07 Oktyabr 2025 11:55
401
İQTİSADİYYAT
A- A+
Səfir: Almaniya və Azərbaycan arasında yaradılan işçi qrupu qarşılıqlı investisiya mühitini araşdıracaq  

Səfir: Almaniya və Azərbaycan arasında yaradılan işçi qrupu qarşılıqlı investisiya mühitini araşdıracaq  


Almaniya və Azərbaycan iş adamlarını bir arada görmək və əməkdaşlıq məsələlərini müzakirə etmələri çox təqdirəlayiq haldır. Ümid edirik ki bu konfransdan sonra iş adamları və biznes strukturları arasında daha sıx əlaqələr qurulacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Almaniya-Azərbaycan ixracat və maliyyə” konfransında çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini 3 faktor şərtləndirir.

“Birincisi sülh məsələsidir. Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh prosesi davam edir. Sülh və sabitlik biznesin inkişafı, dayanıqlı formada davam etdirilməsi üçün əhəmiyyətlidir. İkinci faktor ondan ibarətdir ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə yeni dinamika müşahidə olunur. Qarşılıqlı səfərlər və müzakirə olunan məsələlər əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini göstərir. Aİ regiona xüsusi önəm verir və əməkdaşlığı daha da artırmaq niyyətindədir. Üçüncü faktor isə, cari ilin aprel ayında Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəridir. Səfər çərçivəsində əldə olunan razılaşmalarla Almaniyanın avtomobil sənayesində fəaliyyət göstərən şirkətlər Azərbaycanda eko-avtobus istehsalına başlayacaq. Bununla yanaşı, Almaniya Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır”, - deyə Ralf Horlemann qeyd edib.

Səfir nəzərə çatdırıb ki, Almaniya və Azərbaycan İqtisadiyyat nazirliklərində birgə işçi qrupu yaradılıb: “Bu işçi qrupu qarşılıqlı olaraq iqtisadi potensialı, investisiya mühitini araşdıracaq və qərarlar qəbul edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb

20:00
10 Noyabr

COP30: Saymon Stil ölkələri “Bakıdan Belenə yol xəritəsi”ni reallaşdırmağa çağırıb  

19:57
10 Noyabr

Nikola Sarkozinin azadlığa buraxılması barədə qərar verilib  

19:52
10 Noyabr

Qarabağ Zəfəri bölgə üçün dönüş və mənəvi anlam daşıyır - təhlükəsizlik üzrə ekspert  

19:38
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!