20 Aprel 2021 00:31
1110
İQTİSADİYYAT
A- A+
Salyanda çiyid səpini sürətlənir

Salyanda çiyid səpini sürətlənir

 

Artıq bir neçə gündür ki, Salyanda çiyid səpininə start verilmişdir.  Bununla əlaqədar “P-Aqro” MMC-nin buradakı filialının direktoru  Mərdan Cəlilova telefon edib səpinə nə vaxt başladıqlarını, işlərin necə getdiyini bilmək istədikdə “hər şey yaxşıdır, gəlib özünüz görməyiniz məsləhətdir”, - dedi.

Razılaşdığımız kimi, səhər Sarvan kəndinə dönən yolda, bir vaxtlar bu kənddə uzun müddət kolxoz sədri işləmiş Sosialist Əməyi Qəhrəmanı, dəfələrlə SSRİ Ali Sovetinin deputatı olmuş adlı-sanlı pambıq ustası Qüdrət Səmədovun tikdirdiyi  böyük tağlı qapının yanında görüşdük. Hal-əhval tutduqdan sonra çiyid səpininin vəziyyətini soruşduq.

- Bir neçə kənddə, o cümlədən Sarvan ərazisində səpin aparılır. İstəsəniz, gedib baxa bilərik.

Filial direktorunun “Niva”sına əyləşib sahəyə yollandıq. Çox da uzaq olmayan sahədə 2 traktor mala çəkirdi. Təxminən 200 metr irəlilədikdən sonra yol yoldaşım:

- O biri başdan getsək, bir az uzaq düşəcək, buradan isə əlbəəldir, traktor da bəri başa gəlir,- dedi.

Mala çəkənlər bizi görüb traktoru saxladılar. Traktorun kabinəsinin yan şüşəsindəki böyüdülmüş əsgər şəkli diqqətimizi çəkdi. Öyrəndik ki, mexanizator Ümid Nağıyevin Vətən müharibəsində şəhid olmuş qardaşı Nicatın şəklidir. Ortaya çökən sükutdan sonra mexanizator Samid Səfərov üzünü filialın direktoruna tutdu:

- Mərdan müəllim, demək olar ki, mala işini qurtarırıq. Gördüyünüz kimi, sahə yaxşı torpaq verir.

Direktor onun sözünü yoxlayırmış kimi əyilib bir az torpaq götürərək ovucunda sıxıb yerə buraxdı. Sıxılmış torpaq yerə düşərək un kimi ovuldu.

 - Sən deyəndir, Samid, ancaq özünüz bilirsiniz ki, tək bununla iş bitmir. Pambıq bitkisi körpə uşaq kimidir, gərək torpaqdan baş qaldırdığı gündən son qozasını yığanadək nazını çəkəsən.

Bu vaxt sahənin o biri başında “Canse” səpin aqreqatı qoşulmuş traktor göründü və yavaş-yavaş bizə tərəf gəlməyə başladı. Torpaq mülkiyyətçisi Adıgözəl Əliyev də traktorun yanı ilə irəliləyirdi. Bizə çatıb dayandılar. Filialın direktoru:

- Adıgözəl, qardaş, gərək keçənilki rekordunu - 58 sentneri ötüb keçəsən. Maşallah, sahən aratdan sonra yaxşı torpaq verir.

Adıgözəl də cavabında:

- İnşallah, yaxşı olar. Çalışarıq məhsulumuz bol olsun. Məhsulumuz bol olanda qazancımız çox, üzümüz ağ olur. 

Mülkiyyətçidən əkini necə apardığını soruşduq. Dedi ki, bu il “Lodos” sortunu əkir: “Bu sort yüksək məhsuldarlıqlı olmaqla yanaşı, həm də susuzluğa davamlıdır. Əkin zamanı torpağa çiyidlə birlikdə ammofos gübrəsi veririk. Bu da bitkinin yaxşı çıxmasına və boy atmasına müsbət təsir edir”.

Malaçəkən traktorlar yanaşı olan digər əraziyə - Rəvan Bəşirovun sahəsinə keçdi.

Hazırda “P-Aqro” MMC-nin Salyan filialı ilə hələ ilin əvvəlində müqavilə bağladığı fermerlərin yaşadıqları Şorsulu, Dayıkənd, Qızılağac, Arbatan, Kürqaraqaşlı, Parça Xələc, Yenikənd və digər ərazilərdə çiyid səpini gedir və işlər gündən-günə sürətlənir. Səpini optimal müddətdə başa çatdırmağa çalışan mülkiyyətçilər və filial işçiləri gün çıxandan gün batana kimi sahələrdə olurlar. Hər gün 26 traktor, 12 mala, 15 səpin aqreqatı sahələrə çıxarılır, 90 - 100 hektarda səpin aparılır.

Qeyd edək ki, cari ildə filialla 374 nəfər fermer 2 min 150 hektarda pambıq əkib-becərmək üçün müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən, bu qədər sahədə iki dəfə şum edilib. İndi isə əkinin qızğın çağıdır. Fermerlərin sahələri növbəlilik əsasında, arata düşdükcə malananaraq əkilir. Kifayət qədər gübrə və toxum tədarük edilmişdir. Fermerlərə “Bəyaz altun” və “Lodos” sortları əkmək təklif olunur. “Bəyaz altun” toxum sortu artıq bir neçə ildir Azərbaycanda istehsal olunan xam pambıqdan da alınır. Keyfiyyəti pis deyil, qiyməti də sərfəlidir - kiloqramı digər sort kimi 5  yox, 2 manatadır.

“P-Aqro” MMC-nin Salyan filialı torpaq mülkiyyətçiləri və fermerlərin etimadını qazanmışdır. Şəffalıq müəssisənin iş prinsipinin başlıca şərtidir. Buna görə də fermerlər ondan razılıq edirlər. Düzlük, şəffalıq olan yerdə, atalar demişkən, bərəkət də olur. Keçən il hər hektardan 42,6 sentner pambıq götürülmüşdür. Bu da ölkə üzrə ən yüksək göstərici olmuşdur.

İstər filialın kollektivi, istərsə də fermerlər, torpaq mülkiyyətçiləri çiyid səpininə yüksək əhvali-ruhiyyə ilə, etimadla başlamışlar. Atalar yaxşı deyiblər: “Niyyətin hara, mənzilin ora”. İnanırıq ki, Salyan pambıqçıları cari ildə də yaxşı nəticələr əldə edəcəklər.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!