30 Noyabr 2023 23:27
549
PARLAMENT
A- A+

Sahibə Qafarova: Həmrəylik və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementlərindəndir


Sahibə Qafarova: Həmrəylik və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementlərindəndir
Bakı, 30 noyabr, AZƏRTAC

“Azərbaycan beynəlxalq birliyin fəal və məsuliyyətli üzvüdür. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dialoq, həmrəylik və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementlərindəndir”.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan qəbulda səsləndirib.

Spiker qeyd edib ki, bu prinsipləri Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətində, Qoşulmama Hərəkatının sədri qismində bir sıra təşəbbüslərin irəli sürülməsində, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən enerji, həmçinin Şərqlə Qərbi birləşdirən iri nəqliyyat layihələrinin həyata keçirilməsi kimi bir sıra hallarda aydın müşahidə etmək olar.

Milli Məclisin sədri Azərbaycanın bu gün ən müxtəlif sahələrdə qazandığı nailiyyətlər barədə də tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin son 20 ildə mühüm iqtisadi tərəqqiyə nail olduğunu qeyd edib. Azərbaycanda ÜDM-in dörd dəfə, büdcə gəlirlərinin 30 dəfə, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artması diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 50 faizdən 5,5 faizə düşüb. Ötən 20 il ərzində Azərbaycana 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, bunun da 200 milyarda yaxın hissəsi iqtisadiyyatın qeyri-neft sektoruna yatırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video