02 Aprel 2024 08:05
23492
SİYASƏT
A- A+
Sükan etibarlı əllərdədir

Sükan etibarlı əllərdədir

 

Əsrlərdir ki, insanlar mənzilbaşına tez, rahat və təhlükəsiz çatmaq üçün müxtəlif minik vasitələrindən istifadə edirlər.
Minik vasitələri müxtəlif cür olaraq, müxtəlif zamanlarda dəyişib, inkişaf etdirilib, yenilənib.
Keçmişə ötəri nəzər salmaqla belə bu təkamülü və dəyişmələri aydın görmək mümkündür.
QURUDA:
At, araba, fayton, daha sonralar isə müxtəlif ölçülü və təyinatlı maşınlar...
SUDA:
Qayıq, yelkənli qayıq, gəmi, nəhəng gəmi-bərələr...
HAVADA:
Təyyarə, helikopter, mülki və hərbi təyinatlı reaktiv təyyarələr...
ƏN SON DÖVRLƏRDƏ İSƏ:
Pilotsuz uçuş aparatları, pilotsuz təyyarələr, dronlar və s.
Bunların hamısı bəşəriyyətin nail olduğu müxtəlif kəşflər sayəsində, insan zəkasının məhsulu olaraq yaradılıb.
Hamısı da insanlar tərəfindən idarə olunub.

İdarəetmə əvvəlcə cilovdan başlayıb, hazırda isə uzaq məsafədən belə reallaşdırıla bilir.
***
İdarəetmə özü bir bacarıq, qabiliyyət, çox qısa anda qərar qəbul etmək, yaranan qəfil maneə və təhlükələrdən çıxmaq bacarığı tələb edir.
İdarəetmə həm də müxtəlif vəziyyət və təhlükələri irəlicədən görmək, duymaq, hiss etmək, mənzilbaşına özünü və taleyini sənə etibar etmişləri sağ-salamat çatdırmaq məharətidir.

Ən çox "sərnişin"i olan ən nəhəng gəmi isə "dövlət gəmisi" sayılır.
"Dövlət gəmisi"nin üzdüyü ümman heç də həmişə sakit və təhlükəsiz olmur.

Bəzən gəmini sualtı qayalıqlardan, fırtına və tufanlardan sağ-salamat keçirərək mənzilbaşına çatdırmaq lazım gəlir.
Bu isə gəminin sükanından yapışmış gəmi kapitanının bacarıq və qabiliyyətindən, təhlükələri dəf etmək məharətindən, şahə qalxan dalğaların təhlükəsini ötüşdürmək istedadından asılı olur.
Xoşbəxt o xalqdır ki, onun "dövlət gəmisi"nin sükanı arxasında zəkalı, uzaqgörən, hər bir çətin situasiyadan baş çıxaran, anında ən düzgün qərar qəbul edən, öz "sərnişin"lərini istədiyi limana rahat və təhlükəsiz çatdıra bilən kapitanı var.
***
İlham Əliyev maşın sürməyi sevir.
Xüsusən Qarabağ və Şərqi Zəngəzur ərazisində.

Adətən, bölgəyə səfərləri zamanı (sürətli və möhtəşəm quruculuq işləri ilə bağlı belə səfərlər tez-tez baş verir) sürücüyə "zəhmət vermir", özü sükan arxasına əyləşir.
Dəfələrlə belə səfərləri - radioda xoş bir melodiyanın səslənməsi və Mehriban xanımın çəkilişləri ilə müşayiət olunan səfərləri sevə-sevə izləmişik.
Prezidentimiz Müzəffər Ali Baş Komandan kimi işğaldan azad etdiyi bölgələrə ürək açıqlığı ilə, yenicə çəkdirdiyi təzə yollarla səfərlər edir, biz isə Qarabağa azadlıq gətirən xilaskarımızı sevinc və şadlıqla seyr edirik!
Həm də fəxr edirik! 
Dünyanın elə dövlət başçıları var ki, yıxıla-dura güclə yeriyir, danışanda medianın hədəfinə çevrilən yanlışlıqlara yol verirlər.
Azərbaycan Prezidenti İlham Əliyev isə turnikdə çətin olan dartınma hərəkətləri edir, daş qaldırır, müxtəlif markalı maşınları asan və rahatlıqla idarə edir.
Həm də təkcə öz avtomobilini yox!
Əziz dostu və qardaşı R.T.Ərdoğanın ona hədiyyə etdiyi Türkiyənin ilk TOGG elektrikli avtomobilindən tutmuş digər markalaradək!
İlham Əliyev hərbi maşınları, PUA-ları da çox sevir!
Həm də yenilərini, yeni texnologiyalar əsasında istehsal olunanları, daha güclülərini və "ağıllı"larını.
Bütün bunları, adətən, özü seçir, özü bəyənir.
Sonra isə dost ölkələrdən əldə edərək Azərbaycan Ordusunun sərəncamına verir.
Amma əvvəlcə fərdi baxışından keçirir, PUA-ları ehmallıqla "sığallayır", hərbi maşınların isə sükanı arxasına keçərək şəxsən sınaqdan çıxarır.
44 günlük Zəfər müharibəsində İlham Əliyevin seçərək aldığı PUA-lar və hərbi texnika düşmənin darmadağın edilərək Azərbaycan torpaqlarından qovulmasında çox mühüm rol oynadı!
Biz bütün bunları mavi ekranlarda izlədik, Ermənistan ordusunun dəqiq zərbələrdən qaçaraq fərarilərə çevrildiklərinin, gizlənməyə deşik axtardıqlarının şahidi olduq!
Amma ağıllı PUA-larımız onlara aman vermədi, sonadək "axtarıb taparaq" axırlarına çıxdı, ərazilərimiz murdar ləpirlilərdən təmizləndi!
Yaxınlarda Müzəffər Ali Baş Komandan İlham Əliyev qardaş Türkiyənin sonuncu nəsil "Akıncı" hücum PUA-sına baxış keçirdi, ilk nümunənin üzərinə imza atdı, uçuş-enmə zolağında havaya qalxmasını izlədi.
Daha sonra idarəetmə məntəqəsinə gələrək Azərbaycan Hərbi Hava Qüvvələrində silahlanmaya yeni qəbul edilən "Akıncı"nın idarə olunmasını praktik şəkildə həyata keçirdi.
Bu həm də Müzəffər Ali Baş Komandanın düşmənə və onun havadarlarına mənalı mesajı idi!
Azərbaycan dayanmadan öz ordusunu gücləndirir, ən yeni nəsil silahlar və PUA-lar alır və xam xəyallara düşənləri bir daha xəbərdar edir:
Çaşanlar öz qarşılarında "İki millət, bir dövlət və bir yumruğ"a çevrilən qardaş ölkələri görəcəklər!
***
Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşduqdan sonra Azərbaycan xalqı sevimli rəhbərinin vəsiyyətinə əməl edərək "dövlət gəmisi"nin sükanını yeni rəhbərinin güclü əllərinə etibar etdi!
İlham Əliyev bu "gəmi"ni məharətlə, məsuliyyətlə idarə etdi!
Gücləndirdi, sürətləndirdi, təhlükələrdən qorudu!

Ən əsası, xalqın müqəddəs arzusunu həyata keçirdi, otuz il işğalda qalan torpaqları "dəmir yumruğ"u ilə geri qaytardı, düşmənin başını əzdi!
İndi Azərbaycan adlı "dövlət gəmisi"nin üzdüyü məkan daha iyirmi faiz genişlənib!

Həm də murdar xislətlilər tərəfindən xarabalıqlara çevrilən ərazilərdə görünməmiş sürətlə möhtəşəm quruculuq işləri gedir.
İnsanlar "məcburi köçkün" adından qurtularaq otuz il həsrətini çəkdikləri doğma el-obaya, yeni, "smart" tipli yaşayış məntəqələrindəki rahat və yaraşıqlı evlərə qayıdaraq sevinc və razılıqla məskunlaşırlar.
Cari il fevral ayının 7-də işğaldan azad edilmiş ərazilərdə daha bir sevincli hadisə yaşandı:
Otuz ildən sonra Azərbaycanın bütün ərazisində prezident seçkiləri keçirildi!

Azərbaycan xalqı böyük fərəh və əminliklə, milli birlik şəraitində sevimli rəhbəri İlham Əliyevə səs verdi!
Deməli, daha yeddi il ərzində cənab İlham Əliyev Azərbaycan adlı "dövlət gəmi"sinin sükanı arxasında olacaqdır!
Onun qüdrətli əlləri ilə bu "gəmi" xalqı daim bəxtəvər günlərə daşıyacaqdır!
Artıq "gəmi"nin əvəzolunmaz kapitanı yeni hədəfləri də dəqiqliklə müəyyən etmişdir.
Bu hədəflərin hər biri hər bir azərbaycanlının ürəyindəndir!
Yolun açıq və aydın olsun, cənab kapitan!
Tanrı səni və idarə etdiyin "gəmi"ni pis gözlərdən və nəzərlərdən qorusun!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:20
18 May

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var  

19:02
18 May

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

18:35
18 May

Əminə Əliyeva dünya çempionu olub  

17:45
18 May

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir  

16:57
18 May

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək  

15:55
18 May

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

15:12
18 May

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək  

12:51
18 May

Bilmək istəyirəm

09:45
18 May

Vətən torpağını öpən dodaqlar

09:40
18 May

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

09:35
18 May

"Barselona"nın çempionluq paradına 670 min adam qatıldı 

09:30
18 May

64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək

09:25
18 May

FİFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

09:20
18 May

Juninyonun "Flamenqo"da işi çətinləşir

09:15
18 May

Abubakar "Qarabağ"a təklif edildi

09:10
18 May

"Neftçi"nin baş məşqçisi iki köməkçisi ilə vidalaşmaq istəyir 

09:05
18 May

"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"

09:00
18 May

Tariximizin bələdçisi

08:55
18 May

Bu il su ehtiyatlarımız hansı səviyyədədir?

08:50
18 May

Sahibkarlarla kredit təşkilatlarının nümayəndələri Hacıqabulda bir araya gəldilər

08:45
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!