01 Oktyabr 2024 21:30
1107
DÜNYA
A- A+
Şimali Koreya gözlənilməz strateji tədbirlər görəcək

Şimali Koreya gözlənilməz strateji tədbirlər görəcək

KXDR Amerikanın strateji aktivlərinin Koreya yarımadasının cənubunda yerləşdirilməsinə cavab olaraq gözlənilməz strateji tədbirlər görmək hüququnu özündə saxlayır. Bunu Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən KXDR müdafiə nazirinin müavini Kim Qan İl deyib.

O xatırladıb ki, bundan əvvəl Amerikanın yeni nüvə sualtı gəmisi Pusan limanına daxil olub,  Koreya Respublikasında Silahlı Qüvvələr Günü münasibətilə keçirilən paradla əlaqədar Amerikanın B-1B strateji bombardmançı təyyarəsinin peyda olacağı gözlənilir. Kim Qan İl bildirib ki, Koreya Xalq Ordusu “pis vərdişə” çevrilmiş Koreya yarımadasında ABŞ-nin strateji aktivlərinin tez-tez görünməsini diqqətlə izləyir.

"Belə bir vəziyyətdə gözlənilməz strateji cavab tədbirləri suveren dövlətin hüququ olmalıdır, insanları ABŞ-nin əsas ərazisinin təhlükəsizliyindən narahat etmək üçün yeni yollar lazımdır. Biz istənilən vaxt bu cür yeni aksiyalar üçün planları nəzərdən keçirə və həyata keçirə bilərik”, - Kim Qan İl xəbərdarlıq edib. 

Onun sözlərinə görə, KXDR silahlı qüvvələri “boş oturmayacaq”.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!