08 Avqust 2025 15:40
425
SİYASƏT
A- A+
Sülhün təminatında Vaşinqton görüşünün əhəmiyyəti mühümdür  

Sülhün təminatında Vaşinqton görüşünün əhəmiyyəti mühümdür  


ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə görüşəcək. Trampın “tarixi Sülh Sammiti” adlandırdığı bu görüş, yalnız davamlı sülhün əldə edilməsi məqsədini daşımır, həm də bölgənin gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasını formalaşdıracaq bir mərhələ kimi qiymətləndirilə bilər.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Azərbaycan” qəzetinə açıqlamasında deyib ki, bu xüsusda ilk növbədə Azərbaycan və ABŞ prezidentlərinin görüşünə diqqət çəkmək lazımdır. İlham Əliyev-Donald Tramp görüşü təkcə iki liderin siyasi dialoqu deyil, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır. “2025-ci ilin yanvarından etibarən ABŞ Prezidenti postuna qayıdan Donald Tramp fəaliyyətinin ilk aylarından etibarən xarici siyasətində daha praqmatik və nəticəyönlü yanaşma sərgiləyir. Bu yanaşmanın əsas hədəflərindən biri də uzun illərdir münaqişə və qarşıdurma ilə yadda qalan regionlarda dayanıqlı sabitliyin təmin olunmasıdır. Cənubi Qafqaz isə bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir”,– deyə o əlavə edib.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evə dəvəti və burada həm ikitərəfli, həm də Ermənistanın baş naziri ilə birlikdə üçtərəfli formatda danışıqlar aparılması, əslində, Vaşinqtonun regiona baxışının dəyişdiyini göstərir. Əgər əvvəlki administrasiyalar əsasən siyasi bəyanatlar verməklə və protokol görüşləri ilə məhdudlaşdırırdılarsa, Tramp administrasiyası bu prosesi konkret nəticəyə yönəltmək istəyir. Onun sosial şəbəkədə verdiyi bəyanat da təsadüfi deyil. ABŞ prezidenti açıq şəkildə həm sülh sazişinin, həm də iqtisadi əməkdaşlıqla bağlı sənədlərin imzalanacağına işarə edir. Bu, diplomatik dillə desək, danışıqların artıq final mərhələsinə çatdığını göstərir.

Deputat bildirib ki, Azərbaycan-ABŞ ikitərəfli sənədinin məzmunu barədə rəsmi açıqlamalar olmasa da, gözləntilər kifayət qədər aydındır: “Burada enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya dəhlizləri, investisiya təşviqi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq və müdafiə sənayesində əlaqələrin dərinləşdirilməsi kimi istiqamətlər üstünlük təşkil edə bilər. Xüsusilə, Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş kimi tanıyan ABŞ üçün Bakı ilə strateji münasibətlərin möhkəmləndirilməsi qlobal geosiyasi balans baxımından önəmlidir. Bu sənəd, həmçinin Azərbaycan iqtisadiyyatına yeni Amerika sərmayələrinin cəlb olunması və texnoloji transfer imkanlarının genişlənməsi üçün hüquqi baza yarada bilər”.

O qeyd edib ki, görüşün digər mühüm istiqaməti isə Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasıdır. Mövcud məlumatlara görə, imzalanacaq sənəd bir neçə variantdan biri ola bilər: ya razılaşdırılmış sülh müqaviləsinin mətni paraflanacaq, ya da niyyət protokolu imzalanacaq ki, bu da yaxın aylarda müqavilənin tam imzalanmasına zəmin yaradacaq. Daha az ehtimal olunan, amma istisna edilməyən variant isə sülh müqaviləsinin birbaşa imzalanmasıdır. Hər üç halda Azərbaycanın bu prosesdəki mövqeyi prinsipialdır: ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin tanınması danışıqların əsasında dayanır. İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət bu prinsiplərin heç bir güzəştə getmədən reallaşdırılmasını təmin etməyə yönəlib və nəticə göz qabağındadır. “Tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi düzən formalaşdırıb. Məhz bu reallıq sülh prosesini mümkün edib və indi Vaşinqton görüşü həmin prosesin beynəlxalq legitimləşməsi istiqamətində mühüm addım ola bilər. Tramp administrasiyasının təşəbbüsü ilə keçirilən görüş həm də ABŞ-nin Cənubi Qafqazda yeni diplomatik fəallığının göstəricisidir. Bu fəallıqdan Azərbaycanın qazancları yalnız siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik müstəvisində olacaq”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, əgər Ağ Evdə imzalanacaq sənədlər gözlənilən məzmunu əks etdirərsə, Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sabitliyin əsasını qoyacaq, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldəcək. Bu isə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir. Beləliklə, Vaşinqtondakı bu əlamətdar gün Azərbaycanın son onilliklərdə qazandığı ən mühüm diplomatik uğurlardan biri kimi tarixə düşə bilər.

E.Mirzəbəyli deyib ki, Azərbaycanla ABŞ arasında imzalanması gözlənilən sənədin məzmunu ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar və diplomatik dairələrdə dolaşan ehtimallar göstərir ki, bu razılaşma enerji, nəqliyyat, logistika, investisiya və innovasiya kimi sahələri əhatə edə bilər: “Xüsusilə Cənubi Qafqazı qlobal ticarət marşrutlarına daha sıx inteqrasiya edəcək “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı yeni nəqliyyat dəhlizi konsepsiyası diqqət çəkir. Bakıdan Naxçıvana, oradan isə Türkiyə üzərindən Avropaya uzanacaq bu marşrut, yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm təsir gücünə malik ola bilər. ABŞ ilə imzalanacaq sənəd, həmçinin Amerikanın enerji şirkətləri üçün Xəzər hövzəsində və Azərbaycanın bərpaolunan enerji sektorunda geniş imkanlar açacaq. Bu, Azərbaycanın enerji ixracatçısı kimi rolunu gücləndirməklə yanaşı, ölkənin beynəlxalq investisiya reytinqinə də müsbət təsir göstərə bilər”.

Deputat bildirib ki, bu prosesdə Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. 2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Bakı, bölgədə sülhün yalnız güc balansı və beynəlxalq hüququn prinsipləri əsasında təmin edilə biləcəyini sübut etdi. Azərbaycan tərəfi, həm Moskva, həm Brüssel, həm də indi Vaşinqton formatlarında aparılan danışıqlarda öz mövqeyində ardıcıl və prinsipial davranaraq, sülh gündəliyini real məzmunla doldurmaq bacarığını nümayiş etdirdi. İllərlə beynəlxalq vasitəçilərin nəticəsiz qalan təşəbbüslərindən fərqli olaraq, bu dəfə Bakı, həm sahədə yaratdığı təhlükəsizlik reallığı, həm də diplomatik çevikliyi ilə prosesin hərəkətverici qüvvəsinə çevrildi. İlham Əliyevin regional nəqliyyat-kommunikasiya xəritəsini yenidən dizayn edən təşəbbüsləri, Azərbaycanın yalnız sülh axtaran tərəf deyil, həm də bölgənin gələcək inkişaf modelini formalaşdıran lider olduğunu göstərir.

E.Mirzəbəyli söyləyib ki, Vaşinqton görüşünün uğurla nəticələnməsi, Cənubi Qafqaz üçün yeni siyasi səhifənin açılması deməkdir: “Bu, Ermənistan üçün də tarixi şansdır. ABŞ Prezidentinin təşəbbüsü ilə atılacaq bu addım həm Qərbin bölgədəki nüfuzunu möhkəmləndirəcək, həm də Azərbaycan-ABŞ strateji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq. Ən əsası isə bu proses sülhün yalnız diplomatik sənədlərdə deyil, xalqların yaddaşında və gündəlik həyatında reallığa çevrilməsi üçün tarixi imkan yaradır”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!