24 Oktyabr 2025 08:40
561
CƏMİYYƏT
A- A+
Salyanda "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib

Salyanda "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbir keçirilib


Salyanda rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və rayon məhkəməsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ulu Öndər Heydər Əliyev ilk Milli Konstitusiyamızın memarı və məhkəmə-hüquq islahatlarının banisidir" mövzusunda tədbir keçirilib.

Tədbir Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və mövzuya aid videoçarxın nümayişi ilə başlayıb.

Rayon məhkəməsinin hakimləri Rüstəm Alıyev və Vəsilə Əliyeva, rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Toğrul Əhədzadə, Şəkərli kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru, Əməkdar müəllim Səlimağa Səlimli və YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev çıxış edərək bildiriblər ki, Ulu Öndər müasir, hüquqi və demokratik Azərbaycanın banisidir. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən ilk Milli Konstitusiya dövlətimizin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində, cəmiyyətin siyasi, iqtisadi və hüquqi əsaslarının formalaşmasında mühüm rol oynayıb. Qeyd olunub ki, 1995-ci ildə qəbul edilən Konstitusiya xalqımızın iradəsini əks etdirən, insan hüquq və azadlıqlarını təmin edən, dövlətin ali dəyərlərini qoruyan tarixi sənəddir.

Tədbirin sonunda rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları uğurla davam etdirilir, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri möhkəmləndirilir, insan amilinə əsaslanan idarəçilik siyasəti ölkəmizin inkişafının əsasını təşkil edir. "Dövlət başçımızın qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib, torpaqlarını işğaldan azad edərək tarixi ədaləti təmin edib. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə həyata keçirilən 23 saatlıq antiterror tədbirləri Azərbaycanın gücünü, milli birliyini və Konstitusiyada təsbit olunmuş suverenlik prinsipinin real təcəssümünü nümayiş etdirib. "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən bu kimi tədbirlər Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, dövlətçilik ənənələrimizin təbliği və vətəndaşlarda hüquqi düşüncənin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır", - deyə R.Cəbrayılov çıxışını yekunlaşdırıb. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!