09 Fevral 2026 11:43
134
CƏMİYYƏT
A- A+
Son iki gündə 105 cinayətin açılması təmin edilib

Son iki gündə 105 cinayətin açılması təmin edilib


Fevralın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 47, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 və dələduzluğa görə axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 65 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 44,6 kiloqrama yaxın narkotik vasitə və 130 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 pulemyot, 1 qumbaraatan, 2 tapança, 8 qumbara, 23 tüfəng, 86 patron darağı, 5 partladıcı və 2491 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər də saxlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol

11:46
09 Fevral

“The Jerusalem Post”: İsrail İrana zərbə endirə biləcəyi barədə ABŞ-ı xəbərdar edib  

11:44
09 Fevral

Son iki gündə 105 cinayətin açılması təmin edilib

11:43
09 Fevral

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

11:42
09 Fevral

Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək  

11:42
09 Fevral

İlon Mask: “SpaceX”in prioriteti Ayda şəhər yaratmaqdır  

11:41
09 Fevral

Əziz Ələkbərli: Köçəryan, Sarkisyan kimi müharibə caniləri də Azərbaycana təhvil verilməli və xalqımız qarşısında mühakimə olunmalıdırlar  

11:40
09 Fevral

Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib

11:40
09 Fevral

Özbəkistanda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib

11:14
09 Fevral

Dünya bazarında qızıl 80 dollar bahalaşıb 

11:13
09 Fevral

Neftin qiyməti geosiyasi təzyiq altında qalmaqda davam edir

10:53
09 Fevral

Dünya birjalarında neft ucuzlaşıb

10:41
09 Fevral

Türkmənistan mətbuatı Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasına geniş yer ayırıb

10:33
09 Fevral

BDYPİ: Zolaqlar üzrə nizamlı hərəkət yol mədəniyyətinin göstəricisidir 

10:10
09 Fevral

Media: Qərb ölkələri Rusiya iqtisadiyyatını düzgün qiymətləndirməyib

10:05
09 Fevral

Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları pisləyib  

09:58
09 Fevral

Azərbaycanda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazanıb  

09:36
09 Fevral

Fransa və Ukrayna birgə PUA-ların hazırlanması barədə razılığa gəliblər  

09:17
09 Fevral

“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat  

22:23
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar

21:36
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar  

21:35
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!