31 Avqust 2022 00:45
1469
İQTİSADİYYAT
A- A+
SOCAR-ın yeni hədəfləri

SOCAR-ın yeni hədəfləri

 

Xərcləri optimallaşdırmaq, gəlirləri artırmaq

 

Məlum olduğu kimi, 2019-cu ilin sonunda SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) təsisçiliyi ilə "SOCAR Downstream Management" şirkəti yaradılmışdır. Bu, SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədinə yönəldilmiş bir tədbirdir.
İki il əvvəl isə Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) "SOCAR Downstream Management" şirkətinin idarəetməsinə verildi. Beləliklə, burada innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlandı. Bu tədbirlərə həmçinin biznes proseslərini, SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi), aktivlərin idarə edilməsi, istehsalatın düzgün proqnozlaşdırılması və planlaşdırılması istiqamətində "Əməliyyat Mükəmməlliyi" proqramlarının icrası da daxildir.
Hazırda SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin - "Azərikimya" İB, Karbamid zavodu, Metanol zavodu, "SOCAR Polymer", Qaz Emalı Zavodunun və s. qanunvericilik və nizamnamələr nəzərə alınmaqla "SOCAR Downstream Management" şirkətinin idarəetməsinə verilməsi prosesinə başlanıb. Bu da beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR-ın emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin və SƏTƏMM normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədini daşıyır. 
Qeyd edək ki, sözügedən proses şaquli inteqrasiya prinsipi əsasında həyata keçirilir. Yəni SOCAR-ın neft emalı və neft kimya müəssisələri dəyər zənciri üzrə bir-biri ilə inteqrasiyalı fəaliyyət göstərir. Bu da güclü sinerji yaradılaraq xərclərin optimallaşdırılmasına və gəlirlərin artırılmasına hədəflənir. Beləliklə, hazırda Heydər Əliyev adına NEZ, "Azərikimya" İB və "SOCAR Polymer" müəssisələri vahid dəyər zənciri üzrə bir-birini xammalla təmin edir. Bu müəssisələr arasında şaquli inteqrasiya əsasında güclü sinerji yaradılaraq istehsalat prosesində səmərəliliyin artırılması, fasiləsiz istehsalatın təmin edilməsi hədəflənir. Bütün bunlar SOCAR-ın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. 
Xatırladaq ki, 2019-cu ilin sonlarında SOCAR-ın Türkiyədəki törəmə müəssisələri - "Petkim", "STAR" NEZ, "SOCAR Petrol Ticarət" və "SOCAR Depolama" arasında şaquli inteqrasiyanın təmin edilməsi və güclü sinerjinin yaradılması məqsədilə "Neft-emalı və Neft-kimya Biznes Bölməsi" yaradılmışdır. COVID-19 ortaya bir sıra çətinliklər çıxararaq, qlobal miqyasda təchizat zəncirində fasilələr baş versə belə, "Petkim"in və "STAR" NEZ-in inteqrasiyalı fəaliyyəti sayəsində yaranan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesini davam etdirib və rəqabətqabiliyyətliliyini artırıb.
İnteqrasiyalı fəaliyyət öz bəhrəsini getdikcə daha çox göstərir. Belə ki, indi "Petkim" "STAR" NEZ-dən daha çox və yüksəkkeyfiyyətli yüngül nafta məhsulu alır. Bundan əvvəl isə "Petkim" bu məhsulu xaricdən idxal edirdi. Bütün bunlar nəqliyyat və idxal xərclərini aradan qaldırıb, daha keyfiyyətli və stabil yüngül nafta istifadəsi sayəsində gəlirlərin artırılmasına imkan yaradıb.
 Sözügedən bu iki müəssisənin inteqrasiyalı fəaliyyəti nəticəsində eyni zamanda istehsal prosesinin daha səmərəli idarə olunmasına başlanıb. Belə ki, xammal idxal edilən zaman nəqliyyat və digər səbəblərdən yaranan gecikmələr istehsal proseslərinə birbaşa mənfi təsir göstərirdi. Bu isə məhsulun maya dəyərinin artması və bazarda rəqabət qabiliyyətinin azalması ilə nəticələnirdi. Həmin hal pandemiya dövründə təchizat zəncirlərində yaranan fasilələrdə özünü daha bariz şəkildə göstərdi.
"Petkim" və "STAR" NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində müxtəlif kateqoriyalarda, o cümlədən istehsalat, satınalma, ticarət, texniki xidmət, maliyyə, informasiya texnologiyaları və korporativ xidmətlər sahəsində yaradılan əlavə maliyyə dəyəri 2019-2021-ci illər üzrə təqribən 100 milyon dollar təşkil edib.
Göründüyü kimi, emal və neft-kimya müəssisələrinin vahid mərkəzdən idarə olunması idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəlməsinə və əməkdaşların karyera inkişafının təmin edilməsinə zəmin yaradır. 
Beləliklə, SOCAR-ın ölkə daxilində fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələrinin inteqrasiyalı fəaliyyətinin əhəmiyyətli əlavə maliyyə dəyəri yaradacağına şübhə yoxdur.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!