Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə Avropa İttifaqının (Aİ) TAIEX texniki yardım aləti çərçivəsində Bakıda üçgünlük təlim başlayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqsəd mütəxəssislərə qurumun institusional çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində Aİ-yə üzv dövlətlərin ekspertlərinin texniki və sahəvi biliklər aşılamasıdır.
Təlimin əsas mövzuları telekommunikasiya xidmətləri bazarının təhlili, infrastruktura giriş və infrastrukturun paylaşılması modelləri, tənzimləyici öhdəliklərin icrası, internet provayderlərin bazara girişi üçün icazələrin verilməsi mexanizmi, istehlakçı hüquqlarının qorunması və müştəri məmnuniyyətidir.
Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İKTA ilə yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edirlər.
Əvvəlcə İKTA-nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova qurumun qısa müddət ərzində gördüyü işlər, layihə və gələcək planları barədə təqdimatla çıxış edib.
Daha sonra Rumıniyanın İKT üzrə milli tənzimləyici qurumu olan ANCOM-un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Katalina Draqomir uğurlu tənzimləyici qurum modeli, onun rolunun müəyyən edilməsi, məsuliyyət və hesabatlılığı, iş axınının planlaşdırılması, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də ictimaiyyətlə məsləhətləşmə prosesi barədə çıxış edib. Təşkilatın İnformasiya və müraciətlər şöbəsinin eksperti Katalina Stan isə telekommunikasiya istehlakçılarının hüquqlarının qorunması və məlumatlandırılması ilə bağlı təcrübəsini videokonfrans vasitəsilə təlim iştirakçıları ilə bölüşüb.
Macarıstanın Milli Media və İnformasiya Kommunikasiyaları Qurumunun Beynəlxalq əlaqələr və strategiya üzrə direktoru Ervin Kajzinger telekommunikasiya bazarında fəaliyyətə başlamaq üçün ümumi icazənin tətbiqi və elektron kommunikasiya üzrə Avropa tənzimləyicilərinin vahid qurumu sayılan BEREC-in məlumat bazası haqqında məlumat verib. Macarıstanın tənzimləyici orqanının baş eksperti Balaş Sekeli isə Azərbaycanda aydın və hərtərəfli 5G Strategiyasının işlənib hazırlanması üçün faydalı olan qabaqcıl Avropa təcrübəsini bölüşüb.
Növbəti günlərdə Estoniyanın İstehlakçı Hüquqları və Texniki Tənzimləmə Qurumunun nümayəndəsi Oliver Qailan müştəri təcrübəsi, ümumi icazələr və 5G Strategiyası, Sloveniyanın Kommunikasiya Şəbəkələri və Xidmətləri Agentliyinin (AKOS) eksperti Stanko Tasko infrastruktura giriş və infrastrukturun paylaşılması üzrə modellər, Rumıniyanın tənzimləyici qurumunun ekspertləri isə genişzolaqlı şəbəkə üzrə xəritələnmə və mobil əhatə dairəsi üzrə monitorinq sistemi ilə bağlı təqdimatlarla çıxış edəcəklər. Onlar ən yaxşı təcrübə nümunələrinin Azərbaycanın müvafiq sahədə hazırki və gələcəkdə qəbul ediləcək qanunverciliyə uyğunlaşdırılmasına dair tövsiyələr verəcək, Aİ-nin tənzimləyici çərçivəsinin tətbiqi sahəsində Azərbaycan üçün perspektivdə olan addımlar haqqında müzakirələr aparacaqlar.
TAIEX Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsidir. TAIEX Aİ qanunvericiliyinin yerli qanunverciliyə uyğunlaşdırılması, tətbiqi və icrası, həmçinin Aİ-nin ən yaxşı təcrübələrinin paylaşılmasını asanlaşdırmaq məqsədilə dövlət qurumlarını dəstəkləyir. TAIEX çərçivəsində təşkil edilən təlimlərin keçirilməsi üçün Aİ-yə üzv dövlətlərin tənzimləyici qurumlarının ekspertləri cəlb olunur.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Süni zəka itmiş şəxslərin tapılmasına kömək edəcək
Milli Məclisdə Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol hərəkəti qaydalarına ciddi riayət edin, piyadalara qarşı diqqətli davranın
Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib
Fransa ilə Əlcəzair arasında münasibətlər daha da pisləşir
Riçard Armitacın ailəsinə
Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb
Türkiyə nümayəndə heyəti DOST Mərkəzi, reabilitasiya və sosial xidmət müəssisələri ilə tanış olub
Türkiyə XİN: Yunanıstanın “Dəniz Məkanlarının Planlaşdırılması”nda göstərdiyi bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında iki məsələ müzakirə edilib
Hulusi Akar: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər səmimiyyətə və qardaşlığa əsaslanır
Dəməşqdə rejim dəyişəndən bəri 175 mindən çox suriyalı Türkiyəni tərk edib
Macar ekspert: “Aİ-nin Avropa Sülh Fondu” öz adını tam doğrultmur
Vato Şakarişvili: Prezident Mixail Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi olduqca mühüm hadisədir
Sel suları Ağsuda avtomobil yolunu yararsız hala salıb
Avstraliyanın ilk Azərbaycan musiqi qrupu Sidneydə konsert verib
Gəncə: leysanın törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görülür
Google axtarış sistemi bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!