22 Avqust 2024 09:45
125
İQTİSADİYYAT
A- A+

Şabranda məskunlaşmış qərbi azərbaycanlılar doğma yurdlarına dönəcəklərinə inanırlar

 

Ölkəmizin hər bölgəsində olduğu kimi, Şabran rayonunda da əslən Qərbi Azərbaycandan olan soydaşlarımız yaşayırlar. Düzdür, erməni şovinizmi və keçmiş SSRİ rəhbərliyinin riyakarlığı səbəbindən dədə-baba yurdlarından, doğma ocaqlarından zorla köçürülmüş soydaşlarımızdan indi sağ qalanlar çox deyil. 
Əvəzində övladları, nəvə-nəticələri var və onlar da özlərini qərbi azərbaycanlı hesab edirlər, tezliklə tarixi yurdlarına dönəcəklərinə inanırlar.
Bu, Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şabran rayonunda məskunlaşmış qərbi azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza  qayıdış  imkanlarının   təbliği" layihəsi həyata keçirilən zaman bir daha bəlli oldu. İctimai birliyin sədri Gülsənəm Əmrahovadan öyrəndik ki, Şabran  şəhərində 7, Kilvar kəndində 13, Ağbaş, Xəlfələr və Yeləkəsən kəndlərinin hər birində 1, Taxtalar kəndində 2, ümumilikdə 25 ailədə və Qarabağlı qaçqın və məcburi köçkünlər üzrə nümayəndəlikdə  sakinlərin iştirakı ilə   qayıdış prosesi mövzusunda  maarifləndirici görüşlər keçirilmişdir. Görüş iştirakçılarına agentliyin maliyyə dəstəyi,  ictimai birliyin təşkilatçılığı ilə nəşr edilmiş "Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır" adlı kitablar paylanmışdır. 
Sədr onu da dedi ki, tarixi torpaqlarımıza kənar ölkələrin ərazisindən köçürülmüş bədnam ermənilər tərəfindən öz havadarlarına arxalanaraq zaman-zaman xalqımıza qarşı törədilən soyqırımlar və deportasiyalar nəticəsində əzəli yurd yerlərindən didərgin salınmış, uzun müddət torpaq nisgili ilə yaşamış soydaşlarımızın məskunlaşdığı  şəhər və kəndlərdə aktuallıq kəsb edən bu layihənin həyata keçirilməsi qayıdış prosesinə yönəlik addım kimi minnətdarlıq hissi ilə qarşılanmışdır: "Görüşlər başa çatdıqdan sonra iştirakçılar tərəfindən  yekdilliklə hazırlanaraq təsdiq edilmiş bəyanat qəbul olunmuşdur. Bəyanatda Qərbi Azərbaycanın şəhər və kəndlərindən didərgin salınmış və hazırda Şabran rayonunda məskunlaşmış soydaşlarımızın daim öz doğma torpaqlarına qayıtmaq  əzmində olduqları, əzəli torpaqlarımıza, yurd yerlərimizə qayıdışı  mütləq şəkildə dəstəklədikləri, Ermənistan tərəfinin isə ədalətin bərpa olunmasını yubatmaqla  qayıdış prosesinin davamlı həlli istiqamətində irəliləyişə yardım etmədiyi vurğulanmışdır. Bununla da Şabran rayonunda məskunlaşmış qərbi azərbaycanlı soydaşlarımız Ermənistan hökumətini insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə hörmət etməyə və öz əzəli torpaqlarından qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırmışlar", - deyə G.Əmrahova bildirdi.
Ümumiyyətlə, Şabranda məskunlaşmış qərbi azərbaycanlılarda da doğma yurda  qayıdışa inam çox güclüdür. Bu inamı və əminliyi onlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi və möhkəm iradəsi yaratmışdır. 30 il ərzində erməni vandallarının viranəyə qoyduğu Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, o yerlərə Böyük qayıdış, bu ümidi daha da artırmışdır.
Sonda onu qeyd edək ki, Şabran şəhərindəki Zərifə Əliyeva adına parkda layihənin davamlı təsir imkanlarını artırmaq məqsədi ilə tarixi Azərbaycan torpaqlarının əhatə etdiyi coğrafi ərazi və tarixi faktlar əsasında hazırlanmış xəritə -  iriölçülü lövhə-panno quraşdırılmışdır.

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video