12 Fevral 2026 09:10
414
İQTİSADİYYAT
A- A+
Taxıl, üzüm, kartof

Taxıl, üzüm, kartof


Tovuz kəndlisinin əsas qazanc mənbəyidir


Ölkənin qərb bölgəsində yerləşən böyük rayonlardan biri də Tovuzdur. Gözəl təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri olan rayonun insanları olduqca işgüzardır. 

Tovuzda kənd təsərrüfatının bütün sahələrinin inkişafı istiqamətində əməli addımlar atılır. Bunun nəticəsidir ki, keçən il təsərrüfat sahibləri 131211 hektar əkinəyararlı torpaq sahəsindən maksimum istifadə edərək bol məhsul yetişdirmişlər. Əvvəlki illərdə olduğu kimi, ən çox diqqət taxıl istehsalına yönəldilmişdir. Ümumilikdə 11318 hektarda taxıl əkilmişdir ki, onun da 9313 hektarı payızlıq buğda, 2005 hektarı payızlıq arpa olmuşdur. Fermerlər 1318 hektar sahədə taxıl biçini apararaq zəmilərdən 46302 ton məhsul götürmüşlər. Onlar 9313 hektar sahənin hər hektarından 41,7 sentner olmaqla 38802 ton buğda, 2005 hektar sahənin hər hektarından 37,4 sentner olmaqla 7500 ton arpa biçmişlər. 

Taxılçılar cari ilin məhsulu üçün də səylə çalışırlar. Cari ilin məhsulu üçün 14325 hektara payızlıq taxıl səpilmişdir. Onun 12177 hektarı payızlıq buğda, 2148 hektarı payızlıq arpadır. Bu günə qədər 8148 hektarda suvarma aparılmışdır. 

Rayonda iqtisadi cəhətdən gəlirli olan üzümçülüyün də inkişafına diqqətlə yanaşılır. Hazırda Tovuzda 1185 hektar üzüm bağı mövcuddur və bunun 1099,5 hektarı barverən, 85,5 hektarı gənc bağlardır. Bağların 775 hektarında süfrə, 410 hektarında texniki üzüm sortları yetişdirilir. Söz düşmüşkən qeyd edək ki, keçən il barverən sahələrin hər hektarından 285,5 sentner olmaqla ümumilikdə 31395 ton məhsul toplanmışdır. Bu günlər bağbanların işi daha çoxdur. Onlar sahələrdə yeni bağların salınması, qış budaması, xəstəlik və zərərvericilərə qarşı mübarizə, cərgə aralarının şumlanması və digər aqrotexniki işlər aparırlar. 

Tovuzda 2365,7 hektar sahədə meyvə və giləmeyvə də yetişdirilir. Onlardan 1718 hektarı barverən, 647,7 hektarı bar verməyəndir. Ötən il barverən sahələrin hər hektarından 176,4 sentner olmaqla 30300,7 ton məhsul yığılmışdır. Bu günlər sahələrdə yeni bağların salınması, budama, cərgə aralarının şumlanması və digər aqrotexniki işlər aparılır. 

Tovuzlular kartofçuluqda da yüksək göstəricilərə nail olurlar. 2025-ci ildə rayonda 4492 hektarda kartof əkilmiş, hər hektardan 304,6 sentner olmaqla 136803,1 ton məhsul yığılmışdır. Hazırda fermerlər kartof və digər tərəvəz bitkiləri əkiləcək sahələri şumlayır, bəzi ərazilərə kartof toxumu səpilir. İndiyədək 150 hektar sahədə səpin aparılmışdır. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!