08 May 2025 01:54
1892
Fərmanlar
A- A+
Sənaye parklarının bərpaolunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında

Sənaye parklarının bərpaolunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpaolunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etsin;

1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Dövlət tərəfindən yaradılan sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq və "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, onların bərpaolunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatını təmin etsin.

3. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq sənaye parklarının idarəedici təşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədən istifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsi üçün zəruri müqavilələrin bağlanılmasını təmin etsinlər.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 may 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji səriştənin və psixoloji-metodik yanaşma bacarıqlarının yetərli olmaması ciddi problemdir

13:57
18 Mart

Şavkat Mirziyoyev: Azərbaycan və digər ölkələrin mütəxəssisləri İslam Sivilizasiyası Mərkəzinin yaradılmasında fəal iştirak ediblər  

13:57
18 Mart

Polad Bülbüloğlu: İstedadlı uşaqları tapmaq, kəşf etmək və onlara imkan yaratmaq lazımdır 

13:55
18 Mart

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflər irəli sürüblər  

13:33
18 Mart

Sabah bəzi yerlərdə az çiskin və yağıntı olacaq, arabir duman müşahidə ediləcək

13:31
18 Mart

Azərbaycanın 23 vətəndaşı Almaniyadan geri qəbul olunub

13:31
18 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir

13:01
18 Mart

Ali Məhkəmə: Əlillərə pensiya ömürlük təyin edilməlidir

12:53
18 Mart

Çanaqqala döyüşlərindən 111 il ötür

12:43
18 Mart

Media: Yaxın Şərqdə gərginlik başlayandan bəri Hörmüz boğazından təxminən 90 gəmi keçib

12:31
18 Mart

Türkiyənin baş konsulu: Çanaqqala zəfəri təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib 

12:21
18 Mart

Nazir: Sağlam mühit uğurun əsas şərtlərindən biridir

12:17
18 Mart

Kolumbiyanın sərhəd bölgələrində bombardmanlar nəticəsində azı 27 nəfər ölüb

12:10
18 Mart

Naxçıvanda telefon rabitəsinin 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib -

11:58
18 Mart

“Brent” neftinin qiyməti ilin əvvəlindən bəri 70 faizədək bahalaşıb

11:44
18 Mart

Ukraynalı ekspert: Azərbaycan etibarlılığını daim sübut edib

11:44
18 Mart

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

11:42
18 Mart

Amerikalı politoloq İranın gələcəyinə dair dörd ssenari irəli sürüb  

11:39
18 Mart

Xocalı prospektində yaşayış binasında baş verən yanğınla bağlı araşdırma başlanıb – YENİLƏNİB  

11:37
18 Mart

Türkiyə Prezidenti: Jurnalistika cəmiyyət üçün həqiqət kompasıdır  

11:35
18 Mart

Bakı aeroportu bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

11:15
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!