22 Avqust 2024 11:00
123
DÜNYA
A- A+

Sorğu: Harris seçici dəstəyinə görə Trampdan üç faiz öndədir

 

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris seçici dəstəyi səviyyəsinə görə Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3 faiz qabaqlayır.

AZƏRTAC xəbər verir ki, bunu “The Economist” jurnalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri göstərib.

Sorğu iştirakçılarının 46 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, 43 faizi isə Trampa üstünlük verib. Respondentlərin daha 3 faizi müstəqil namizəd Robert Kennediyə səs vermək niyyətindədir. Rəyi soruşulanların 8 faizi hələ seçimini etməyib və ya səsvermədə iştirak etməyi planlaşdırmır.

Avqustun 17-dən 20-dək aparılan sorğuda yaşı 18-dən yuxarı olan 1,5 minə yaxın Amerika vətəndaşı iştirak edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video