış şirkətlərinin Azərbaycana olan marağını get-gedə daha da artırır. 

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyasının 80-ci sessiyasında iştirak üçün ABŞ-yə işgüzar səfər edən İlham Əliyevin orada keçirdiyi görüşlər də bunu söyləməyə əsas yaradır. İlham Əliyev dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və "Blackstone" şirkətinin prezidenti, baş əməliyyat direktoru Conatan Qrey ilə görüşləri onu deməyə əsas verir ki, dünyanın ən böyük maliyyə qurumları Azərbaycanla işbirliyində maraqlıdırlar. 

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında İlham Əliyev həmçinin Finlandiya Prezidenti Aleksandr Stubb, Keniya Prezidenti Samoei Ruto, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşlər keçirib, eləcə də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Nyu Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə iştirak edib. Qarşı tərəflərin müraciəti əsasında keçirilən bu görüşlər bir daha onu deməyə əsas verir ki, dünyanın əksər dövləti və tanınmış qlobal şirkətləri Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. 

Sentyabrın 23-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək.

Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən tədbir zamanı ABŞ Prezidenti Donald Trampla Prezident İlham Əliyev arasında səmimi dialoq yaşanıb. Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva özünün "İnstaqram" hesabında paylaşıb. Videoda Donald Tramp çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin 20 il davam etdiyini, Prezident İlham Əliyev isə xatırlatma edərək, münaqişənin 30 il çəkdiyini və ABŞ Prezidentinin səyləri nəticəsində başa çatdığını bildirib. Bu səmimi dialoq tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Bu, əlbəttə ki, Donald Trampla İlham Əliyev arasında olan isti münasibətdən qaynaqlanır. Məhz İlham Əliyevin beynəlxalq toplantıya dəvət edilməsinin əsas səbəbi onun rəhbərliyi altında Azərbaycanın qlobal miqyasda güclü, müstəqil və balanslı bir siyasət yürütməsidir. 

Əminliklə söyləyə bilərik ki, İlham Əliyevin diplomatik bacarıqları, regional və beynəlxalq məsələlərdəki fəallığı, Azərbaycanın enerji və təhlükəsizlik sahəsindəki mövqeyi, həmçinin müxtəlif dünya gücləri ilə balanslı əlaqələri onu beynəlxalq aləmdə yüksək səviyyədə tanınan bir liderə çevirib. 

Dünya nizamının özünün çətin dövrünü yaşadığı zamanda, güclü ölkələrin zəiflər üzərində hökmranlığını həyata keçirməyə çalışdığı dövrdə Azərbaycan əlaqələrini davamlı şaxələndirir, enerji siyasətini daha da genişləndirir və bununla da tərəfdaşlarının sayını artırır. 

Prezident İlham Əliyevin müstəqil siyasəti, xarici diplomatiyası Azərbaycana etibarlı tərəfdaşlar və bütün bunların fonunda hərtərəfli dividendlər qazandırır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!