26 Avqust 2025 18:38
435
CƏMİYYƏT
A- A+
Səyyar Gənclər Xidməti Goranboy rayonunda  

Səyyar Gənclər Xidməti Goranboy rayonunda  


“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən Səyyar Gənclər Xidməti bu dəfə Goranboy rayonunda öz missiyasını davam etdirir. “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə avqustun 29-dək rayon gənclərinə xidmət göstərəcək.

Gənclər Fondunun dəstəyi ilə ölkənin müxtəlif şəhər və rayonlarında, ucqar kəndlərində reallaşdırılan layihənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış tarixi Qələbənin əhəmiyyətini, dövlət müstəqilliyimizin dəyərini və suverenliyimizin bərpasının məzmununu gənclərə daha geniş şəkildə təqdim etməkdir.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, layihə gənclərin Vətənə bağlılıq, dövlətçilik prinsiplərinə sədaqət və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına töhfə verməklə yanaşı, dövlət gənclər siyasəti çərçivəsində mövcud imkanların və yeni təşəbbüslərin region gəncləri üçün daha əlçatan və faydalı olmasını hədəfləyir.

Səyyar Gənclər Xidmətinin Goranboydakı açılış mərasiminin rəsmi hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək layihənin gənclərə yeni biliklər qazandırması ilə yanaşı, həm də onların dövlətçilik dəyərlərinə sadiq, öz potensialını kəşf edən və sosial mühitdə daha güclü gənc kimi formalaşmağa şərait yaratdığını bildiriblər.

Açıq hava şəraitində keçirilən layihənin zəngin proqramı çərçivəsində Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gənclərlə müxtəlif istiqamətlər üzrə maarifləndirici görüşlər keçiriblər. Bununla yanaşı, təşkil edilən müxtəlif sessiyalarda gənclər peşə seçimi və karyera yolları, şəxsi inkişaf və motivasiya, könüllülüyün əhəmiyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat tərzi barədə faydalı biliklər əldə ediblər.

Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı xüsusi zonalar isə iştirakçılara yaradıcılıqlarını nümayiş etdirmək, intellektual potensiallarını artırmaq və bacarıqlarını inkişaf etdirmək üçün geniş şərait yaradıb. Həmin zonalarda gənclər interaktiv təlimlər, vörkşoplar, intellektual yarışlar, sərgilər və master-klaslarda fəal iştirak ediblər. Komanda işinə yönəlmiş yarışlar, stolüstü oyunlar və digər əyləncəli tədbirlər isə gənclərin həm asudə vaxtlarını səmərəli dəyərləndirməsinə, həm də yeni dostluqlar quraraq ünsiyyət bacarıqlarını möhkəmləndirməsinə imkan yaradıb. Xüsusi fəallığı ilə seçilən gənclər hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, bu ilin oktyabrın axırınadək ölkənin 15 şəhər və rayonunu, eyni zamanda, ən ucqar kəndləri əhatə edən “Səyyar Gənclər Xidməti” layihəsi Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!