26 Noyabr 2021 12:47
1179
Səhiyyə
A- A+

Səhər yeməyinin faydası

 

Gün səhərdən başladığı kimi, sağlamlıq da səhər yeməyindən başlanır. Səhər yeməyinin faydası böyükdür. Lakin təəssüf ki, ondan imtina edənlər də var. Gün ərzində səhər yeməyindən imtina edilməsinin fəsadları ilə üzləşənlər olsa da, bunun qidalanmamaqla əlaqədar olduğunu bilmirlər.

Həkim-diyetoloq Ləman Süleymanova deyib: “Səhər yeməyini yeyilənlər yeməyənlərlə müqayisədə sutka ərzində daha çox lif, kalsium, A, S vitaminləri, dəmir və sink qəbul etmiş olurlar. Səhər yeməyindən imtina edənlərdə ürək xəstəliyinin əsas risk faktorlarından biri hesab olunan xolesterinin miqdarı artır. Bundan başqa gün ərzində gümrah saxlayır, əhval-ruhiyyəni yüksəldir”.

Nəzərə almaq lazımdır ki, ac qalanda qanda şəkərin miqdarının aşağı düşməsi sinir sisteminə mənfi təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, faydalı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqəti və yaddaşı gücləndirir.

“Səhər yeməyi gün ərzində toxluq hissini tənzimləyir. Ona görə də bir stəkan süd istehlak edilməsi və ya qablaşdırılmış halda deyil, təzə çəkilmiş portağal şirəsi içilməsi məsləhət görülür. S vitamini ilə zəngin olduğuna görə qaynadılmış yumurta qəbul edilməsi çox vacibdir. Meyvələrdən daha çox alma, armud və banan yeyilməsi məsləhət görülür”,-d eyə həkim-diyetoloq AZƏRTAC-a bildirib.

Səhər yuxudan oyanan kimi ilk növbədə 1 stəkan ilıq su içmək çox xeyirlidir. Bəzən 1 fincan qəhvə və ya çay içib evdən çıxanlar da olur. Lakin onun qəbulu mədənin selikli qişasını qıcıqlandırır və müəyyən müddət sonra qastritin inkişafına səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video