Tariximizin nişanəsi - Bayıl qalası
Qədim abidələr Azərbaycan tarixinin nişanələridir. Əsrlər onlara təsirsiz keçib getməyib. Bir çoxu günümüzə ya tamamilə, ya da qismən dağılmış vəziyyətdə çatıb. Bəziləri göz önündə olsa da, elələri var ki, uzun illər sirr kimi qalır. Təbiət hadisələrinin və ya müharibələrin gətirdikləri bəlalar, fəlakətlər səbəbindən itib-batır. Bəzən təsadüf nəticəsində, əkin və ya qazıntı işləri aparılarkən əcdadlarımızın gündəlik həyatda istifadə etdikləri məişət əşyalarının qalıqları, zərgərlik məmulatları və digər nümunələr aşkarlanır.
Onları araşdıran mütəxəssislər tarixin müəyyən dövrləri barədə məlumatlar verirlər. Bəzən isə yerin altında qalmış evlər, şəhərlər üzə çıxır. Haqqında danışacağımız abidə isə torpağın deyil, suyun altında qalıb. Zaman-zaman Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə gah dənizin üzünə çıxan, gah da sulara qərq olan həmin memarlıq abidəsi Bayıl qalası, yaxud Bayıl qəsri adlanır. Mənbələrdə bura başqa adlarla - "Sualtı şəhər", "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və başqa adlar ilə xatırlanıb. Elmi ədəbiyyatda isə daha çox "Bayıl qəsri" kimi qeyd olunur.
Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan bu abidə Bakının Bayıl burnu yaxınlığında, Karvansara adasında yerləşir.
Bu abidə XIII əsrin yadigarıdır. Belə ki, indi dəniz sularının altında qalmış tarixi memarlıq abidəsinin inşasına 1234-cü ildə - dünyanın qarışıq vaxtlarında başlanılıb. Monqol yürüşləri bütün Yaxın Şərqi vəlvələyə saldığı illərdə davam edən tikinti işləri 1235-ci ildə yekunlaşıb. Bu möhtəşəm abidə inşa edənlərin ümid etdiyi kimi, əsrlər boyu əzəmətlə dayana bilmədi. Sahilə yaxın adada tikilən qəsrin ömrü çox qısa sürdü. Araşdırıcıların qənaətincə, 1306-cı ildə baş verən güclü zəlzələ onun dənizdə batmasına səbəb oldu.
Aradan əsrlər gəlib-keçdi. Xəzər dənizinin səviyyəsi yenidən endi. Və Bayıl qəsri su üzündə görünməyə başladı. Araşdırıcıların əksəriyyətinin fikrinə əsaslanaraq deyə bilərik ki, dörd əsrdən artıq Xəzər suları altında, gizlində qalmasaydı, bu qalanın da Abşeronun bir çox abidələri kimi izi belə itəcəkdi.
O da bildirilib ki, Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı imiş. Bayıl qəsrinin ortasında daş döşəməli meydançada monumental bir tikilinin özülü aşkarlanıb. Bir sıra tədqiqatçılar həmin yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını qeyd ediblər. Araşdırıcıların əksəriyyəti onu atəşgah və ya məbəd qalıqları hesab edirlər. XII-XIII əsrlərdə möhkəm qəsr, qala liman olaraq inşa edilən, Bakının dənizdən qorunmasında müstəsna yer tutan Bayıl qəsrinin daha qədim bir memarlıq kompleksinin özülləri üzərində ucaldılması ehtimalları da mövcuddur.
Mütəxəssislər bildiriblər ki, Dərbənd qalası, Şamaxı qalası, Bakı qalası, Gülüstan qalası və Qəley-Buğurt qalasında olduğu kimi, Bayıl qalasının memarlıq tərtibatında da bədii daş relyeflərdən, yonma daş fiqurlardan istifadə olunub.
Bayıl qəsrinin on beş qülləsi var ki, onlardan yalnız şimal-qərbindəki və cənubundakı iki qüllə dairəvi formadadır və içərisi boşdur. Digər qüllələrin isə içərisi bütövdür və hamısı yarımdairə şəklindədir.
Tariximizin izlərini özündə əks etdirən abidələrdən biri olan Bayıl qalasının üzə çıxmasından və tədqiqinə başlanmasından uzun illər ötür. Abidənin Xəzər dənizinin dibində olması isə elm aləminə çoxdan məlum idi. Hələ 1782-ci ildə rus xəritəçiləri tərəfindən tərtib edilmiş Bakı limanının xəritəsində "Bayıl daşları"nın sudan çıxmağa başladığı qeyd olunub. 1848-ci ildə Bakıda olmuş görkəmli rus şərqşünası İ.N.Berezin və Azərbaycanın görkəmli alimi Abbasqulu ağa Bakıxanov da Bayıl tərəfdə dənizin içərisindəki tikinti qalıqları haqqında maraqlı məlumatlar veriblər.
Qəsrin ərazisində 1939-1969-cu illərdə həyata keçirilən arxeoloji tədqiqat nəticəsində divar uçuqları altından və su dibindən 700-dən çox yazılı daş tavalar çıxarılıb.
Tədqiqatçılar Bayıl qəsrinin daş kitabələrində 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyub. Eyni zamanda digər müxtəlif məlumatlar aşkarlayıblar. Həmin kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunub.
Araşdırmalar zamanı abidənin dövrünü təsdiqləyən materiallar da aşkarlanıb. Belə ki, bəzi daşların üzərində hicri 632-ci il tarixi yazılıb. Bu da miladi 1232-1235-ci illərə müvafiqdir. Bundan başqa, ərazidən 1939-cu ildə tapılan mis pullar üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin (1180-1225) adları həkk olunub.
Tədqiqatlar nəticəsində əldə olunan dəyərli faktlardan biri də kitabə daşlarından birində Bayıl qəsrinin "Bəndər qələ" adı ilə verilməsidir. Liman qala olan bu adın Bayıl qalasının baş funksiyalarından birini aydınlaşdırdığı bildirilib. Məlumata əsasən, Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olub, Şamaxı qalasının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni Bakı qalasının müdafiəsində Bayıl qalası daşıyıb.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya tə...
01 May
Azərbaycan Respublikası Prezidentinin "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasna...
01 May
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
30 Aprel
Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət d...
30 Aprel
BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərqdə təhlükəli eskalasiyaya səbəb ola bilər...
30 Aprel
Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb
30 Aprel
ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub
30 Aprel
Frank Şvabeyə AŞPA-nın bütün üzvləri adından danışmaq hüququnu kim verib?! – Sevil Mikayılova...
30 Aprel
Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata ...
30 Aprel
Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar
30 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!