04 İyun 2023 10:15
774
SİYASƏT
A- A+
Sevincdən, səadətdən məhrum edilən məsumlar

Sevincdən, səadətdən məhrum edilən məsumlar

 

Bu günü dünya ölkələri Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd edir. Həmin gün dünyanın müharibə adlı fəlakətinin, dəhşətli bəlasının günahsız qurbanları anılır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1982-ci il avqustun 19-da Fələstin məsələsi üzrə xüsusi sessiyasında aqressiya və təcavüzün qurbanı olan günahsız uşaqların xatirəsini iyunun 4-ü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi anmağı qərara alıb. BMT bu əlamətdar günü təsis etməklə müharibələrdə uşaqların da həlak olduqlarını diqqətə çatdırıb.
4 İyun - Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Gününün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək səyidir.

 

Müharibə adlı fəlakətin günahsız qurbanları

 

Dünyanın harasında olursa-olsunlar, rəngləri, görünüşləri fərqlənsə belə, arzuları, istəkləri eynidir. Onları sevindirmək çox asandır. Ona görə ki, istəkləri, umacaqları böyük deyil. Bir xoş təbəssüm, mehriban baxışdan bəxtiyar ola bilirlər. Ancaq böyüklər bəzən onları öz məkrli oyunlarının, bitib-tükənməyən təmənnalarının qurbanlarına çevirirlər. Uşaqlar ömürlərinin sevgiyə, qayğıya daha çox ehtiyac duyduqları çağlarında müharibə adlı fəlakətlə üzləşir, sevincləri, gülüşləri əllərindən alınır. Azərbaycana qarşı XX əsrin sonlarından yenidən torpaq iddiası adı altında təxribatlara başlayan erməni cəlladları da neçə-neçə günahsız uşağın həyatına son qoydu. Birinci Qarabağ müharibəsi illərində ümumilikdə 200-ə yaxın azərbaycanlı uşaq qətlə yetirildi. Təkcə Xocalı soyqırımı zamanı işğalçı ermənilər tərəfindən 63  uşaq öldürüldü. 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi.
Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.
Ermənistan bu uşaqların saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməyib.
Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın əsir və girovluğundan azad edilmiş mülki şəxslərin də 224-ü uşaqlar idi.
Uşaq qatilləri olan ermənilər 1994-cü il mayın 12-də atəşkəs barədə protokol imzalandıqdan sonra da qəddar əməllərindən əl çəkmədilər. Azərbaycanlı uşaqların həyatına son qoymaq üçün hər vasitədən istifadə etdilər. Qarqar və Tərtər çayları ilə mina axıdırdılar. Ən dəhşətlisi oyuncaqlara partlayıcı bağlamaqla uşaqları qurban seçirdilər. Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı Aygün Zirəddin qızı Şahmalıyeva da 2011-ci il iyulun 14-də bu cür erməni vəhşiliyinin qurbanı oldu. Bu faciədən bir neçə il qabaq da həmin ərazidə Ermənistan tərəfdən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verdi, iki azyaşlı azərbaycanlı uşaqdan biri eynən Aygün Şahmalıyeva kimi oyuncaq partlaması nəticəsində həlak oldu, biri isə yaralandı.
Ermənistan silahlı qüvvələri 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndində, öz evlərinin  həyətində dostları ilə oynayan 9 yaşlı Fariz Bədəlovu snayperlə hədəfə alaraq qətlə yetirdilər.
2017-ci il iyulun 4-də Füzuli rayonu Alxanlı qəsəbəsində 14 aylıq Zəhra Quliyeva nənəsi Sahibə Quliyeva ilə birgə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəşlər nəticəsində şəhid oldular.
Atəşkəs dövründə 34 azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 14-ü şəhid oldu, 20-si  yaralandı. Faktlar ermənilərin uşaq qatili olduğunu təsdiq etsə də, Azərbaycanın beynəxalq ictimaiyyətdən münaqişənin həllində ədalətli mövqe tələbi cavabsız qalırdı. ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatların tədbir görməməsi, laqeyd münasibəti nəticəsində Ermənistan bütün dünyanın gözü qarşısında vandalizm aktları törətməkdə davam edirdi. 
Ermənistanın növbəti təxribatı nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində də günahsız uşaqlar şəhid oldular. Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqlarda yerləşən mülki əhalinin yaşayış yerlərini iriçaplı silahlardan atəşə tutdular. Azərbaycanın Tovuz, Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində həlak olanların arasında xeyli azyaşlı vardı. Neçə-neçə uşaq isə ya bir, ya da hər iki valideynini, digər yaxın qohumlarını itirdi, atəş nəticəsində uçmuş evlərinin dağıntıları altında qalaraq ağır xəsarət aldılar.

 

Gülüşləri əllərindən alınan uşaqlar

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın şəhid olan əsgər və hərbi qulluqçularının əksəriyyəti gənc idi. Çoxu yeni ata olmuşdu. Müharibə minlərlə azərbaycanlı uşağı atasız qoydu. 
102 körpə isə ataları şəhid olduqdan sonra doğuldu...
Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif siyasi səbəblərdən törədilən müharibələr uşaqların həyatına iztirablar gətirir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin məlumatlarına əsasən, yalnız 2011-ci ildən başlayaraq Suriyada minlərlə uşaq öldürülüb. Hazırda Ukraynada davam edən müharibədə də günahsız uşaqlar şəhid olurlar. 
Müxtəlif ölkələrdə hər il minlərlə uşaq minaya düşərək  həyatını və ya sağlamlığını itirir. Dünyada 70-dən çox ölkədə 60 milyondan çox minanın basdırıldığı məlum olub. Onların da əsas qurbanları uşaq və yeniyetmələrdir.
Uşaqları uşaqlıq dövrünün sevincindən məhrum edən bəzən də ailədədaxili problemlər olur. Boşanmaların ağrısını da ən çox onlar çəkirlər. Uşaqlarını çox sevdiklərini, onların yolunda hətta canlarından belə keçməyə hazır olduqlarını düşünən valideynlər və digər yaxın qohumlar yaratdıqları yersiz söz-söhbətlərlə, dava-dalaşlarla onların həyata inamlarını qırdıqlarının, yaşamaq sevinclərini əllərindən aldıqlarının, bir sözlə, uşaqlıqlarından məhrum etdiklərinin fərqinə belə varmırlar.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!