28 Yanvar 2026 08:10
657
SİYASƏT
A- A+
Sülh Şurasına dəvət Azərbaycan rəhbərinə göstərilən böyük ehtiramın ifadəsidir

Sülh Şurasına dəvət Azərbaycan rəhbərinə göstərilən böyük ehtiramın ifadəsidir


2020-ci ildə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında Ermənistana sülh təklif olunması, Azərbaycanın beş il ərzində bu istiqamətdə praktiki addımları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh sazişinin paraflanması ilə nəticələnib. 

Hazırkı dünya düzənində öz gücü hesabına hərbi-siyasi yolla torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək, de-fakto sülhə nail olmaq böyük qətiyyət, güclü siyasi iradə və əzmkarlıq tələb edir. Azərbaycan isə bütün bunları Prezident İlham Əliyevin düşünülmüş və praqmatik siyasəti sayəsində əldə edib. Məhz buna görədir ki, ölkəmiz dünyada güclü və qüdrətli, etibarlı tərəfdaş və sülh tərəfdarı kimi tanınır. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev fəaliyyətinin bütün dövrlərində sülhün, əmin-amanlığın tərəfdarı olub. Ən mötəbər tribunalardan bu barədə dəfələrlə çağırışlar edib: "Ölkəmiz müharibə şəraitində olduğu, torpaqlarımız işğal altında qaldığı dövrlərdə, eləcə də qələbə çaldığımız zaman və bu gün də Prezident İlham Əliyev sülh uğrunda qətiyyətli mübariz olduğunu ortaya qoyub. Əlbəttə, bu, bir çox ölkə, dünya lideri tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda Azərbaycan Yaxın Şərqdə sülhə töhfə verən, bu təşəbbüslərlə çıxış edən dövlətlərdən biridir və buna görə ABŞ-nin sülh planını dəstəkləyir. Bu baxımdan Prezident İlham Əliyevin sülh təşəbbüslərini, bu istiqamətdə ardıcıl səylərini yüksək qiymətləndirən ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının yaradılmasında təsisçi üzv dövlət qismində Azərbaycanı dəvət etməsi təsadüfi deyil". 

T.Rzayev qeyd edib ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda dövlət başçısına yüksək diqqət göstərilməsi və ölkəmizin Sülh Şurasının təsisçi üzv dövlətlərindən biri kimi seçilməsi Azərbaycan rəhbərinə göstərilən böyük hörmət və ehtiramın ifadəsidir. Sülh, əmin-amanlıq nəinki bir dövlət üçün, ümumiyyətlə, bəşəriyyətin gələcəyi üçün vacib və əhəmiyyətlidir. "Vaşinqton görüşü, eləcə də sonrakı mərhələlərdə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına doğru atılan addımlar Ağ Evdə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma, "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişin dayandırılması, Zəngəzur dəhlizinin açılmasına göstərilən cəhdlər məhz sülhə verilən önəmdir", - deyə deputat əlavə edib.

Komitə sədri xatırladıb ki, Prezident İlham Əliyev Davosda bir çox ölkə rəhbərləri ilə keçirdiyi görüşlərdə, danışıqlarda sülhməramlı olduğunu bir daha ortaya qoyub. Dövlət başçısı dünyada əməkdaşlığa, dostluğa böyük önəm verdiyini daim nümayiş etdirir. 

T.Rzayev vurğulayıb ki, Davos İqtisadi Forumu Prezident İlham Əliyevin sülh, əmin-amanlıq uğrunda çalışdığını bir daha sərgilədi: "Sevindirici haldır ki, bu gün Azərbaycan dünyanın tanınmış, inkişaf etmiş ölkəsi kimi qəbul olunur. Bu, Azərbaycanın uğurlu gələcəyindən, Cənubi Qafqazda dayanıqlı sülhün formalaşmasından, sabitliyin bərpa edilməsindən xəbər verir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş sisteminin tətbiqi gündəmdədir  

19:55
18 Mart

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

19:27
18 Mart

Məsud Pezeşkian İranın kəşfiyyat nazirinin həlak olması xəbərini təsdiqləyib  

19:08
18 Mart

Gürcüstanın yeni Katolikos-Patriarxı məlum olub

19:01
18 Mart

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb

18:41
18 Mart

Çin şirkəti Azərbaycanla yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlıdır  

18:31
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

İqtisadi fəal əhalinin sayı açıqlanıb

17:39
18 Mart

BDU ilə XİN arasında əməkdaşlığın genişləndirilməsi üzrə fəaliyyət planı hazırlanacaq  

17:36
18 Mart

İraq Türkiyə üzərindən neft tranzitini bərpa edib

17:31
18 Mart

Ödənişli atalıq məzuniyyətinin könüllü və ya məcburi olmasına aydınlıq gətirilib

17:24
18 Mart

Premyer Liqa: “Araz-Naxçıvan” səfərdə üç xal qazanıb  

17:14
18 Mart

“Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İB-nin adı dəyişdirilib  

17:09
18 Mart

Gürcüstan Patriarxı Sionu Kafedralında dəfn olunacaq

17:06
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!