24 Avqust 2025 10:10
593
CƏMİYYƏT
A- A+
Şəhidlik zirvəsində sonlanan ömür yolu

Şəhidlik zirvəsində sonlanan ömür yolu

 

T arix yazan Zəfər bizə asan başa gəlmədi. Vətən neçə-neçə qeyrətli oğlunu, qəhrəmanını itirdi. Bu gün həmin igidlər sayəsində Füzuli, Cəbrayıl, Şuşa torpaqlarında azad nəfəs alırıq. Fərhad da bu igidlərdən biri idi.

Uşaqlıqdan milli ruha sahib Fərhad qoçaqlığı, iti zəkası ilə yanaşı, vətənpərvərliyi ilə də fərqlənirdi. Bayrağını, Vətənini uğrunda canından keçəcək, şəhid olacaq qədər sevirdi. Uşaq ikən ayaqyalın gəzdiyi torpağın hər qarışı onun üçün müqəddəs idi. Məktəb illərində tarix kitablarını vərəqləyərkən, şəhidlər haqqında oxuduğu zaman çox duyğulanırdı. Sanki o, çoxdan bu yolun yolçusu idi, torpaq üçün can verənlərin izi ilə gedəcəkdi…

 

Səssiz, sakit görünsə də, içində fırtınalar qopurdu

 

Fərhad Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində Məlikovlar ailəsinin sonbeşiyi kimi dünyaya göz açıb. O, doqquzuncu sinfədək A.Məmmədov adına Osmanlı kənd orta məktəbində, sonra isə Şıxsalahlı kənd tam orta məktəbində təhsilini davam etdirib. Sakit təbiətli, zəhmətsevər və idmana marağı olan Fərhad elə uşaqlıqdan cüdo, güləş və qaydasız döyüşlə məşğul olub. İdmandakı uğurları onun həm fiziki, həm də mənəvi cəhətdən mübarizə əzmini formalaşdırıb.

Torpağına bağlı bir şəxsiyyət kimi böyüyən vətənpərvər Azərbaycan oğlu səssiz, sakit, lakin içində fırtınalar qopan gənc idi. O, məktəbi bitirəndən sonra vətən qarşısında ilk borcunu vermək üçün hərbi xidmətə yollanıb. Əsgərliyini Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində çəkən Fərhad 2016-cı ildə hərbi xidmət müddətini nümunəvi əsgər kimi başa vuraraq geri dönüb. Bundan sonra "Çoxmübarizəli İdman Döyüş növləri" ilə daha ciddi məşğul olmağa başlayıb. İdman yarışlarında yüksək nəticələr göstərərək müxtəlif diplom və medallarla təltif olunub.

Qaragünə kəndindəki idman məktəbində uşaq və gənclərə idmanın sirlərini öyrədən Fərhadı vətənə olan sevgisi,  göstərdiyi nizam-intizam, məsuliyyət və hərbi bacarıqları Azərbaycan Ordusuna aparıb çıxarıb. Əvvəlcə Beyləqandakı "N" saylı hərbi hissədə bir il kəşfiyyatçı kimi xidmət edib. Sonra Xüsusi Təyinatlı Qoşunlarda qeydiyyatdan keçərək altı aylıq xüsusi təlim kurslarında iştirak etmək üçün Xızıda yerləşən "N" saylı hərbi hissəyə dəyişdirilib. Olduqca çətin olan bu kursu uğurla başa vuran Fərhad baş gizir hərbi rütbəsi alaraq 2020-ci ildə Sumqayıtda yerləşən "N"  saylı hərbi hissədə xidmətə başlayıb.

 

Yaralansa da, döyüş meydanına geri döndü

 

2020-ci il 27 sentyabr... Həmin gün Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə atıldı. Fərhad Məlikzadə bu müharibədə təkcə əsgər deyil, Vətənə and içmiş bir oğul, torpağa bağlı övlad, əqidəsinə sadiq döyüşçü kimi ilk gündən cəbhəyə yollandı, kəşfiyyatçı olaraq ön cəbhələrdə hünərlə döyüşdü. Füzuli istiqamətində döyüşlərə qatılaraq bir çox kənd və qəsəbələrin düşməndən azad olunmasında yaxından iştirak etdi. Döyüşlər zamanı düşünülmüş və ağıllı idmançı fəndləri ona gərək oldu. Qorxmazlığı, cəsarəti, hündür boyu, iri cüssəsi ilə seçilən igidə döyüş yoldaşları "canavar" deyə müraciət edirdilər. Fərhadı tanıyanlar qəhrəmanlığının adını daşıdığı babasından ona miras qaldığını deyirlər. Elə taleləri də bənzər olub. Babası da İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı döyüşüb, sağlamlığını itirib.

İlk gündən ən qızğın döyüşlərin mərkəzində yer alan Fərhad Füzuli, Cəbrayıl rayonlarının azadlığı uğrunda canı bahasına vuruşub. Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin hücumunu dəf edərkən ağır yaralanıb, xəstəxanaya yerləşdirilib. Burada 3 gün müalicə aldıqdan sonra həkimlərin, valideynlərinin israrlarına baxmayaraq, "Mən döyüşdə, dostlarımın, qardaşlarımın yanında olmalıyam!" deyərək yenidən döyüş meydanına geri dönüb.

Fərhad Məlikzadənin döyüş yolu Azərbaycanın gözbəbəyi olan Şuşada başa çatıb. O, 2020-ci il noyabrın ilk günlərində Şuşanın azadlığı uğrunda aparılan döyüşlər zamanı qəhrəmancasına şəhid olub, düşmən gülləsinin qarşısına canı ilə sipər olan, torpaq uğrunda son damla qanına qədər döyüşən bir igid kimi tarixdə yerini alıb. Şəhidimiz noyabrın 12-də boya-başa çatdığı Şıx Salahlı kəndində torpağa tapşırılıb.

   

Bir ailənin oğlu kimi doğuldu, bir xalqın övladı kimi şəhid oldu

 

Vətəni canından çox sevən, onun yolunda şəhid olan Fərhad  şərəflə yaşadı, düşmənə qarşı igidliklə vuruşdu, adını qəhrəman kimi Azərbaycan tarixinə yazdı. O, bir ailənin oğlu kimi doğuldu, amma bir xalqın övladı kimi şəhid oldu.

Şəhid Fərhad Məlikzadənin göstərdiyi şücaət, rəşadət və vətənpərvərlik Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirildi. O, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görüldü.

Azərbaycanın üçrəngli ay-ulduzlu bayrağını öncə idman yarışlarında başı üzərinə qaldıran qəhrəman daha sonra şanlı bayrağımızı Qarabağın zirvələrində qürurla dalğalandırdı. Onun şəhidlik zirvəsində sonlanan ömür yolu əbədiyyət üfüqündə hər zaman parlayacaq və əziz xatirəsi daim uca tutulacaq.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!