15 İyun 2025 09:50
2699
Təhsil
A- A+
"Son zəng"

"Son zəng"


Yolunuz açıq olsun!


İyunun 14-də Bakının Binəqədi rayonundakı Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi.

On birincilər tədbirdən əvvəl məktəb həyatının son anlarını birlikdə yaşamaq, son dəfə parta arxasında oturmaq, müəllimlərin son nəsihətlərini dinləmək istəyirdilər. Bu, sinif otaqları ilə bir vida, həm də unudulmaz bir xatirə idi. 

Məktəbin həyətində günün  ruhunu əks etdirən xüsusi ab-hava var idi. Səhnə rəngarəng şarlarla bəzədilmiş, pəncərələrdən Azərbaycan bayrağı asılmışdı.

Məktəbin müəllim heyəti, şağirdlər, valideynlər, qonaqlar toplaşdıqdan sonra on birincilər tədbirə dəvət olundular. Məzunlar əllərində gül dəstələri, sinələrində məzun lenti məktəb qapısından  həyətə doğru qoşa addımladılar. 

Ardınca üçrəngli bayrağımız gətirildi, Dövlət himni səsləndirildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Sonra söz məktəbin direktoru Şəfa Qurbanovaya verildi. Tədbiri açıq elan edən direktor  məzunları təbrik edərək  uğurlu gələcək arzuladı. 

Direktor müavini Xanım Mollayeva, on birincilərin sinif rəhbərləri Gülşən Mahmudova və Ruqiyyə Bayramova məzunlara keşməkeşli həyat yollarında inamla irəliləməyi, uğurlar dilədilər.

Ən duyğulandırıcı anlardan biri isə şəhid Əli Heydərovun  anası - Gülbəniz Heydərovanın çıxışı oldu. O, oğlunun xatirəsinin əziz tutulmasına görə təşəkkürünü bildirdi, həm sevincli, həm də kədərli duyğularını bölüşərək məzunlara uğurlar dilədi.

Çıxış edən qonaqlar, müəllimlər və valideynlər  məzunlara xeyir-dua verərək qeyd etdilər ki, "son zəng" məktəb həyatının son, böyük həyatın isə ilk addımının sədasıdır. 

Məzunların hazırladıqları bədii kompozisiyalar, rəqslər tədbirə xüsusi ovqat qatdı.

Tədbirin ən yaddaqalan anı isə "Son zəng"in səslənməsi oldu. "Son zəng"in sədası məktəb həyətinə yayıldı. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!