08 May 2024 08:40
184
CƏMİYYƏT
A- A+

Sumqayıtda ailə dəyərləri mövzusunda tədbir keçirilib

 

Sumqayıtda  şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə "Ailə dəyərləri-uşaqdan böyüyə" adlı tədbir keçirilib. YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil olunan tədbirdə öncə Dövlət himni səsləndirilib və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Şəhərin idarə, müəssisə, təşkilat rəhbərlərinin və Uşaq Səfirlər Məclisinin üzvlərinin iştirak etdikləri tədbirdə çıxış  edən ŞİH başçısının müavini Ülviyyə Müzəffərova bildirdi  ki, ailə, milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. O da vurğulandı ki, ailə dəyərlərinin qorunmasında gender bərabərliyi xüsusi rol oynayır. Cəmiyyətin inkişaf kodeksini müəyyənləşdirən gender bərabərliyi isə qadınlara təhsil verilməsindən keçir. 
Çıxış edənlər - YAP  Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər Polis İdarəsinin bölmə rəisi Azər Bağırov, şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov və digərləri təşkil olunan tədbirin əhəmiyyətindən danışdılar. 
Diskussiya formasında davam etdirilən tədbirin sonunda uşaq hüquqlarının qorunması mövzusunda keçirilən anket sorğuda qalib gələn 14 nömrəli tam orta məktəbin şagirdi Leyla Qəmbərovaya şəhər icra hakimiyyətinin Fəxri fərmanı təqdim olundu.

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video