30 Aprel 2024 20:17
371
SİYASƏT
A- A+

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar

 

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə aprelin 30-da BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransın “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” adlı üçüncü panelində ənənəvi zonalar və ekoloji təsirlər, iqlim dəyişikliklərinə qarşı mədəni davamlılıq, sosial-iqtisadi amillərin qarşılıqlı təsiri, siyasi müdaxilələr və davamlı həllər mövzuları üzrə müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Korsika Assambleyasının sabiq prezidenti, “Nazione” müstəqillik hərəkatının üzvü, Bakı Təşəbbüs Qrupunun üzvü Jan Gi Talamoninin moderatorluğu ilə keçirilən tədbirdə müstəqil Martinika uğrunda ətraf mühit tərəfdarları və demokratlar hərəkatının sədr müavini, Bakı Təşəbbüs Qrupunun üzvü Klodet Düamel, Yeni Kaledoniya parlamentinin qadın hüquqları və ailə komitəsinin sədr müavini Marelin Sakiia, Korsikanın Poggio di Venaco şəhərinin meri, “Nazione” müstəqillik hərəkatının və Bakı Təşəbbüs Qrupunun üzvü Jan Mark Rodrige, Tavini Huiraatira partiyasının siyasi məsələlər üzrə direktoru Riçard Tuehivana və həmin partiyanın baş katibi Viktor Mamatuaiahutapu çıxış ediblər. Onlar mövzularla bağlı ətraflı məlumat veriblər. Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə mövcud vəziyyət haqqında danışılıb.

Sonda konfrans iştirakçıları Bakı Təşəbbüs Qrupuna fəaliyyətində uğurlar diləyib, müstəmləkə altında olan ölkələrə, hüquqları tapdanan xalqların problemlərinə diqqət ayırdığına görə quruma təşəkkür ediblər.

Sonda Bakı Təşəbbüs Qrupunun təklifi ilə ATƏT-in media azadlığı nümayəndəliyinə, eləcə də onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna açıq məktub ünvanlanıb.

Qeyd edək ki, konfransda Bakı Təşəbbüs Qrupunun müstəmləkə altında olan ölkələrdə rastlaşılan problemlər, polis zorakılığı barədə videoçarx nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video