09 Dekabr 2025 14:14
306
CƏMİYYƏT
A- A+
Son 5 ildə yol qəzalarının sayı 22 faizdən çox azalıb - TƏHLİL 

Son 5 ildə yol qəzalarının sayı 22 faizdən çox azalıb - TƏHLİL 

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2021-2025-ci illər üzrə yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələrinin sayı ümumilikdə azalan dinamika nümayiş etdirib.

MTM-dən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin yanvar–sentyabr aylarında 1 171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 2022-ci ilin eyni dövründə bu göstərici 7,5 faiz və ya 88 hadisə artaraq 1 259-a yüksəlib və son beş ilin ən yüksək nəticəsini təşkil edib.

Sonrakı illərdə isə yanvar-sentyabr ayları üzrə ardıcıl azalma müşahidə olunur. 2023-cü ilin ilk doqquz ayında yol-nəqliyyat hadisələrinin sayı 1 204 olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz və ya 55 hadisə azalma deməkdir.

2024-cü ilin yanvar–sentyabr aylarında göstərici daha kəskin enərək 1 031 hadisəyə düşüb. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 173 hadisə azalma deməkdir.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və ya 126 hadisə azalma deməkdir.

Rəqəmlər göstərir ki, son illərdə yol təhlükəsizliyi istiqamətində atılan addımlar və nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində ölkədə yol-nəqliyyat hadisələrinin sayı davamlı şəkildə azalır.

Cari ilin yanvar–sentyabr aylarında ölkədə baş verən yol-nəqliyyat hadisələrinin strukturunda əsas payı nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verən qəzalar təşkil edib. Belə ki, qeyd olunan dövrdə hadisələrin 39,1 faizi sürücü–piyada toqquşmalarının payına düşüb. Bu göstərici piyadaların yol hərəkətində ən həssas qrup olaraq qalmasını və piyada təhlükəsizliyi üzrə görülən tədbirlərin hələ də kifayət qədər effektiv nəticə vermədiyini göstərir.

Eyni zamanda, yol-nəqliyyat hadisələrinin 38,8 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən toqquşmalarla bağlı olub. Bu, intensiv hərəkətli magistral və şəhərdaxili yollarda sürət həddinə əməl edilməməsi, diqqətsiz zolaq dəyişmələri və düzgün məsafə saxlanılmaması kimi ehtiyatsız davranışların nəticəsi kimi qiymətləndirilir.

Yalnız bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzalar isə ümumi strukturun daha kiçik hissəsini - 22,1 faizini təşkil edib.

2021-ci ilin yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələri nəticəsində yaralananların sayı 1 043 nəfər təşkil edib. 2022-ci ilin eyni dövründə bu göstərici 5,4 faiz və ya 56 nəfər artaraq 1 099 nəfərə yüksəlib və son illərin maksimum səviyyəsinə çatıb.

Növbəti illərdə isə ardıcıl azalma müşahidə olunub. 2023-cü ildə yaralananların sayı 1 034 nəfərə enib ki, bu da əvvəlki illə müqayisədə 5,9 faiz və ya 65 nəfər azalma deməkdir. 2024-cü ilin yanvar–sentyabr aylarında göstərici daha da azalaraq 914 nəfərə düşüb, bu isə 11,6 faiz və ya 120 nəfər azalma deməkdir. 2025-ci ilin müvafiq dövründə yaralananların sayı 757 nəfər təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 17,2 faiz və ya 157 nəfər, 2021-ci illə müqayisədə isə ümumilikdə 27,4 faiz və ya 286 nəfər azalma deməkdir.

Həlak olanların dinamikası isə müəyyən fərqlər göstərir. 2021-ci ilin yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələri nəticəsində 504 nəfər həlak olub. 2022-ci ildə bu göstərici 18,8 faiz və ya 95 nəfər artaraq 599 nəfərə, 2023-cü ildə isə əlavə 4,7 faiz və ya 28 nəfər artımla 627 nəfərə yüksəlib. Növbəti illərdə azalma qeydə alınıb: 2024-cü ilin yanvar-sentyabr aylarında həlak olanların sayı 17,1 faiz və ya 107 nəfər azalaraq, 520 nəfərə düşüb. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 507 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,5 faiz və ya 13 nəfər azalma deməkdir.

Ümumilikdə rəqəmlər göstərir ki, son beş ilin yanvar–sentyabr ayları üzrə yol-nəqliyyat hadisələrində yaralananların sayında ciddi azalma müşahidə olunsa da, ölüm hallarının səviyyəsi hələ də yüksək olaraq qalır. Ölüm riskinin azaldılması üçün sürət rejiminə nəzarətin gücləndirilməsi, yolların işıqlandırılması, piyada intizamının artırılması və digər təhlükəsizlik tədbirlərinin davam etdirilməsi zəruridir.

Hər üç ölkənin Dövlət Statistika Komitələrinin rəsmi internet resurslarında yayımlanan məlumatlara əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarına dair göstəricilərin müqayisəsi Cənubi Qafqaz ölkələri arasında yol-nəqliyyat hadisələrinin sayında ciddi fərqlərin mövcud olduğunu göstərir. Hesabat dövründə Azərbaycanda 1 264 yol-nəqliyyat hadisəsi qeydə alındığı halda, Gürcüstanda bu göstərici 4 min 480, Ermənistanda isə 3 min 547 olub.

Rəqəmlər göstərir ki, Gürcüstanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı Azərbaycan üzrə göstəricini təxminən 3,5 dəfə və ya 3 min 216 hadisə, Ermənistanda qeydə alınanlar isə 2,8 dəfə və ya 2 min 283 hadisə üstələyir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!