10 Sentyabr 2025 08:00
4568
SİYASƏT
A- A+
Suverenlik qüruru

Suverenlik qüruru


İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycana daha böyük uğurlar və zəfərlər qazandıracaq


Müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən asılı olaraq əldə edilir və yaşadılır. 

Müasir demokratik dövlətdə suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi xalq olduğu üçün konstitusiyalar da xalq tərəfindən, yaxud xalqın adından qəbul edilir. Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, ifadə edən əsas qanundur.

Dövlət müstəqilliyi dövlətin tarixdə yaşama mərhələsidir. Ona görə də dövlət müstəqilliyi hər bir vətəndaş üçün ən böyük sərvətdir. Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb. 

Ötən ilin dekabrında Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında imzaladığı sərəncamda da qeyd edilir ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu dövlətçilik tarixində mühüm hadisə olub, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açıb, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan verib. Bu sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış edib.

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi təxribatlara və növbəti hərbi təcavüzünə cavab olaraq torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti və Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılan şanlı Zəfər, eləcə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədləri, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi tam bərpa edilib.

Prezident İlham Əliyev ölkəmizin bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamla hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi qeyd edilməsini qərara alıb.

Ümumiyyətlə, müasir dövrdə heç bir dövlət öz bayrağını haqq etdiyi yerə sancmaq üçün Azərbaycan qədər məşəqqət çəkməyib, güc və enerji xərcləməyib. Azsaylı xalq tapılar ki, azərbaycanlıların etdiyi fədakarlığı göstərib. 30 il əziyyətlərə, məşəqqətlərə dözən xalq sonunda ayağa qalxaraq öz haqqını tələb edib və istəyinə nail olub.  

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəddir. Həm ictimai-siyasi, həm də sosial-iqtisadi sistemlərin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarına təminat verir. Bu baxımdan "Konstitusiya və Suverenlik İli" təşəbbüsü hüquqi bazanın daha da möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığı artırmağa yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir.

2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan olunması dövlətimizin tarixi, hüquqi və mənəvi təməllərinə göstərilən yüksək ehtiramın parlaq ifadəsidir. Bu qərar yalnız rəmzi bir addım deyil, eyni zamanda milli kimliyimizin, dövlətçilik dəyərlərimizin və gələcəyə inamla baxışımızın strateji təzahürüdür. Bu qərar təkcə hüquqi sənədin ildönümünü qeyd etmək məqsədi daşımır, eyni zamanda müstəqil dövlətçilik tariximizin ən mühüm nailiyyətlərini vurğulamaq, milli suverenliyimizin möhkəmlənməsi prosesinə diqqət çəkmək məqsədini güdür.

Bir sözlə, Azərbaycanın bugünkü uğurları Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev yoluna sədaqətli xidmətinin, müstəqil siyasət yürütməsinin bacarıq, qətiyyət və iradə ortaya qoymasının nəticəsidir. Əminliklə deyə bilərik ki, məhz bu siyasət bundan sonra da Azərbaycana böyük uğurlar və zəfərlər qazandıracaq.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!