25 İyun 2025 09:05
758
İQTİSADİYYAT
A- A+
Sarı buğda, bizim çörək

Sarı buğda, bizim çörək


İndiki gənc nəsil təsəvvürünə belə gətirə bilməz ki, ölkəmizdə, dədə-baba yurdlarında nə vaxtsa əhali çörək qıtlığından çətinlik çəkib, səfalətlə üzləşib. İkinci Dünya müharibəsi zamanı insanların aclıqdan nələr yaşadıqlarını, bir kiloqram taxılın qızıldan da baha olduğunu elə orta yaşlı nəsil də böyüklərdən eşidib, kitablardan oxuyub, filmlərdə görüb. 

Amma keçmiş SSRİ süquta uğradıqdan sonrakı ilk illərdə də xalqımız çörək qıtlığının ağrı-acısını yaşamalı oldu. Yalnız Ulu Öndər Heydər Əliyev gənc dövlətimizin rəhbərliyinə qayıtdıqdan sonra problem həll olundu. Ölkə daxilində taxılçılığa diqqət, qayğı artdı. Strateji məhsul sayılan taxıla olan daxili tələbatı maksimum yerli istehsal hesabına ödəmək üçün tədbirlər görüldü, ənənəvi taxılçılıq rayonlarında bütün imkanlar səfərbərliyə alındı.

Belə rayonlardan biri də sovetlər  dönəmində "Azərbaycanın Ukraynası" adlanan Cəlilabaddır. Cəlilabadda kənd təsərrüfatının yeni sahələri son illər yaranıb. Kartof, çiyələk, noxud yaxşı gəlir gətirdiyindən fermerlər bu məhsulların əkilib-becərilməsinə xüsusi diqqət yetirirlər. Lakin taxılçılıq prioritet olaraq yenə öndədir. 

Rayon üzrə keçən ilin payızında 60 min 430 hektarda səpin aparılıb ki, bunun da 13 min 450 hektarı arpa, 46 min 980 hektarı buğdadır. Payızda yağan yağışlar, qışda qarlı-şaxtalı havalar arpa və buğda sahələrində normal çıxış alınmasına, bitkilərin inkişafına müsbət təsir etmişdir. Fermerlər isə aqrotexniki tədbirlərə vaxtında və yüksək keyfiyyətlə əməl edərək yemləmə, habelə ziyanvericilərə, alaq otlarına qarşı mübarizə tədbirlərini, müəyyən olunmuş yerlərdə suvarma işlərini aparmışlar. Çəkdikləri zəhmət biçin zamanı özünü göstərir. Zəmisi biçilmiş 17 min hektar buğdanın hər hektarından 35,2 sentner məhsul əldə olunmuşdur. Arpa üzrə də vəziyyət yaxşıdır. Hər hektarın məhsuldarlığı keçən illə müqayisədə 4,4 sentner çoxdur. Rayonun aran ərazisində demək olar ki, biçin başa çatıb, lakin dağlıq ərazidə məhsul gec yetişdiyi üçün orada biçin hələ indi başlayıb. 

Əldə olunan nəticələr fermerlərin zəhmətinin hədər getmədiyini göstərir. Həmin fermerlərdən biri gə Lətif Ağayevdir. Söhbət zamanı məlum oldu ki, 1980-ci illərin ortalarından etibarən özəl təsərrüfatlar yaradılması ilə bağlı göstəriş veriləndə Bayxanlı kəndində yaşadıqları üçün atası, necə deyərlər, yeyin tərpənib, kəndin ərazisində dövlət fondu torpaqlarından 150 hektar götürərək təsərrüfat yaradıb. 

- Deməli, tanınmış muğam ustası, "Bəstənigar"ın mahir ifaçısı Sabir Mirzəyevin kəndindənsiniz? - deyirəm. 

- Elə də demək olar. Əslində isə Germi kəndindənik. Stalinin göstərişi ilə 1953-cü ildə Cəlilabadın İranla sərhəddə yerləşən 20 kəndinin, o cümlədən bizim dədə-baba yurdumuz Germinin əhalisi Muğana - Sabirabad, Saatlı, Salyan, Biləsuvar rayonlarına köçürülüb. Bizim ailəmiz Sabirabadın Vladimirovka (indiki Nizami) kəndində məskunlaşıb. Mən özüm orada anadan olmuşam. Orta məktəbi orada bitirmişəm. 1968-ci ildə ailəmiz yenidən Cəlilabada qayıdıb. Bu dəfə Germiyə yox, Bayxanlı kəndinə. Rəhmətlik atam uzun müddət buradakı sovxozda briqadir işləyib.

 - Bəs siz nə vaxtdan təsərrüfatla məşğulsunuz? İxtisasca da, yəqin, aqronomsunuz?- deyə soruşuram. 

- Yox, 1988-ci ildə ovaxtkı Xalq Təsərrüfatı İnstitutunu bitirmişəm, ixtisasca maliyyə-kredit işçisiyəm. Təyinatla indiki Şirvan şəhərindəki Qazma İşləri İdarəsinə göndərdilər. Bir müddət orada çalışdım. 

Lətif  Ağayev sonra yenidən Cəlilabada qayıdaraq maliyyə şöbəsində, rayondakı banklarda müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə təqaüdə çıxıb. Elə o vaxtdan da fermer kimi fəaliyyətə başlayıb. Atasından, eyni zamanda müxtəlif vəzifələrdə işləyərkən öyrəndikləri, görüb-götürdükləri köməyinə çatıb. Atasından miras qalan təsərrüfatı inkişaf etdirərək onun maddi-texniki bazasını genişləndirib, şöhrətini artırıb. Rəhbərlik etdiyi təsərrüfat indi ən yaxşı toxum istehsalçısıdır. Cəlilabad fermerləri ilə yanaşı, digər rayonların arpa və buğda istehsalçılarına yüksək reproduksiyalı toxum satır. Son illər əldə eydiyi toxum hesabına 2 şum traktoru, toxumsəpən və toxumtəmizləyən, kombayn, otbiçən, kipbağlayan və digər texnikalar almışdır. Əkin, becərmə, yığım vaxtı texnika üçün ora-bura düşməli olmur. 

L.Ağayev bu ilin məhsulu üçün 130 hektar buğda, 12 hektar arpa, 8 hektar noxud əkib-becərib. Arpa biçinini başa çatdırıb, hazırda buğda zəmilərinin məhsulu yığılır. Deyir ki, sağ olsun dövlətimiz, kənd təsərrüfatına diqqət və qayğı göstərir: "Bunun hesabına da məhsul istehsalını artırırıq. Keçən ilin nəticələrinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişəm". 


Seyran CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!