16 May 2023 10:10
902
SİYASƏT
A- A+
Şuşaya Zəfər yolumuzu açan Hadrut

Şuşaya Zəfər yolumuzu açan Hadrut

 

Qarabağın bu dilbər guşəsi sürətlə Azərbaycanın ən gözəl ünvanlarından  birinə çevrilir

 

Qələbəmizin rəmzinə çevrilən Zəfər yolu ilə irəlilədikcə bir daha dövlətimizin qüdrətinə, gücünə şahidlik edirik.  Düşmənin işğal dövründə viran qoyduğu bu ərazilərdə indi Azərbaycan dövləti xariqələr yaradır, nəhəng inşaat layihələri həyata keçirir.
Yolumuz isə Xocavənd rayonunun Hadrut qəsəbəsinədir. O Hadrut ki, işğaldan azad olunması Vətən müharibəsinin mühüm hadisəsinə çevrilmiş, ordumuzun Şuşaya doğru yolu tam açılmışdı…

 

Vətən müharibəsinin strateji qələbəsi

 

Hadrut rayon kimi 1992-ci ildə ləğv edilib və ərazisi Xocavənd rayonuna birləşdirilib. 1992-ci ilin oktaybr ayından isə Hadrut qəsəbəsi işğal altında idi. Qəsəbə strateji baxımdan mühüm mövqedə yerləşdiyindən Ermənistan ordusu işğal dövründə onun ətrafında olduqca güclü müdafiə-istehkam mövqeləri yaratmışdı. Digər tərəfdən, Hadrutun çoğrafi mövqeyi də təbii istehkam rolunu oynayırdı. Hadrutun ətrafında ermənilərin çoxsaylı hərbi birləşmələri dislokasiya olunmuşdu.
Lakin bütün bunlar Azərbaycan Ordusunun  zəfər yürüşünün qarşısını ala bilməzdi. Təsadüfi deyil ki, Suqovuşan və Cəbrayıldan sonra ordumuzun işğaldan azad etdiyi ünvan Hadrut qəsəbəsi və onun ətrafındakı yüksəkliklər oldu. Qəsəbənin işğaldan azad olunması 44 günlük Vətən müharibəsində mühüm strateji qələbə oldu, ordumuzun növbəti uğurlu hücum əməliyyatlarına əlverişli imkanlar yaratdı. "Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı", - deyə Prezident İlham Əliyev Hadrut əməliyyatını dəyərləndirərkən bildirib.
Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatmışdı. Bu baxımdan, Hadrutda hər birimizin qürur ünvanımız olan "Dəmir yumruq" abidəsinin qoyulmasının da bir rəmzi mənası var. Bu abidə Azərbaycanın Vətən müharibəsindəki zəfərini dünyaya bəyan edir.

 

Kompleks quruculuq ünvanı 

 

Azad olunandan sonra Hadrutun yenidənqurulması istiqamətində yeni layihələrin icrasına başlanılıb. Qəsəbədə olarkən bir daha burada görülən genişmiqyaslı işlərin şahidi olduq. Qəsəbə elektrik enerjisi ilə tam təmin olunub. Həmçinin su təchizatı da həll edilib. 
Xəbər verildiyi kimi, mayın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməli qoyulub. Qəsəbədə öyrəndik ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin iki-otaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.
Hadrutdakı 360 şagird yerlik tam orta məktəbin də 2025-ci ilə qədər bərpa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur. Məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya və 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcək.
Hadrutda inzibati zona da yaradılır. 4,2 hektar ərazini əhatə edəcək inzibati zona inzibati binadan, bələdiyyə binasından, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binalarından ibarət olacaq. 
Hadrut qəsəbəsində tikiləcək və bərpa olunacaq obyektlərin və ətraf ərazilərin abadlaşması işlərinin də 2025-ci ildə başa çatması planlaşdırılır.
Hadrutda istifadəyə verilən "Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi də qəsəbənin yeni ünvanlarıdır. Xatırladaq ki, qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu. "Şükürbəyli", "Hadrut" və "Şuşa" yarımstansiyaları arasında yaradılan "Hadrut" qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəliftəyinatlı infrastrukturun elektrik enerjisinə tələbatını ödəyəcək. Həmçinin yeni qovşaq yarımstansiyası Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.
Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması isə elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına imkan verir. "Hadrut" qovşaq yarımstansiyası bir neçə yarımstansiya ilə əlaqəli olduğu üçün və coğrafi mövqeyi əlverişli sayıldığına görə onun vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.
Mərkəzdə Təlim-Tədris Kompleksində Beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. 

 

Qarabağın nəqliyyat qovşağı

 

Hadrut həm də Qarabağda yolların kəsişdiyi coğrafi mövqedə yerləşir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Vətən müharibəsindən sonra Hadruta yeni yolların çəkilişinə başlanılıb və onların bir qismi başa çatdırılıb. Elə Hadruta budəfəki səfərimiz də inşası başa çatmış Füzuli-Hadrut yolu ilə oldu. 
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il martın 15-də təməli qoyulmuş, ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir.  Dörd hərəkət zolağı olan  bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. 
Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun isə inşası davam edir. Uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçən, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla, həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edən bu yol dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir.  Yolun üzərindəki 6 körpünün hamısının tikintisi yekunlaşıb. 
Xatırladaq ki, mayın 5-də Prezidenti İlham Əliyevin iştirakı ilə bu yolun 8,2 kilometrlik hissəsinin, ötən il oktyabrın 19-da isə 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin açılışı olub.  Yolun inşası 70 faiz yerinə yetirilib və işlər bu il tam başa çatdırılacaq. 

 

Hadrutun turizm potensialından səmərəli istifadə ediləcək

 

Hadrut əsrarəngiz coğrafi mövqedə yerləşdiyi üçün böyük turizm potensialı var. Ona görə qəsəbədə aparılan quruculuq işlərində turizm imkanlarından səmərəli istifadə edilməsi də qarşıda duran vəzifələrdən biridir. Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsindəki mərkəzi məhəllənin bərpası və abadlaşdırılması nəzərdə tutulur. 
Bu barədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hadruta səfəri zamanı da məlumat verilmişdi. Qəsəbənin tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Bu məbəd sonuncu dəfə 17-ci əsrdə bərpa olunub. İşğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşəyinə ermənilər tərəfindən müdaxilələr edilib. Məbəd və onun ətrafında bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi-tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. 
Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq həyata keçiriləcək. Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün isə bərpa edilərək, Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn ilk turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcək. 
Ordumuzun şücaət və qəhrəmanlıq göstərərək azad etdiyi Hadrutdan yüksət ovqatla ayrılırıq. Vətən müharibəsində qələbəmizin strateji ünvanlarından olan qəsəbə sürətlə dirçəlir, işğalın vurduğu yaralar tədricən aradan qaldırılır. Bir daha əmin olduq ki, Hadrut sürətlə Azərbaycanın ən gözəl ünvanlarından  birinə çevrilir. Ən əsası isə Hadrut tarixən Azərbaycan xalqına mənsub olmuş yaşayış məskəni kimi şöhrətini özünə qaytarır. 

Rəşad CƏFƏRLİ,
Elçin CƏFƏROV,
"Azərbaycan"
Bakı-Hadrut-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!