28 Noyabr 2024 11:21
323
CƏMİYYƏT
A- A+
Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır  

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır  

Şəkərli diabet endokrin sisteminin xəstəliyidir və el arasında şəkər xəstəliyi də adlanır. Mədəaltı vəzinin hormonu olan insulin qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır. Bu hormonun çatışmazlığı olduqda və yaxud hüceyrələrimizin bu hormona həssaslığı azaldıqda qan şəkəri uzun müddət yüksək səviyyədə qalır və şəkərli diabet xəstəliyi yaranır. Susuzluq və ağızda quruluq, tez-tez və gecə sidiyə getmə, normadan çox yemə, daimi aclıq hissi, gec sağalan yaralar, sürətli çəki itkisi və ya piylənmə şəkərli diabetin ən çox rast gəlinən əlamətlərindəndir. Bu əlamətlərdən biri və ya bir neçəsi hiss edildikdə həkim endokrinoloq və ya həkim terapevtin baxışı mütləqdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ixtisaslı həkimin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və vaxtaşırı nəzarət üçün laborator və funksional diaqnostik müayinələr, eləcə də ağırlaşamalar zamanı stasionar yatış daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəkərli diabet xəstələrinə qlikemik profil, qlikohemoqlobin, qanın ümumi və biokimyəvi analizi (zülal, xolesterin, bilirubin, triqliserid, ALT, AST, sidik cövhəri, kreatinin, K, Na, Ca), elektrokardioqramma kimi müayinələrdən keçmək tövsiyə olunur.

Həmçinin xəstəxanada yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, istifadə olunan dərman və tibbi sərf, manipulyasiyalar, qidalanma icbari tibbi sığorta hesabına qarşılanır.

Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.

Qeyd edək ki, irsi meyillilik, autoimmun xəstəliklər-immun sistemi pozuntuları, infeksion xəstəliklər, düzgün qidalanmamaq, bəzi hormonal dərmanların uzunmüddətli istifadəsi, piylənmə, xroniki stres, xolesterin yüksəkliyi, hərəkət fəallığının az olması, mədəaltı vəzi xəstəliyi, ateroskleroz kimi xəstəliklər şəkərli diabetin yaranma ehtimalını artırır.

Şəkərli diabetin növləri 1-ci və 2-ci tip diabetdir. Tip1 diabet əsasən uşaqlıq və yeniyetməlik dövründə ortaya çıxır, mədəaltı vəzi tərəfindən insulin ifrazının kifayət qədər olmaması səbəbi ilə yaranır. Bu tip diabet xəstələrinin insulin qəbulu mütləqdir. Tip2 diabet isə əsasən 35 yaşdan yuxarı şəxslərdə yaranır. Artıq çəkili, az hərəkət edən və əsasən irsiyyətində şəkər xəstəliyi olan şəxslərdə rast gəlinir.

Qan şəkəri uzun müddət yüksək həddə qaldıqda, əsasən ürək-damar, sinir sistemi, gözlər və böyrəklərdə patologiyalar yarana bilir. Şəkərli diabet xəstələri ağırlaşmaların qarşısını almaq məqsədilə qanda şəkərin səviyyəsini mütəmadi nəzarətdə saxlamalıdırlar. Sağlam qidalanmaq, tərkibində şəkər və yağlar olan qidalardan, spirtli və şirin içkilərdən az istifadə etmək və fiziki aktiv həyat tərzi keçirmək tövsiyə olunur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi ərazilərdə leysan xarakterli yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

17:40
28 Noyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

17:39
28 Noyabr

“Barselona”nın hücumçusu Lamin Yamal Avropanın ən yaxşı gənc futbolçusu seçilib  

17:36
28 Noyabr

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib 

15:46
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

15:39
28 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub

15:36
28 Noyabr

“Xarabalıqdan çıxmış milyonçu” filminin davam çəkilir  

15:11
28 Noyabr

Qərbi Azərbaycan İcması Yunanıstanın Ermənistanı silahlandırması ilə bağlı xəbərlərə münasibət bildirib  

15:10
28 Noyabr

Nazir müavini: Ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb

15:09
28 Noyabr

Polşa NATO-nu Ukraynaya qoşun göndərməməyə çağırıb  

13:30
28 Noyabr

Qayıdış hüququ mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

13:16
28 Noyabr

Fransada həmkarlar ittifaqları yenidən tətil elan ediblər

12:58
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

12:46
28 Noyabr

İcma: Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq  

12:41
28 Noyabr

DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb  

12:36
28 Noyabr

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası olacaq  

12:31
28 Noyabr

İş və istirahət günlərinin yerləri dəyişdirilib  

12:26
28 Noyabr

“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” elektron məlumat bazası hazırlanıb  

12:20
28 Noyabr

Bəzi dağlıq ərazilərdə qar yağacaq  

12:16
28 Noyabr

ABŞ-ın Britaniyadakı hərbi bazaları üzərində naməlum PUA-lar görünüb  

12:11
28 Noyabr

Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb  

12:05
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!