Frank Şvabeyə AŞPA-nın bütün üzvləri adından danışmaq hüququnu kim verib?! – Sevil Mikayılova
Almaniyalı deputat Frank Şvabenin təxribat xarakterli açıqlaması məntiqsiz və siyasi etikadan kənardır. Almaniyalı deputatın bu bəyanatları onun hansı maraqlara xidmət etdiyini açıq şəkildə sərgiləyir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova əlavə edib ki, Frank Şvabe çirkin ittihamlarla suveren dövlətə qarşı kampaniya başlatmağa cəhd göstərir. AŞPA-da Azərbaycan düşməni kimi tanınan deputat Frank Şvabe geniş ictimaiyyətə çoxdan tanışdır. AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklifini də o vermişdi.
“Günümüzün reallığı ondan ibarətdir ki, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları formalaşıb. Həmin qruplar müxtəlif maraqlara xidmət edirlər və öz məqsədlərinə nail olmaq üçün yalan informasiyalardan istifadə edirlər, qərəz və təzyiq kampaniyaları aparırlar.
Erməni lobbisinin simpatiyasını qazanmaq arzusunda olan Şvabe diplomatiyanı, siyasəti və etik normaları unudaraq növbəti dəfə çirkli sifarişi yerinə yetirir”, - deputat deyib.
S.Mikayılova əlavə edib ki, Avropa Şurasının islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrildiyi ortadadır. Frank Şvabe onlardan biridir. Növbəti dəfə də onun Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi təsadüfi deyil.
“Avropalı parlamentarinin nəzərinə çatdırmaq istərdik ki, məhkəmə sisteminin nə olduğunu və heç kimin məhkəmənin işinə qarışmamalı olduğunu qavrasın. Xüsusilə də, söhbət Şvabe ilə heç bir əlaqəsi olmayan bir ölkədən gedirsə! Heç bir fəaliyyət, nə insan hüquqları, nə də jurnalistika prinsipləri qanunlara əməl etmək öhdəliyindən azad etmir! Almaniyada və eləcə də bütün Avropada bu belədir.
Əgər Şvabe bu əsas meyarları başa düşmürsə, o zaman sual yaranır ki, nüfuzlu təşkilat olan AŞPA-da belə bir siyasətçinin nə işi var? Frank Şvabeyə AŞPA-nın bütün üzvləri adından danışmaq hüququnu kim verib?!
Şvabe demokratiya, qanunun aliliyi və digər yüksək anlayışlardan danışsa da, alman siyasətçi heç vaxt deməyib ki, işğalçı Ermənistandır. Şvabe kimilər üçün qanunun aliliyi yox, alacağı “qonorar”lar önəmlidir”, - Mikayılova vurğulayıb.
S.Mikayılova əlavə edib ki, Şvabenin bu tipli qərəzli açıqlamaları eyni zamanda, Almaniya-Azərbaycan münasibətlərinə də zərbə vurur:
"Azərbaycan Avropanın mühüm tərəfdaşıdır, lakin eyni zamanda, bəzi siyasətçilər, Aİ ilə Azərbaycan arasında münasibətləri hər cür yolla korlamağa çalışırlar.
Şvabe və onun kimi ikiüzlü siyasətçilər öz ölkələrinin və Avropanın maraqlarını ayaq altına ataraq destruktiv siyasət aparırlar".
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib
21 May
Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib ...
21 May
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb ...
21 May
Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub
21 May
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb
21 May
Tərtər rayonunda mina hadisəsi baş verib
21 May
RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək ...
21 May
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub
21 May
Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib
21 May
Kubada birgünlük matəm elan edilib
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!