29 Dekabr 2024 19:44
983
PARLAMENT
A- A+
Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb YENİLƏNİB  

Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb YENİLƏNİB  


Dekabrın 29-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin payız sessiyasında sonuncu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri iclası açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladıb. O bildirib ki, Prezidentin bu qərarı xalqımızın və dövlətimizin konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.

Sonra gündəmdə olan məsələlər ətrafında müzakirələr aparılıb.

Parlamentin sədri gündəliyə 10 məsələnin daxil edildiyini və ilk məsələnin Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında qərar layihəsi olduğunu deyib. O qeyd edib ki, komissiyanın üzvlüyünə Milli Məclisin deputatları, habelə Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov, Xalq şairi Sabir Rüstəmxanlı və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İskəndərov namizəd göstərilib.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ barədə məlumat verib.

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda yenidən formalaşmış komissiyanın üzvü Sabir Rüstəmxanlı çıxış edərək, toponimiya sahəsində tarixilik, milli mənafelərin qorunması kimi amillərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. O, bu məsələlərin – birinci oxunuşda təqdim edilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi, habelə uyğunlaşdırma xarakteri daşıyan və müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq bir oxunuşda baxılaraq qəbul ediləcək Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələlər barədə məlumatı təqdim edib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edilən məsələlər barədə bu komitənin rəyini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Daha sonra komitə sədri Azər Əmiraslanov “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri növbəti iki məsələnin uyğunlaşdırma xarakteri daşıdığını və bu qanun layihələrinin “Normativ hüquqi aktlar haqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda baxılıb, qəbul ediləcəyini bildirib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Mülki Məcəllədə və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətindən bəhs edib.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Daha sonra Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonuncu məsələ isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətinin təsdiq edilməsi haqqında olub.

Deputat Samir Vəliyev müraciəti oxuduqdan sonra sənəd səsə qoyularaq qəbul edilib.

Bununla da VII çağırış Milli Məclisin ilk sessiyası olan 2024-cü ilin payız sessiyasının başa çatıb.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

FHN Ucardakı zəncirvari ağır yol qəzası ilə bağlı məlumat yayıb YENİLƏNİB

11:23
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

"Futbolçu əziyyət görəndə qazandığı pulun qədrini biləcək"

09:10
16 Fevral

Gəncədə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

09:05
16 Fevral

Şəhid məzarları ziyarət edilib  

09:00
16 Fevral

Rəsmi İrəvanın "sülh" oyunları

08:55
16 Fevral

Bir qərinənin faciəsi

08:50
16 Fevral

Sovet hakimiyyətinin unutdura bilmədiyi Əli bəy Hüseynzadə

08:45
16 Fevral

Milli ruhlu rəssamın yaradıcılıq yolu

08:40
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!