21 Avqust 2025 08:13
400
SİYASƏT
A- A+
Sülh Cənubi Qafqaza dinamik inkişaf və yüksək rifah gətirəcək

Sülh Cənubi Qafqaza dinamik inkişaf və yüksək rifah gətirəcək


Beş il öncə, 2020-ci ildə baş verən Vətən müharibəsində əzəli və  beynəlxalq səviyyədə tanınmış əraziləri olan Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın otuz ilə yaxın davam etdirdiyi işğalından azad edən, 2023-cü ildə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyini tam bərpa edən qalib Azərbaycan dövləti sülhün tərəfdarı olduğunu hər zaman göstərib. Bütün dünyaya bəllidir ki, rəsmi Bakı heç bu müharibənin olmasını da istəmirdi. 1990-cı illərdə Ermənistanın xarici havadarlarının köməyi ilə zəbt etdiyi və otuz ilə yaxın əsarətdə saxladığı iyirmi faiz ərazisini Azərbaycan sülh yolu ilə azad etmək niyyətində idi və uzun illər bunun üçün çalışdı.

Rəsmi İrəvan Azərbaycanın bu xoş niyyətini nəzərə almadı, sülh razılığına gəlmədi. Ölkəmiz böyük zəfərindən sonra yenə öz mövqeyində qaldı. Ermənistanla sülh sazişinin imzalanmasının təşəbbüskarı da Azərbaycan Prezidenti İlham Əliyev oldu. Təəssüf ki, real görünən sülh danışıqlarından Ermənistan hökuməti yenə də müxtəlif bəhanələrlə yayınmaqda davam etdi. Nəticədə, rəsmi Bakının göstərdiyi səylər, gördüyü ardıcıl və məqsədyönlü işlər sayəsində müəyyən addımlar atılsa da, iki ölkə arasında sülh  sazişinin imzalanması ləngiyirdi.

Ermənistan rəhbərliyi öz ölkəsinin və vətəndaşlarının rifahını nəzərə almadan, müqəddəratını düşünmədən davamlı şəkildə bir sıra ölkələrdən silah-sursat, hərbi texnika almaqla sülhə can atmadığını nümayiş etdirəndə də Azərbaycanın mövqeyi dəyişməz oldu. Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində, Ermənistanın silahlanmasının, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracağını diqqətə çatdırmışdı: "Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər", - dövlətimizin başçısı dedi.

Avqustun 7-8-də Prezident İlham Əliyevin Prezident Donald Trampın dəvəti ilə Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri zamanı ölkəmizin sülh niyyətinin həyata keçirilməsində uğurlu addımlar atıldı. Avqustun 8-də Ağ Evdə ABŞ-nin vasitəçiliyilə Azərbaycan və Ermənistan arasında imzalanan 7 bənddən ibarət Birgə Bəyannamədə iki ölkə arasında sülhün əldə olunmasında xüsusi əhəmiyyət kəsb edən müddəalar yer aldı.

Sənəddə Qarabağın və Şərqi Zəngəzurun işğalı dövründə Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həll edilməsinə vasitəçilik etmək adı ilə problemi daha da düyünə salmış Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlandı. Qeyd edək ki, bu - 2-ci müddəa 2020-ci ildən bəri Azərbaycanın davamlı olaraq gündəlikdə saxladığı, sülh və normallaşma prosesi üçün ən ciddi maneələrdən birinin aradan qaldırılması istiqamətində vacib məsələdir.

Birgə Bəyannamənin 5-ci müddəasında qeyd olundu: "Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qısas cəhdini qətiyyətlə rədd edir və istisna edirik".

Beləliklə, yalnız iki ölkə arasında deyil, ümumilikdə Cənubi Qafqazda sülhün bərqərar olmasında ABŞ, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli görüşü möhtəşəm hadisəyə çevrildi. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik etdi. Bir çox vasitəçilərin Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdıqlarını və hamısının uğursuz olduğunu vurğuladı: "Nəhayət, bu gün bu, bitəcək", - dedi.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Ağ Evdə mətbuata bəyanatla çıxış edərək sülh yolunda əhəmiyyətli addım atıldığını diqqətə çatdırdılar. Dövlətimizin başçısı bildirdi ki, bu, həqiqətən tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq: "Prezident Trampın düzgün qeyd etdiyi kimi, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq".

Dövlətimizin başçısı vurğuladı ki, artıq neçə vaxtdır danışıqlar prosesində olan sülh sazişini dünyanın birnömrəli paytaxtında, dünyanın birnömrəli ofisində və Birləşmiş Ştatların hörmətli Prezidenti qarşısında paraflanması faktı göstərir ki, tərəflərdən heç biri geri çəkilməyəcək. Bununla bağlı heç bir şübhə olmadığını qeyd edən Prezident İlham Əliyev bildirdi: "Beləliklə, Siz, eləcə də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verən hadisə Qafqaza sülh, uzunmüddətli sülh, əbədi sülh gətirəcək".

Bu sülh isə Cənubi Qafqaza dinamik inkişaf, əmin-amanlıq, yüksək rifah bəxş edəcək.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!