13 Sentyabr 2022 12:50
780
Səhiyyə
A- A+

Sağlam arıqlamaq və pəhriz üçün D vitamini çox əhəmiyyətlidir

 

Ayrı-ayrı vaxtlarda hər kəs emosional aclıqla üzləşə bilər. Çox vaxt fiziki aclıq hiss olunmasa da, hisslərlə əlaqədar bəzi boşluqları yeməklə doldurmağa ehtiyac duyulur. Xüsusilə stress, narahatlıq və ya depressiyada olarkən yemək istəyi daha da artır. Artıq çəkidən qurtulmaq istəyi psixologiyaya təsir etdiyi kimi, psixologiya özü də artıq çəkidən xilas olmağa təsir göstərə bilər. Ona görə də pəhrizə başlamazdan əvvəl ona hazır olmaq lazımdır.

Sağlam arıqlamaq və pəhriz üçün D vitamini çox əhəmiyyətlidir. Diyetoloqların dediyinə görə, qidalanma zamanı tərkibində D vitamini olan yumurta və balığa üstünlük verilməlidir. Bundan başqa, yulaf, yoqurt, fındıq, qoz, alma, armud, avokado və yaşıl çaydan çox istifadə olunmalıdır.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ofeliya Tahirli deyib: “Balanslı çəki dedikdə istər çəki itirərkən, istərsə də normal sağlam qidalanma zamanı qida rasionunda yağların, zülalların, karbohidratların, mineralların, vitaminlərin və mayenin düzgün qəbulu nəzərdə tutulur. Ümumiyyətlə, sağlam şəkildə qidalanmadıqda çəki itirərkən çox böyük problemlə üzləşmək mümkündür. Bunun əsas səbəbi orqanizmə lazım olan maddələrin çatışmazlığı ilə əlaqədardır və bunun nəticəsində də bir çox problemlər yaranır”.

Mütəxəssislər yuxu normasını əməl etməyin pəhriz üçün əhəmiyyətli olduğunu vurğulayırlar. Həmçinin gərgin iş rejimi və gündəlik problemlərin yaratdığı stress diyetanın müsbət nəticəsinə mane olan səbəblərdən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video