28 Sentyabr 2025 08:55
561
CƏMİYYƏT
A- A+
Tarix yazan igidlər

Tarix yazan igidlər


Ermənilərin təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşan və şəhid olan oğullarımızdan biri də Adəm İlqar oğlu Əliyevdir. Onun keçdiyi şərəf dolu ömür yollarını vərəqləyəndə öyrəndik ki, 19 noyabr 2000-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində dünyaya göz açıb. İki yaşı olanda, 2002-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Kürdəmir rayonuna köçməli olublar. Tofiq İsmayılov adına 1 nömrəli orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından idmana böyük maraq göstərib, kinqboks və karate ilə məşğul olub.

2018-ci ildə orta məktəbi bitirdikdən sonra Adəm Əliyev Bakı şəhərinə üz tutaraq həmişə arzusunda olduğu əczaçılıq kursuna yazılıb. 2019-cu ildə kursu uğurla başa vurub. Elə həmin il də hərbi xidmətə çağırılıb. Böyük həvəslə, yüksək ovqatla Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirməyə yollanıb. Xidmətinin elə ilk günlərindən hərbi sirləri dərindən öyrənməyə başlayıb. Nizam-intizamlılığı ilə bərabər, təlim-məşqlərdə də seçilən əsgərlərdən biri olub. Silahların atış qaydalarını yaxşı mənimsədiyinə görə Adəmin atdığı güllələr heç vaxt hədəflərdən yayınmayıb. Buna görə də həmişə atış çalışmalarında müsbət nəticələr göstərib. Gənc əsgər kursunu başa vurduqdan sonra xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində davam etdirib. 

Hərbi xidmətə olan böyük həvəs Adəm Əliyevi həmişəlik olaraq orduya bağlayıb. Vətən qarşısındakı övladlıq borcunu uğurla başa vurduqdan sonra Silahlı Qüvvələrin sırasında qalmaq qərarına gəlib. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kursunu uğurla keçib. Kurs zamanı hərbi biliklərə daha da dərindən yiyələnib, peşəkarlığını, təcrübəsini daha da artırıb. Bütün müsbət cəhətlərini nəzərə alan komandanlıq onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirməyə razılıq verib. 

27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində 44 günlük Vətən müharibəsi başlayanda əsgər Adəm Əliyev düşmən hücumlarının qarşısını alanların sırasında olub. Döyüşlərin elə ilk dəqiqələrindən silahını sinəsinə sıxaraq cəsarətlə vuruşmağa, yurdumuzu müdafiə etməyə başlayıb.  Təəssüflər olsun ki, cəsur əsgərin döyüş yolu elə də uzun çəkməyib. İkinci Qarabağ müharibəsinin başladığı günün səhərisi, sentyabrın 28-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Döyüş yolu qısa olsa da, cəsarətlə, mərdliklə vuruşub, əks-hücum əməliyyatları zamanı böyük igidlik və qəhrəmanlıq göstərib. Əsgər Adəm Əliyev Vətən müharibəsində Kürdəmirin ilk şəhidi olub. 

İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Adəm İlqar oğlu Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Şəhid Adəm Əliyev yaxınlarının və doğmalarının yaddaşında və  ürəklərində yaşayır. Onun haqqında acılı-şirinli xatirələrə qulaq asdıqca Adəm sanki gözlərimiz qarşısında daha da böyüyür, daha da ucalır. Anası Akifə xanım 20 yaşlı oğlunun döyüşdə göstərdiyi qəhrəmanlığından, igidliyindən və şücaətindən böyük qürur və fəxrlə danışır. Ana kövrək hisslərə toxunaraq deyir ki, arzuları yarımçıq qalan övladının itkisini dilə gətirmək onun üçün çox çətindir: "İki oğlum var, uşaq yaşlarından onları təkbaşına böyüdüb, boya-başa çatdırmışam. İki qardaş ağılları kəsəndən əzab-əziyyət görüblər. Adəm kiçik yaşlarından evcanlı, ailəcanlı uşaq idi. 15 yaşından səhər məktəbə gedərdi, günortadan sonra işləyib pul qazanardı ki, mənə kömək eləsin. Kənd həyatını çox sevirdi. Tez-tez "Mən baytar olacağam", - deyirdi. Mən də buna etiraz etmirdim". 2016-cı il Aprel döyüşlərində həmyerlisi, Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbubəkir İsmayılovun şəhid olması Adəmi çox sarsıtmışdı. Bir gün mənə yaxınlaşıb dedi ki, ana, Əbubəkrə şeir həsr etmişəm. Oğlumun ürəyində dolaşan Vətən sevgisi məni çox sevindirirdi. Ümid edirdim ki, Adəm gələcəkdə igid, qəhrəman bir oğlan olacaq. Sağ olsun, döyüşlərdə göstərdiyi şücaəti və hünəri ilə ümidlərimizi doğrultdu". 

Akifə xanım kövrəldiyindən danışığına ara verdi. Bir azdan sözünə davam edərək dedi ki, şəhid olandan sonra gündəliyini tapıb. Necə olmuşdusa, məzuniyyətə gələndə evdə qoymuşdu. Adəmin Fuad adlı bir dostu 2018-ci ildə şəhid olmuşdu. Xidmətə gedəndən sonra zəng vurub dedi: "Ana, bilirsən hara gəlmişəm, Fuadın şəhid olduğu yerdəyəm". Fuad uçquna düşmüşdü. Onu üç gündən sonra tapmışdılar. Dedi ki, Fuad tapılanda sağ olub, yollar yaxşı olmadığı üçün tibb məntəqəsinə çatdıra bilməyiblər... Gündəliyində ona müraciət edərək yazmışdı ki, Fuad, əgər sağ olsaydın, indi bir yerdə xidmət edərdik. Nə bilmək olar, bəlkə elə bir gün mən də sənin kimi şəhid olacam. İndi məzarları Fuadla yanaşıdır. Sonra o da hospitala çatdıranacan yolda şəhid olub. Adəm heç vaxt xidmətindən danışmazdı. Yanına getməyə də icazə verməzdi. Gündəliyini oxuyandan sonra bilmişəm ki, balam odun-alovun içində olub. Buna baxmayaraq, təyinatı gələndə sevindiyindən sanki qanad açıb uçurmuş. 

Şəhid anası oğlu ilə son dəfə sentyabrın 25-də danışıb. O günləri xatırlayan ana bunları söylədi: "Odur ki, ana, yuxarı qalxırıq, imkan olanda yığacağam, özündən muğayat ol. Sonra telefonuna zəng çatmadı. Sentyabrın 27-si müharibənin başladığını eşitdik. Adəm də döyüşlərdəydi. Oğlum müharibənin ilk səhifələrinə qanı ilə, göstərdiyi igidliyi ilə tarix yazdı. Sonra öyrəndik ki, sentyabrın 27-si silahdaşları ilə birlikdə Kəlbəcər istiqamətində döyüşə yollanıb. Şiddətli döyüşlər nəticəsində erməni işğalçılarının bir neçə postunu darmadağın ediblər. Ertəsi gün, sentyabrın 28-də  axşam saatlarında oğlumun şəhid xəbəri qapımızı döydü. Həmin gün ürəyimdən daş asılmışdı. O biri oğlum Arif elə hey məni sakitləşdirməyə çalışsa da, özümə gələ bilmirdim.  Adəmim arzusuna çatdı, şəhid oldu. Mən oğlumla fəxr edirəm, qürur duyuram. Yaxınları, dostları onun xatirəsini həmişə əziz tuturlar".

İkinci Qarabağ müharibəsində yalnız bir gün vuruşan, amma cəsarəti və hünəri ilə böyük qəhrəmanlıq göstərən Adəm Əliyev kimi oğullar heç vaxt unudulmayacaq. Onlar həm bugünkü, həm də gələcək nəsillər tərəfindən həmişə dərin hörmətlə yad ediləcək, ehtiramla xatırlanacaqlar.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!