19 Fevral 2026 08:20
228
SİYASƏT
A- A+
Sülhə töhfə verən mexanizm

Sülhə töhfə verən mexanizm


Vətəndaş cəmiyyəti platformaları bu baxımdan daha çevik və açıq müzakirə mühitidir


Azərbaycan nümayəndə heyəti 13-14 fevral tarixlərində "Sülh körpüsü" "dəyirmi masa"sında iştirak etmək üçün Ermənistana getmişdi. 

Ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənən sülh gündəliyindən sonra iki ölkə arasında təkcə siyasi müstəvidə deyil, həm də vətəndaş cəmiyyətləri arasında təmaslar başlayıb. Belə ki, 2025-ci il oktyabrın 22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli "dəyirmi masa" keçirilib. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 21 noyabr tarixində Bakıya səfər edib.

"Sülh körpüsü" "dəyirmi masa"sı çərçivəsində iki cəmiyyət arasında münasibətlərin inkişafı, formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, əməkdaşlıq perspektivləri əsas müzakirə mövzusu olub və bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu müzakirə edilib. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, regionda artıq yeni reallıq formalaşıb və bunun mərkəzində güclü və qüdrətli Azərbaycanın möhkəmlənmiş mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi dayanır: "Bu baxımdan Azərbaycan nümayəndə heyətinin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistanda keçirilən "dəyirmi masa"da iştirak etməsi bu reallıq fonunda diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər. Postmünaqişə dövründə tərəflər arasında artıq paraflanmış sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl danışıqlar aparılır. Davamlı və dayanıqlı sülh üçün cəmiyyətlər arasında etimadın formalaşması da vacibdir".

Deputat qeyd edib ki, Azərbaycan regional və beynəlxalq münasibətlərdə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən ölkə kimi mövqeyini daha da gücləndirir. Münaqişələrin beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllini müdafiə edən Azərbaycan dialoqu, diplomatiyanı və qarşılıqlı etimadın qurulmasını vacib hesab edir. Bu baxımdan "Sülh körpüsü" təşəbbüsü  kimi platformalar iki xalq arasında birbaşa təmasların qurulmasına, etimad mühitinin yaranmasına xidmət edir. "Vətəndaş cəmiyyəti nümayəndələri - QHT-lər, media təmsilçiləri, ekspertlər və akademik dairələr bu prosesdə körpü rolunu oynayırlar. Vətəndaş cəmiyyəti platformaları daha çevik və açıq müzakirə mühiti yaradırlar", - deyə o əlavə edib.

V.Rəhimzadə vurğulayıb ki,  "Sülh körpüsü" təşəbbüsü  kimi platformalar həmçinin Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına töhfə verə biləcək mühüm mexanizmdir. Keçirilən görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunur, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulur. Sülh müqaviləsi ilə yanaşı, xalqlar arasında qarşılıqlı hörmət və anlaşma mühitinin yaradılmasında mümkün olacaq. Bu baxımdan vətəndaş cəmiyyətlərinin dialoqu bu yolun vacib və əvəzolunmaz mərhələsidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:36
19 Fevral

DİN vətəndaşları azyaşlıların sağlamlığına və təhlükəsizliyinə biganə qalmamağa çağırır 

10:28
19 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:24
19 Fevral

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır

10:21
19 Fevral

Jan-Jakob Bisep: Müharibə təsadüfi bir hadisə deyil  

10:13
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir 

10:11
19 Fevral

Çin - Qırğızıstan - Özbəkistan - Tacikistan dəhlizi ilə ilk yük qatarı yola salınıb  

10:02
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!