01 Sentyabr 2024 17:07
95
SİYASƏT
A- A+

Şəhid atasının evinə daşınan seçki qutusu aparılıb

 

113 saylı Qax-Şəki seçki dairəsi dairə seçki komissiyasının (DSK) 4 saylı məntəqəsində səhhətləri seçki məntəqəsinə gəlməyə imkan vermədiyi üçün yeddi nəfərin evinə daşınan seçki qutusu aparılıb. Onlardan da biri Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayevdir.

AZƏRTAC xəbər verir ki, 113 saylı Qax-Şəki seçki dairəsinə daxil olan 73 seçki məntəqəsinin 60-ı Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Dairə üzrə 54 min 437 seçici bu gün öz səsvermə hüququndan istifadə edir.

Dairənin 4 saylı məntəqəsində isə 1006 nəfər seçici qeydiyyatdadır. Məntəqə sədri Dilşad Mustafayevanın sözlərinə görə, həmin seçicilərdən 7 nəfər onlara müraciət edərək evdə səs vermək istədiklərini bildirib. Beləcə məntəqədə daşınan qutu hazırlanır, səs verəcək seçicilərin bülletenləri qaydasına salınaraq məntəqə üzvü və müşahidəçilərdən birinin iştirakı ilə yola salınır.

Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayev uzun illərdir yataq xəstədir. Parlament seçkiləri ilə əlaqədar Abid Ağayev dairə seçki komissiyasına müraciət edərək, evində səs verməsi üçün şərait yaradılmasını xahiş edib. Buna görə də onun evinə daşınan seçki qutusu gətirilib.

Abid Ağayev ötən müddətdə seçki prosesini izlədiyini, hər bir namizəd barədə ətraflı məlumat topladığını bildirib.

Daha sonra ona bülleten təqdim edilib. Şəhid atası bülleteni bir daha diqqətlə nəzərdən keçirdikdən sonra öz namizədinə səs verib.

4 saylı seçki məntəqəsinin üzvü Təranə Məcidova bildirib ki, onlar daha altı ünvana yollanaraq xəstə, ahıl insanların səs verməsini təşkil edəcəklər.

Qeyd edək ki, bu dairə üzrə 9 namizəd qeydə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video