06 Avqust 2024 08:10
387
SİYASƏT
A- A+
Söz, fikir və ifadə azadlığı demokratiyanın başlıca prinsiplərindəndir

Söz, fikir və ifadə azadlığı demokratiyanın başlıca prinsiplərindəndir

 

Ulu Öndərin 1998-ci il avqustun 6-da imzaladığı fərmanla mətbuat üzərində senzura ləğv edildi


Söz azadlığı insanın cəmiyyətdə layiqli yerini tapmasına, plüralizmin bərqərar olmasına, ən başlıcası, dövlətin demokratik dəyərlərə söykənməsinə şərait yaradır. Mətbuat azadlığı hər bir ölkədə, ilk növbədə insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. 

Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə imkan yaradır. 
Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu həmişə şərəflə yerinə yetirib. 1991-ci ildə Azərbaycan  müstəqilliyini elan etdikdən  sonra ölkədə ictimai tələblərə cavab verən, müasir, müstəqil medianın formalaşmasına böyük ehtiyac yarandı. Təəssüf ki, müstəqilliyimizin ilk illərində  zəngin ənənələrə və böyük inkişaf yoluna malik olan milli mətbuatımız, demək olar ki, tənəzzül ilə üz-üzə qaldı. O dövrdə yaşananların ağır və arzuolunmaz fəsadları, siyasi hakimiyyətsizlik, müstəqilliyini yenicə elan etmiş  dövlətin bir-birinin ardınca aldığı ağır iqtisadi və siyasi zərbələr bütün digər sahələrdə olduğu kimi, mətbuatdan da yan keçmədi. O zaman hakimiyyətdə olanların mətbuata, azad sözə münasibəti, tənqidi fikirlərə dözümsüzlük totalitar rejimlərdəki yanaşmadan  heç də fərqlənmirdi. 1992-ci il aprelin 16-da mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında,  eləcə də 1993-cü il aprelin 15-də   dövlət sirrinin qorunması haqqında fərmanın imzalanması  və bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi, dövlət sirrinin qorunmasından çox ovaxtkı hakimiyyətin əməllərini gizlətmək məqsədi daşıyırdı. O zaman hakimiyyətdə olanlar elə zənn edirdilər ki, onların əleyhinə olan hər hansı bir informasiyanın, əslində isə, həqiqətin xalqa çatdırılması bu şəxslərin siyasi iflasına gətirib çıxaracaq.
 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdıraraq  Azərbaycan mətbuatının bərbad hala düşməsinə səbəb oldu.
 Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə  hakimiyyətə gəlməsi, dövlətin mətbuat siyasətində də yeni mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyev  qeyd edirdi ki, demokratiya yolunu seçən Azərbaycan üçün azad sözün, azad mətbuatın inkişafı zamanın ən mühüm tələblərindəndir. Mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. Ulu Öndər mətbuatda sərt, ziddiyyətli meyilləri görən kimi dərhal buna reaksiya verir, problemlərin çevik şəkildə və yerində həllinə nail olurdu.
1995-ci ildə Ümummilli Liderin birbaşa rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikası Konstitusiyasında söz və məlumat azadlığı təsbit olundu. Konstitusiyanın 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Konstitusiyanın 50-ci maddəsində isə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Mətbuatda dövlət senzurası qadağandır.
Mətbuat azadlığına verilən yüksək dəyər mətbuatın daha çox azadlıqlar almasına və müstəqil fəaliyyətinə zəmanət verən yeni qərarların qəbulunu şərtləndirirdi. 1998-ci il avqustun 6-da Azərbaycan mətbuatının inkişafında inqilab sayıla biləcək bir hadisə baş verdi. Ulu Öndər Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki durumunun yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən və qanunların qəbul edilməsi zamanı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması öz əksini tapmaqla yanaşı, mətbuatda dövlət sirlərini mühafizə edən Baş İdarənin ləğv olunduğu qeyd edilirdi. Bu isə 1990-cı illərin əvvəllərində ölkəmizdə daha da ciddi şəkildə tətbiq olunmağa başlanmış senzuranın ləğvi demək idi. Bununla da ölkəmizdə mətbuat azadlığının, söz azadlığının, müstəqil mətbuatın  inkişafı üçün yeni bir mərhələnin əsası qoyuldu. 
2000-ci il iyulun 30-da "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamla isə KİV-in maddi-texniki təchizatı, söz və məlumat azadlığı sahəsində qarşıya çıxan bir sıra problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə bağlı fəaliyyət proqramı hazırlandı. 2001-ci il dekabrın 27-də və 2003-cü il yanvarın 9-da imzalanmış sərəncamlarla qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu. Bu illər ərzində görülən işlərin nəticəsi olaraq qəzetlərin qeydiyyat proseduru asanlaşdırıldı, KİV-in maddi-texniki təminatı möhkəmləndirildi, azad sözün, mətbuat azadlığının gücləndirilməsi istiqamətində böyük nailiyyətlər qazanıldı.
Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, elektron mətbuat, saytlar fəaliyyət göstərir. 
Ulu Öndərin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. KİV-ə birdəfəlik yardımların ayrılması, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, mətbuata və bu sahədə çalışanlara dövlət tərəfindən göstərilən qayğının tərkib hissəsidir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

19:23
15 Yanvar

Belarusda prezident seçkilərini 40-dan çox ölkədən beynəlxalq müşahidəçilər izləyəcək  

18:20
15 Yanvar

Millimiz ilin ilk hazırlığına başlayıb

18:19
15 Yanvar

Paris-2024: Azərbaycan idmançılarının da Olimpiya medalları bərbad vəziyyətə düşüb  

18:18
15 Yanvar

Səyahət üçün ən maraqlı ölkələr

18:16
15 Yanvar

Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub

18:14
15 Yanvar

Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır

18:13
15 Yanvar

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

18:12
15 Yanvar

Azərbaycanın AQEM-də sədrliyinin prioritet istiqamətləri müzakirə edilib

18:11
15 Yanvar

ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır  

18:10
15 Yanvar

Hər gün yaşıl çay içməklə demensiyada beyin zədələnməsi riskini azaltmaq olar  

18:08
15 Yanvar

DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək

18:05
15 Yanvar

Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib  

18:03
15 Yanvar

Gürcüstan Baş Prokurorluğu parlament seçkiləri ilə əlaqədar istintaqın ilkin nəticələrini açıqlayıb  

18:01
15 Yanvar

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

18:00
15 Yanvar

Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

17:58
15 Yanvar

Xocalıya köçən şəhid anası: Doğma torpaqlara qayıtmağı hər birimiz arzulamışıq  

17:56
15 Yanvar

Almaniya iqtisadiyyatında ardıcıl ikinci il geriləmə qeydə alınıb

17:55
15 Yanvar

Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğandan

17:52
15 Yanvar

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

17:51
15 Yanvar

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

17:50
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!