20 Avqust 2025 08:15
518
SİYASƏT
A- A+
Sülh gündəliyinin müəllifi Azərbaycandır

Sülh gündəliyinin müəllifi Azərbaycandır


Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında Ağ Evdə keçirilən sülh sammiti tarixi əhəmiyyət daşımaqla, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında yeni səhifə açdı. Hər kəsin nəticələrini yüksək qiymətləndirdiyi bu görüş Azərbaycan və Ermənistan arasında sülh mətninin razılaşdırılmasına gətirib çıxartdı. Azərbaycanın milli maraqlarından irəli gələrək hazırladığı sülh gündəliyi Ermənistan tərəfindən qəbul edildi və yekun sülh mətni paraflandı.

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi Cənubi Qafqaza sülh gətirən yeni başlanğıca vəsilə oldu. 17 maddədən ibarət olan sazişdə bir çox  öhdəlik nəzərdə tutulub ki, Ermənistan tərəfindən bu tapşırıqların yerinə yetirilməsindən sonra sülh sazişi imzalanacaq. 

Tarixi Vaşinqton görüşünün yekunlarına dair ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan Birgə Bəyannamə də mühüm əhəmiyyətə malikdir.  Bəyannamədə sülhə aparan yolların açarları verilib ki, bunun üçün də əlavə lazımi tədbirlərin görülməsi təmin edilməlidir. Birgə Bəyannamədə regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti bir daha təsdiq edilir. Bu isə Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini özündə ehtiva edir. Beləliklə, Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılması əsas zərurət kimi ortaya qoyulub. Ermənistan tərəfindən dəhlizlə bağlı işlərin həyata keçirilməsi üçün isə Vaşinqton və İrəvan arasında razılaşma əldə olunub. Belə ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun həyata keçiriləcəyi təsbit olunub ki, bu da Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. ABŞ investorları layihəyə sərmayə qoyduqları halda prosesin sürətlənəcəyinin və yaxın illərdə Zəngəzur dəhlizinin (TRIPP-in) reallaşacağının şahidi olacağıq.

Hələ 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata uyğun Azərbaycan tərəfi dərhal işlərə başlayaraq, kommunikasiyaların açılması baxımından əlindən gələni edib. Ermənistan üzərinə öhdəliklər götürsə də, bu istiqamətdə heç bir addım atmadı.  Prezident İlham Əliyev də Vaşinqtonda Azərbaycan media nümayəndələrinə müsahibəsində bu məsələyə toxunaraq qeyd etdi ki, beş il ərzində Ermənistan tərəfindən ərazidə heç bir iş aparılmayıb: "Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq. Eyni zamanda biz Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpasına başlayırıq. Deməli, bizə bu 40 kilometrlik dəmir yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirə bilək. Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik ötürücü xətləri, fiber-optik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları haqqında düşünürük".

Bu marşrut hər şeydən öncə Ermənistana yeni dividendlər qazandıracaq. Çünki Azərbaycan sayəsində tranzit ölkəyə çevrilərək  yeni iş yerlərinin açılması, yeni valyuta daxilolmaları İrəvana yeni siyasi imkanlar verəcək.

Vaşinqton görüşü nəticəsində Azərbaycanın əsas şərtlərindən biri olan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət də reallaşdı. Belə ki, Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT-in sədrinə birgə müraciət məktubu imzalandı. Bu zərurətdən yarandı, çünki 30 il ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir iş görməyən Minsk qrupunun hazırda münaqişə olmadığı halda fəaliyyəti lüzumsuzdur. Təbii ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan qaynaqlanaraq, zamanın tələbi ilə baş verən proseslərdir. 

Ən mühüm məqamlardan biri isə sazişdə yer alan, Azərbaycanın da haqlı olaraq uzun  müddətdir tələb etdiyi və dəyişiklik yerinə yetirilmədiyi halda sülhü qeyri-mümkün edən Ermənistan tərəfindən ölkəmizə qarşı ərazi iddialarının yer aldığı konstitusiyadır. Ermənistan konstitusiyasına dəyişiklik isə hazırda ən vacib, hətta yekun sülh sazişini gözlədən əsas müddəadır.

Ermənistanın baş naziri Nikol Paşinyan da ötən günlərdə xalqa müraciətində regionda yeni reallıqların yarandığını qeyd edib. Baş nazir Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olduğunu və bu məsələdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının əvəzsiz rol oynadığını vurğulayıb. 

O xalqa müraciətlə qeyd edib ki, 8 avqustdan sonra tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistanda yaşadığımız faktını dərk etməliyik. Paşinyan vurğulayıb ki, Ermənistan sülhü sıfırdan öyrənməlidir - sülh nədir, necə olur və necə görünür? Bəli, hər şeydən öncə xalq sülhü qəbul etməli və münasibətlərin irəliləməsinə əngəl yaradan fəaliyyətlərdən uzaq durmalıdır ki, regionda davamlı sülh, sabitlik qorunsun.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qalib gələn Azərbaycan bu gün yeni reallıqlar yaradan, müstəqil, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Cənubi Qafqazın lider ölkəsidir. Bu gün bütün şərtlərini qəbul etdirən, öz mövqeyindən bir addım da geri atmayan İlham Əliyev regionda sülhün müəllifidir. Sülh əlini uzadan tərəf olaraq Azərbaycan prosesin sürətlənməsi üçün, demək olar ki, bütün lazımi addımları atıb. İndi növbə Ermənistanda, Paşinyanın üzərinə götürdüyü öhdəliklərin icrasındadır. 

Hər kəs ümid edir ki, beş il ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirməyən Ermənistanın baş naziri bu dəfə ABŞ-də imzaladığı sənədin bütün bəndlərinə əməl etməklə, ən əsası imzasına hörmətlə yanaşaraq regiona əbədi sülhün gəlməsinə maneə yaratmayacaq. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!