01 Sentyabr 2024 15:13
82
SİYASƏT
A- A+

Sergey Xomenko: Seçki məntəqələrinin hamısı Azərbaycan Seçki Məcəlləsinə uyğun avadanlıqla təchiz olunub, ictimai asayiş təmin edilib  

 

Bu gün Azərbaycanda əsl bayramdır. Artıq partiyaların nümayəndələri, hüquq ictimaiyyəti, tələbələr və hərbçilərlə ünsiyyət qura bilmişəm. Onların hamısı Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı hər bir Azərbaycan Respublikası vətəndaşının üzərinə düşən məsuliyyəti dərk edərək, bu günü xalqın iradəsinin səmimi ifadəsi günü kimi gözləyirdi.

Bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

“Bu məsuliyyət dərəcəsi kontekstində hər kəs deyirdi ki, Azərbaycanın əsl vətənpərvərləri parlamentdə təmsil olunmalıdır. Çox rəmzidir ki, biz indi hərbi əməliyyatlardan sonra bərpa olunan ərazidəyik. Qarabağ torpağında olan tərəqqi göz qabağındadır. Biz hazırda gözəl məktəb binasındayıq, axı təhsil ocağı respublikanın gələcəyinin formalaşdığı yerdir. Belə bir binada olan vətəndaşlar dövlətin onlara qayğı göstərdiyini, millət vəkillərinin isə xalqın iradəsinin əsl bələdçiləri olduğunu daim xatırlayacaq. Biz təşkilatçılığın perspektivli dərəcəsini görürük. Baş çəkdiyimiz bütün seçki məntəqələri Azərbaycan Seçki Məcəlləsinə uyğun avadanlıqla təchiz olunub, ictimai asayiş təmin edilib. Bakıdan Füzuliyə qədər bütün yolboyu insanların bayram əhvali-ruhiyyəsini, istənilən dövlətdə seçki günü hökm sürməsi lazım olan nizam-intizamı müşahidə etdik”, -deyə S.Xomenko vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video