03 Aprel 2025 10:16
280
DÜNYA
A- A+
Sorğu: Fransızların 68 faizi Marin Le Pen barədə məhkəmə qərarının dərhal həyata keçirilməsini ədalətli hesab edirlər  

Sorğu: Fransızların 68 faizi Marin Le Pen barədə məhkəmə qərarının dərhal həyata keçirilməsini ədalətli hesab edirlər  

BFMTV kanalının sifarişi ilə Elabe sorğu institutu Avropa İttifaqının vəsaitlərini mənimsəməkdə təqsirli bilinən Marin Le Penə qarşı çıxarılan məhkəmə qərarı ilə bağlı sosial sorğu keçirib.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, fransızların yarıdan çoxu (68%) Le Penə qarşı ittihamları nəzərə alaraq məhkəmə qərarını normal hesab edir. Həmçinin həmin respondentlər hesab edir ki, dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinən şəxslərə məhkəmənin tətbiq etdiyi müvəqqəti icra qaydası ədalətlidir. Paris İslah Məhkəməsi Marin Le Penin 5 il müddətinə seçkilərə buraxılmamaq kimi müvəqqəti icra qaydasını aktivləşdirərək dərhal tətbiq edilməsinə qərar verib.

Xatırladaq ki, 25 nəfər, o cümlədən Milli Birlik (RN) partiyasından 9 deputat və 12 deputat köməkçisi Avropa Parlamentində qondarma işdə təqribən 4,1 milyon avro dəyərində dövlət vəsaitlərinin mənimsənilməsində və gizlətməkdə təqsirli bilinib.

Marin Le Pen vəkili Rodolf Bosselut vasitəsilə məhkəmə hökmündən apellyasiya şikayəti verdiyini açıqlayıb.

Apellyasiya şikayəti avtomatik olaraq cəzanın icrasını dayandırsa da, bu, Paris məhkəməsi tərəfindən çıxarılan müvəqqəti icra tədbirinə tabe olan seçkilərə buraxılmama hökmünə təsir göstərmir.

Apellyasiya məhkəməsi 2027-ci il prezident seçkilərindən əvvəl yekunlaşacaq, ancaq Marin Le Penin seçkilərə buraxılmama qadağası aradan qaldırılmasa, o, bütün sorğularda qalib gələcəyi proqnozlaşdırılsa da, Yelisey Sarayına namizəd kimi iştirak edə bilməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:52
08 Aprel

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

00:51
08 Aprel

"İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:50
08 Aprel

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında

00:49
08 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan laminat təbəqələrin satın alınması məqsədilə müsabiqə elan edir

00:48
08 Aprel

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb  

21:51
07 Aprel

David Babayandan etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi - MƏHKƏMƏ 

21:03
07 Aprel

Premyer Liqada XXIX tura yekun vurulub  

20:41
07 Aprel

Gimnaziada: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  

20:19
07 Aprel

Tramp Çinə tətbiq edəcəyi vergini 50 faiz qaldıracağını açıqlayıb

19:57
07 Aprel

David Babayan: İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı  

19:46
07 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib  

19:41
07 Aprel

Azərbaycan və İsrail yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanlarını müzakirə edəcək  

19:35
07 Aprel

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

19:23
07 Aprel

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:17
07 Aprel

“Jewish Press”: Azərbaycanın “İbrahim razılaşması”na qoşulacağı günə ümidliyik  

19:06
07 Aprel

Gimnaziada: Azərbaycanın 10 yunan-Roma güləşçisindən 9-u medal qazanıb

18:53
07 Aprel

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən

18:43
07 Aprel

YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər  

18:42
07 Aprel

Maqnit qasırğası müşahidə edilir  

18:39
07 Aprel

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

18:35
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!