31 Oktyabr 2025 18:41
570
İQTİSADİYYAT
A- A+
Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib  

Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib  


Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hər iki ölkədən dövlət qurumlarının rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, iqtisadiyyat, enerji, informasiya kommunikasiya texnologiyaları, qida, yüngül sənaye, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit, turizm və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bolqarıstan energetika nazirinin müavini İva Petrova qeyd edib ki, hər iki ölkənin maraqlarına uyğun olaraq müsbət inkişaf edən Azərbaycanla strateji əməkdaşlıq münasibətləri artıq yeni səviyyəyə çatıb. Bolqarıstan hökumətinin təbii qaz təchizatını şaxələndirmək və regionda enerji təhlükəsizliyini artırmaq istiqamətində Azərbaycanla mühüm əməkdaşlıq edir.

“Avropa məqsədləri kontekstində bir-biri ilə əlaqəli və vahid ümumavropa qaz bazarının yaradılması üçün Bolqarıstan hökuməti qaz infrastrukturunun inkişafı, milli qaz ötürmə şəbəkəsinin genişləndirilməsi və qonşu ölkələrlə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu istiqamətdə bizim Azərbaycanla tərəfdaşlığımız enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır”, - deyə Bolqarıstanın energetika nazirinin müavini vurğulayıb.

Forumda çıxış edən Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Bolqarıstanı Azərbaycanın qlobal enerji layihələrində fəal iştirakçı adlandıran nazir bildirib ki, enerji , o cümlədən yaşıl enerji sektorundakı əməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, bütün Avropa regionu üçün enerji təhlükəsizliyini gücləndirən mühüm amildir. Nazir Məcnun Məmmədov əlavə edib ki, enerji ilə yanaşı, kənd təsərrüfatı, qida emalı, turizm və beynəlxalq yük daşımaları da daxil olmaqla, iqtisadi əlaqələri inkişaf etdirmək üçün əhəmiyyətli potensiala malik bir çox digər sektorlar da mövcuddur. Nazir iş adamlarını yeni əməkdaşlıq imkanlarını araşdırmağa çağırıb.

Forumda Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı investisiya və ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi müzakirə edilib.

Tədbirdə çıxış edən Bolqarıstan Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyinin icraçı direktoru Boyko Takov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bolqarıstan və Azərbaycanda biznes mühiti, sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib, hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlar haqqında danışıblar.

Daha sonra Bolqarıstan və Azərbaycanda investisiya mühiti barədə təqdimatlar keçirilib.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!