24 Avqust 2025 10:34
618
CƏMİYYƏT
A- A+
Təbiətin səsi, ilahi nəğməsi

Təbiətin səsi, ilahi nəğməsi

 

 Qoynunda dünyaya göz açdığımız və ömür sürdüyümüz ana təbiət bizi heyran edən sirlərlə, möcüzələrlə doludur. Tarixini araşdırdıqca, keçmişini vərəqlədikcə görürük ki, onlar bir-birindən çox-çox qədimdir, uludur. Sanki ataların illərcə, əsrlərcə əvvəl səfər etdikləri, gedib-gəldikləri rahat, rəvan karvan yoludur. Babaların xoşbəxtlik dünyasına uzandıqca uzanan, torpaq, yurd uğrunda vuruşduqca vuruşan, həmişə də qalib gələn, zəfər qazanan heç vaxt yorulmayan, gücdən düşməyən qoludur.

Yəqin elə buna görə də gördüyümüz möcüzələr, sirlər hər addımda bizi özünə çəkir, heyran edir. Bu heyranlığı duyanda, görəndə fikrimiz bir anın içində qanadlanıb üzü gələcəyə doğru uzanır. Getdikcə yolboyu təbiətdən gələn bir-birinə bənzəməyən səsləri eşidir, möcüzələri, sirləri görür. Gördüklərindən də ürəyi qürurlanır, gözlərindən ətrafa sevinc qarışıq fərəh saçılır.  

Möcüzələrlə, sirlərlə dolu ana təbiətin qoynundakı bütün canlıların, cansızların, əşyaların bir-birini təkrarlamayan avazı, səsi var. Bir-birindən odlu-alovlu, isti, ilıq nəfəsi var. Harayı, ruha dinclik gətirən pıçıltısı, xışıltısı, ürəyi sızladan naləsi var. Yaratmağa, yaşatmağa sonsuz güclü həvəsi var. Minbir rəngə çalan, zövqümüzü oxşadıqca oxşayan haləsi var. 

Təbiətin qoynunda asta-asta addımladıqca ətrafımızı gözəlləşdirən, bənzərsizləşdirən mənzərələri seyr etdikcə, gördüyümüz hər otun, hər çiçəyin, hər ağacın, hər yarpağın, bütün varlığın səsini eşidirik. Bir-birini təkrarlamayan, bir-birinə bənzəməyən bu səslər yaddaşımızın dərinliyinə hopa-hopa ürəyimizə axır, vücudumuza bir rahatlıq gətirir. Sehrinə daldığımız, heyranı olduğumuz bu səslər hamımız üçün olduqca doğma və əzizdir. Başı qarlı dağlardan süzülüb gələn bulaq suyu kimi pakdır, təmizdir.

 Sanki bu səslər anamız təbiətə şirin-şirin laylay çalır, hərdən də hövsələdən çıxanda onu xoş sözlərlə ovudub könlünü alır. Bu qarışıq səslər sanki bir göz qırpımında qəlbimizdə gözəl musiqiyə çevrilir. Elə ilk andan da xoş təsir bağışlayır, ürəyə yatır, sevildikcə sevilir. Amma elə də olur ki, bəzən hansısa gözəgörünməz bir qüvvə qəflətən baş qaldıraraq onun qarşını kəsir. Həmin anlarda ürəklərə, qəlblərə soyuq küləklər əsir. Əsən küləklər sanki hansısa bir xəbəri ünvanına çatdırmağa tələsir. 

Təbiətin qoynunda gəzib dolandıqca eşitdiyimiz bir-birinə bənzəməyən səslər bizə ən gözəl, ən dəyərli, ən lətafətli və təravətli musiqini xatırladır. Bu musiqi bizə dinclik verir, ruhumuza rahatlıq qatır, bir anın içində qəlbimizdəki acılı-şirinli xatirələrimizi oyadır. Ayaq saxlayıb bu səslərə qulaq kəsilirik. Düşünürük ki, yarpaqların həzin pıçıltısı, bulaqların zövqümüzə zövq qatan, ruhumuzu oxşadıqca oxşayan, könlümüzə sığal-tumar çəkən sərinliyi, çayların əbədi nəğməni xatırladan şırıltısı, yaşıl çəmənlikdə baş-başa verib mürgüləyən çiçəklərin asta səslə eşidilən pıçıltısı musiqi deyilmi? Eşitdiyimiz bu səslər daim ruhumuzu qidalandırır, ovqatımıza ovqat qatır, ürəyimizdə, qəlbimizdə musiqiyə qarşı heç vaxt sönməyən ocaq çatır.

İndiyə qədər təbiətin qoynundan dünyaya yayılan bu gözəl, bənzərsiz səsləri hansımız eşitməmişik ki? Onlara hansımız heyran olmamışıq ki? Bu səsləri eşidəndə hansımız kövrəlib dolmamışıq ki? Bu bənzərsiz səsləri dinləyəndə hansımız ona heyran qalmamışıq ki? Həmin xoş səslərin qanadında hansımız acılı-şirinli düşüncələrə dalmamışıq ki?

Təbiətdən gələn bir-birinə bənzəməyən bu səslər yavaş-yavaş qəlbimizə, ürəyimizə hopduqca musiqidən də yüksəklərə yüksələrək ilahi nəğməyə çevrilir. Bu nəğmə bir an içində könülləri fəth edə-edə göylərin dərinliyinə çəkilir. İlahi nəğmənin səsini ulduzlar da, Ay da, Günəş də eşidir. Səmanın dərinliyindən daim təbiətin gözəl səslərindən yaranan, bənzərsizlikdən daranan ilahi nəğmələr kəsilmək bilmir. Bu səsə heyran qalan buludlar qol götürüb oynayır, ildırım gurultusu, nəriltisi ilə ona əl çalır, şimşək isə gecələr onun üstünə işıq saçır. Dünyamız hər gün səhər-səhər mürgülü gözlərini bu ilahi nəğmənin sədaları altında gülümsünə-gülümsünə açır.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!