Tbilisidə professor Hafiz Paşayevin gürcü dilinə tərcümə edilmiş “Bir səfirin manifesti” kitabının təqdimatı olub
Mayın 19-da Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin gürcü dilinə tərcümə edilmiş “Bir səfirin manifesti” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Gürcüstandakı səfirliyinin, ADA Universitetinin əməkdaşları, GMEA-nın, Gürcüstanın Təhsil və elm, Xarici İşlər nazirliklərinin rəhbərliyi, ictimai-siyasi xadimlər, elm adamları iştirak ediblər.
GMEA-nın prezidenti, akademik Qiorqi Kvesitadze kitab haqqında danışıb, səfir Hafiz Paşayevin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xaricdə ölkəmizin təmsil olunması, düzgün tanıdılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. O deyib ki, bu kitab oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından çox önəmlidir.
Akademikin sözlərinə görə, bu cür təşəbbüslər, həmçinin ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin inkişafına xidmət edir.
Professor Hafiz Paşayev çıxış edərək “Bir səfirin manifesti”nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı, öz daxili hisslərini və düşüncələrini qələmə aldığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri olduğunu xatırladan Hafiz Paşayev diqqətə çatdırıb ki, kitabda bu iki ölkə arasında münasibətlərin yaranması və inkişafına dair mülahizələr toplanılıb. O vurğulayıb ki, yaxşı diplomat, ilk növbədə ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış olurlar.
GMEA-nın vitse-prezidenti Roin Metreveli çıxış edərək, Azərbaycan-Gürcüstan münasibətlərindən danışıb. Müstəqilliyimizin bərpasından sonra məhz Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrik siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlərin yeni müstəvidə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərində inkişafına xidmət edir.
Gürcüstan təhsil və elm nazirinin müavini Nodar Papukaşvili bu kitabın əslində gürcü diplomatların ABŞ haqqında məlumat alması üçün əhəmiyyətli olduğunu bildirib.
Tədbirdə, digər çıxış edənlər də “Bir səfirin manifesti” kitabının əhəmiyyətindən danışıblar. Bildirilib ki, nəşrdə diplomatların yararlana biləcəyi çox dəyərli məlumatlar var. Kitab diplomatiya sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli vəsaitdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
20 Aprel
Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan...
20 Aprel
ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb ...
20 Aprel
Bakıda Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı keçirilir YENİLƏNİB
20 Aprel
Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır ...
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!