16 Sentyabr 2025 08:25
529
SİYASƏT
A- A+
Suverenliyi tam təmin edən tarixi əməliyyat 

Suverenliyi tam təmin edən tarixi əməliyyat 


27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Düşmən həmin gün yeni ərazilərimizi ələ keçirmək məqsədilə ön mövqelərimiz üzərinə hücuma keçdi. Cəsur zabit və əsgərlərimiz silaha sarılaraq yurdumuzun müdafiəsinə qalxdılar. İllərdən bəri susmuş silahlar bir an içində gurladı, atəş səsləri yeri-göyü lərzəyə gətirdi. Ön mövqelərdə dayanmış hərbçilərimiz döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərərək ermənilərin işğalçı hücumlarının qarşısını aldılar. Qəsbkarlar geri sıxışdırılandan sonra da döyüşlər səngimədi. 30 ilə yaxın davam edən erməni işğalına son qoymaq məqsədilə torpaqlarımızın azadlığı uğrunda əks-həmlə əməliyyatlarına başlanıldı.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu 30 ilə yaxın ermənilərin işğalında qalmış şəhər və kəndlərimizi azad etdi. Üçtərəfli Bəyanata əsasən, döyüşlər zamanı ordusu darmadağın olunmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi işğal altında saxladığı Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlar aparılmadan, bir güllə belə atılmadan azad etməyi öhdəsinə götürdü. Rəsmi İrəvanın öhdəlikləri yalnız bundan ibarət deyildi. İkinci Qarabağ müharibəsinin məğlub tərəfi olan Ermənistan həm də Qarabağ ərazisində qalmış hərbi qüvvələrini Azərbaycanın əbədi-əzəli torpaqlarından çıxarmalı idi.

Təəssüflər olsun ki, rəsmi İrəvan erməni xislətindən irəli gələn məlum xüsusiyyətlərinə görə bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmədi. Silahlı qüvvələrinin tör-töküntülərini Qarabağdan çıxarmadı. İllərdən bəri Qarabağı qan çanağına döndərmiş erməni separatçıları yerlərindən tərpənmədilər. Bütün bunlar isə suverenliyini və ərazi bütövlüyünü bərpa etmək gücündə olan Azərbaycanı yenidən Qarabağda antiterror əməliyyatı həyata keçirməyə məcbur etdi. Çünki havadarlarına arxalanan erməni separatçıları bölgədən öz xoşlarına çıxmaq istəmirdilər.

Erməni separatçılarının quldur dəstələri Rusiyanın bölgədə müvəqqəti yerləşdirilmiş sülhyaratma qüvvələrinin gözü qarşısında yeni səngərlər qazır, mövqelər hazırlayır, mühəndis-istehkam xətləri qururdular. Dolayı yollarla Qarabağa canlı qüvvə və silah-sursat daşımağa davam edirdilər. Bütün bunlar onu açıq şəkildə göstərirdi ki, şirin xəyallarla yaşayan qəsbkarlar Azərbaycana qarşı hərbi əməliyyata ciddi hazırlıq işləri görürlər. Buna görə də Qarabağda qalmış erməni separatizminin məhv edilməsi mütləq idi.

 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı Zəfəri davam etdirən şanlı Azərbaycan Ordusu 19-20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Uğurla başlayan antiterror əməliyyatı 23 saatdan bir az çox çəkdi. Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və erməni separatçıları rəşadətli Azərbaycan Ordusunun gücü-qüdrəti qarşısında dayana bilməyərək ağ bayraq qaldırıb təslim oldular. Uğurla başa çatan antiterror əməliyyatı nəticəsində düşmən məğlub edildi. 

Antiterror əməliyyatına ordumuzun mexanikləşdirilmiş və motoatıcı, mühəndis-istehkam bölmələri, həmçinin bir sıra xüsusi qrupları cəlb edilmişdi. Erməni separatçılarının uzun müddətdən bəri qurduğu və möhkəmləndirdiyi mövqelərini əməliyyata cəlb edilmiş qüvvələrimiz yüksək peşəkarlıqla, məharətlə yarıb keçdi. İkinci Qarabağ müharibəsində olduğu kimi, Müzəffər Ali Baş Komandanın əsas tapşırığı bundan ibarət idi ki, əməliyyat şəxsi heyət arasında minimum itki ilə keçirilsin. Bu məqsədlə düşmənin legitim hədəflərinə ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan zərbələr endirildi. Endirilən dəqiq zərbələr nəticəsində separatçıların atəş nöqtələri bir-birinin ardınca sıradan çıxarıldı. 

Şanlı Azərbaycan Ordusunun bölmələri bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd və başqa istiqamətlərdə separatçıların üzərinə doğru xeyli irəliləyərək bütün əlverişli yolları tutdu. Ordu bölmələri bütün istiqamətlərdə tapşırığı uğurla yerinə yetirdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurdu. Düşmənin qüdrətli ordumuzun qarşısında yalnız və yalnız 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. 

Ordumuzun 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılmış bu antiterror tədbirlərinin iştirakçısı olmuş əsgərlərlə etdiyimiz söhbəti həmişə iftixar hissi ilə xatırlayırıq.  Üz-gözündən sevinc yağan əsgər Pənah Əliyev deyirdi ki, bu gün hamımız qürur hissləri ilə yaşayırıq. Çünki gərgin keçən lokal xarakterli antiterror tədbirləri zamanı erməni separatizminə son qoyduq. Artilleriya qurğularından düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirdik. Bu zərbələrlə separatçıların atəş nöqtələrini, zirehli texnikalarını məhv etdik. Çox keçmədi ki, erməni separatçıları ağır itki verərək təslim oldular. Bütün dünya gördü ki, Azərbaycan Ordusu güclü və qüdrətlidir.

Antiterror əməliyyatlarında iştirak etmiş əsgər Əli Qasımov da deyir ki, 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində ordumuz xalqımıza böyük qələbə sevinci yaşatdı. Otuz ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızı düşmənlərdən azad etdi. Amma təəssüflər olsun ki, Qarabağın bəzi şəhər və kəndlərində qanunsuz erməni birləşmələrinin tör-töküntüləri hələ də qalmaqda idi. Bu qanunsuz hərbi birləşmələr tez-tez müxtəlif təxribatlar törədirdilər. Bütün bu təxribatların qarşısını almaq məqsədilə 19 sentyabr 2023-cü ildə ordumuz antiterror tədbirləri həyata keçirdi. Bölməmiz əməliyyatda uğurla iştirak etdi. Qısa zamanda qeyri-qanuni erməni birləşmələrinin Qarabağdakı döyüş mövqelərini dağıtdıq, texnika və artilleriya qurğularını sıradan çıxartdıq.  Sevinirəm ki, mən də antiterror tədbirlərində iştirak etdim. 

Antiterror əməliyyatı xüsusi nəzərdə tutulmuş bir əməliyyat olduğuna görə qarşıya qoyulmuş əsas məqsəd mülki əhaliyə və infrastruktura ziyan yetirmədən hədəflərə nail olmaq idi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayaraq demişdir: "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır".

Şanlı Azərbaycan Ordusu dünya hərb tarixində daha bir nadir əməliyyatı mükəmməl şəkildə həyata keçirərək gözlənilən uğuru qazandı. Separatçılara qarşı aparılan və bir sutkadan da az çəkən  əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri diz çökdürüldü. Uzun illərdən bəri Qarabağda kök salmış erməni separatizminə son qoyuldu, daşnak yuvası darmadağın olundu. 19-20 sentyabr 2023-cü ildə uğurla həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və  suverenliyi tam təmin edildi. Xalqımız bu möhtəşəm tarixlə fəxr edir və öyünür.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!