16 Fevral 2025 08:30
693
İQTİSADİYYAT
A- A+
"Şimal-Cənub" dəhlizi ilə tranzit yüklərin daşınması ölkəmizə əlavə gəlir əldə etməyə imkan verəcək

"Şimal-Cənub" dəhlizi ilə tranzit yüklərin daşınması ölkəmizə əlavə gəlir əldə etməyə imkan verəcək


İlkin hesablamalara görə, bu gəlirin ildə 2,5-3 milyard dollar olacağı gözlənilir


Müasir dünyada baş verən siyasi və hərbi münaqişələr həm də iqtisadi və ticarət marşrutlarında dominantlıq uğrunda gedir. Çox sadə bir səbəbdən - iqtisadiyyatın inkişafı xarici ticarətin həcmindən və sürətindən də asılıdır. O üzdən Qərb və Şərq blokları dünya ticarət marşrutlarına nəzarəti ələ almaq üstündə qarşıdurmanın bütün forma və məzmunlarından istifadə edirlər. 

Bu gün dünya ticarətində önəmli rol oynayan Süveyş kanalında ticarət məhdud səviyyədə aparılır. İkinci ən böyük ticarət keçidi olan Fars körfəzi isə İranla bağlı mövcud gərginliklər üzərindən hər an bağlana bilər. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun Avropaya gedən yolunu bağlayıb və bu səbəbdən RF  Azov və Qara dəniz üzərindən ticarətin təhlükəli olduğu üçün məhdudlaşdırmaq məcburiyyətində qalıb. Ona görə də Rusiya dünya bazarlarına çıxmaq üçün "Şimal-Cənub" nəqliyyat marşrutunun fəaliyyətini canlandırmaq istəyir. Qeyd edək ki, bu marşrutun üç əsas qolu var. Bir qolu Xəzər dənizindən yükləri gəmi vasitəsilə İrana daşımaqdır. Digər qolu Xəzər dənizinin Orta Asiya sahili boyu cənub istiqamətə gedən yoldur. Üçüncüsü, əsas marşrut isə Azərbaycandan keçən qoldur. Rusiya bu marşrutla yüklərini cənub, şərq və qərb istiqamətlərinə göndərmək imkanı da qazana bilər.

Azərbaycan üzərindən keçən bu marşrutun fəaliyyətini artırmaq üçün Rusiya İranla Rəşt-Astara dəmir yolunun tikintisi barədə gələn ay müqavilə bağlamaq niyyətindədir. Hazırda Azərbaycan ərazisindəki dəmir yolunda sözügedən marşrutla bağlı yenidənqurma işləri həyata keçirilir. Astara yük terminalı da tezliklə hazır olacaq. Onu da vurğulayaq ki, Rusiya, Hindistan və İran arasındakı razılaşma bu marşrutun gələcəkdə dünya üçün böyük əhəmiyyətinin artmasına səbəb olacaq. Hindistan dünya iqtisadiyyatında həcminə görə beşincidir. Bu, böyük bazar və ciddi ixrac-idxal deməkdir. Belə bir mühüm marşrutda açar ölkə olmaq ölkəmizə də böyük fayda gətirəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov deyir ki, Prezident İlham Əliyevin 11 fevral 2025-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib: "Prezident tərəfindən "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı"nın imzalanması dəhlizlərə verdiyi önəmlə bağlıdır". A.Əsədov onu da vurğulayıb ki, illər öncə "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik", - deyən dövlət başçısının uzaqgörən siyasəti bu gün öz bəhrəsini verməkdədir: "Artıq Azərbaycan nəqliyyat-tranzit-logistika xidmətləri ilə nəinki region, eləcə də Avropa və dünya üçün əhəmiyyətli ölkəyə çevrilir. Sözsüz ki, burada "Şimal-Cənub" nəqliyyat dəhlizinin də payı var".

2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanmış müqavilə ilə başlayan "Şimal-Cənub" nəqliyyat layihəsinə ölkəmiz 2005-ci ildən qoşulub. Hazırda Avropa və Asiyanı birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi kimi məsələlər Azərbaycan və RF-nin  prioritetlərinə daxildir. Bu isə iki ölkənin nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu göstərir. Layihənin uğurla reallaşması sayəsində 2022-ci ilədək yükdaşımaların həcmi 8 dəfə artıb. 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb və yük dövriyyəsi 2500 milyon ton/km təşkil edib.

Aqil Əsədovun sözlərinə görə, ölkəmizin qoşulduğu beynəlxalq nəqliyyat dəhlizləri üzrə ümumilikdə 2023-cü ildə 32,8 milyon ton yük daşınıb ki, onun da 28,3 faizi "Şimal-Cənub" nəqliyyat dəhlizinin payına düşüb. O cümlədən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük dövriyyəsi 12873,6 milyon ton/km təşkil edib və bunun 19,4 faizi "Şimal-Cənub" layihəsinə aiddir. 2024-cü ildə isə "Şimal-Cənub" dəhlizi ilə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb. Bu isə əvvəlki illə müqayisədə 28 faiz çoxdur.

Layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral avtomobil yolunun, sərhədyanı Samur çayı üzərində birgə körpünün istifadəyə verilməsi dəhlizin imkanlarını daha da genişləndirəcək. Azərbaycan ərazisində "Şimal-Cənub" nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil magistralı üzərində işlər tam yekunlaşıb. Gələcəkdə  dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon tona və növbəti mərhələlərdə daha çox həcmə çatdırılması nəzərdə tutulur. 

A.Əsədov onu da bildirib ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı"nda da "Şimal-Cənub" nəqliyyat dəhlizinin potensial imkanlarını artıracaq çoxsaylı tədbirlər nəzərdə tutulub. Sərhəd-keçid məntəqələrinin infrastruktur təminatının təkmilləşdirilməsi, rəqəmsallaşmanın tətbiqi, yeni buraxılış məntəqələrinin yaradılması, gömrük xidməti ilə dəmir yolu qurumları arasında koordinasiyalı fəaliyyətin təşkili və digər tədbirlər bu nəqliyyat dəhlizinin imkanlarının artırmasına kömək edəcək.  

Şöbə müdiri deyib ki, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi "...Şimal-Cənub" dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək" fikirləri artıq reallığa çevrilməkdədir. "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi isə dəhlizlə bağlı qarşıya qoyulmuş hədəflərə daha tez və səmərəli çatmağa şərait yaradacaq. Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və "Şimal-Cənub" dəhlizinin Qərb marşrutunun (quru yol ilə daşımalar) potensialını artırmaq, eləcə də, dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdırmaq, həmçinin daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir. 

"İlkin hesablamalara görə, ölkəmiz "Şimal-Cənub" dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollara yaxın vəsait əldə edəcək. Nəzərə alsaq ki, digər istiqamətlərdə - xüsusilə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizi (Orta dəhliz) ilə də daşımaların davamlı artırılması istiqamətində ardıcıl layihələr icra olunur. İndi əminliklə demək olar ki, yaxın gələcəkdə beynəlxalq daşımalardan əldə olunan vəsait dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək, neft sektorundan sonra nəqliyyatın ölkə üçün ən mühüm sahə olduğu konkret rəqəmlərlə də öz təsdiqini tapacaq", - deyə Aqil Əsədov vurğulayıb. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!