06 Sentyabr 2025 08:25
614
SİYASƏT
A- A+
Rusiyada digər millətlərə qarşı qeyri-insani davranışlar sərgilənir

Rusiyada digər millətlərə qarşı qeyri-insani davranışlar sərgilənir


Bundan azərbaycanlılar da əziyyət çəkirlər


Bir neçə aydır ki, bütün dünyanın gözü qarşısında gah gizlin, gah da nümayişkaranə şəkildə Rusiyada yaşayan və işləyən etnik azlıqlara, o cümlədən azərbaycanlılara qarşı təzyiqlər, qeyri-insani davranışlar, qeyri-qanuni tələblər davam etməkdədir. 

Yekaterinburqda baş verən qətl hadisəsindən bu günədək Rusiyada soydaşlarımıza, ümumən Azərbaycana qarşı olan dözülməz münasibətlər  dediklərimizin bariz nümunəsidir. Rusiyanın gündə bir şəhərində, gündə bir ticarət şəbəkəsində, lap elə vətəndaşın yaşadığı mənzilinin içində "miqrant ovu" aparılır. Soydaşlarımız döyülür, söyülür, aşağılanırlar və sairə. Onlar əsassız olaraq narkotik alveri, terrorçuluğa dəstək kimi ağır ittihamlarla üzləşirlər. Bu cür hallar Rusiyanın demək olar ki, bütün şəhərlərində müşahidə olunur.

Digər tərəfdən, "Rusiya ruslar üçündür" şüarı ilə siyasətə atılan populist siyasətçilər islamofob mövqelər sərgiləyir və iddia edirlər ki, guya ölkədə iqtisadi vəziyyətin pisləşməsinə miqrantlar səbəb olurlar. Onların fikrincə, miqrantlar iş yerlərini tutaraq rusların kənarda qalmasına yol açırlar. Halbuki reallıq tamam fərqlidir. Miqrantlar əsasən rusların işləməkdən imtina etdiyi ən ağır və zəhmətli işlərdə çalışırlar.

İnsan itkisi ilə nəticələnən Moskva-Qroznı reysi ilə uçan təyyarənin vurulmasından çox keçməmiş, azərbaycanlıların polis tərəfindən amansızlıqla qətlə yetirilməsi artıq heç bir məntiqə, qanuna və insani dəyərlərə sığmayan faktdır. 

Azərbaycanlı alimlərin, mədəniyyət və incəsənət xadimlərinin, adi iş adamlarının, hətta deputatın hava limanında yerli-yersiz incidilməsi, süründürməçiliyə məruz qalması, saxlanılaraq deportasiya edilməsi Rusiya tərəfindən ənənə halını alıb.  Ölkəmizə qarşı təşkil olunan kiberhücumlar, Azərbaycanın ixrac etdiyi məhsullarda guya "zərərli maddələrin" tapılması və digər təxribat xarakterli addımlar heç bir halda müttəfiqlik münasibətlərinə uyğun gəlmir.

Ukrayna-Rusiya müharibəsi fonunda Rusiya Ukraynada Azərbaycana məxsus obyektləri vurur. Səfirliyimizə dəyən zərər, SOCAR-ın bazaları… Bunlar Rusiya tərəfindən Azərbaycana qarşı qəsdən törədilmiş hadisə kimi qarşılanır. Ötən ilin sonundan bu kimi qəbulolunmaz hərəkətlər nəticəsində hər iki ölkə arasında gərginlik artan xətlə davam edir. Rusiyanın Azərbaycana olan aqressiyası müttəfiqlik qaydalarına zidd davranışın əsaslı nümunəsidir.

Rusiya silahlı qüvvələrinin Kiyevdəki Azərbaycan səfirliyinin binasını hədəf alması əvvəlcədən planlaşdırılmış hadisə kimi qiymətləndirilir və daha əvvəl də dəfələrlə SOCAR-a məxsus obyektlər vurulmuşdu. Analitiklərin fikrincə, bütün bunlar geosiyasi xarakter daşıyır və Ermənistanla Azərbaycan arasında əldə olunan sülh razılaşmaları ilə bağlıdır.

Ötən ayın birinci ongünlüyündə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən Vaşinqton görüşünün nəticələri sanki şimal qonşumuz üçün "soyuq duş" effekti yaradıb. Hadisələrin  gedişindən məlum olur ki, rəsmi Moskva bunu gözləmirdi və başa düşdü ki, Cənubi Qafqazda təsir imkanları azalmaqdadır.

Ekspertlər bildirirlər ki, hüquqi baxımdan Azərbaycan-Rusiya arasında strateji müttəfiqlik haqqında müqavilə imzalanıb. Lakin, son ayların hadisələri fonunda, xüsusilə məlum təyyarə faciəsindən sonra Rusiyanın davranışlarını, orada yaşayan soydaşlarımıza qarşı təzyiqləri, muzdlu təbliğatçılar tərəfindən tirajlanan anti-Azərbaycan təbliğatını qətiyyən müttəfiqlik, qonşuluq münasibətlərinə aid etmək olmaz. Bütün bunlar olduqca xoşagəlməz hadisələrdir və sonunun necə olacağı daha çox Rusiyadan asılıdır.

Rusiya ilkin addımları atmalı, təyyarə məsələsini beynəlxalq hüquq çərçivəsində həll etməli, soydaşlarımıza qarşı təzyiqləri, kütləvi informasiya vasitələrində düşmənçilik təbliğatını dayandırmalıdır. Ədalət zəfər çalmalı, sağlam fikir qalib gəlməli, münasibətlər qaydasına düşməlidir.

Artıq 4-cü ildir ki, müharibə davam edir və hələ də Rusiyanın Ukrayna şəhərlərini dağıtmaqdan başqa nəzərəçarpacaq qələbəsi görünmür. Qərbdən əsaslı dəstək alan Ukrayna müdafiə olunur və müharibə uzanır. Bu da Rusiya iqtisadiyyatını və insan resurslarını məhvə doğru aparır. Avropa və ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar, əhalinin onsuz da zəif olan sosial vəziyyətini gündən-günə  ağırlaşdırır. İllik inflyasiya 11,13 faiz təşkil edir. Dollar rublu 100 faiz üstələyib. Rusiya Avropa qaz bazarının 26 faizini əlində saxlayaraq milyardlarla dollar gəlir qazanırdı. Bu gün bu rəqəm 5 faizdən də aşağı enib.  

Müharibə dövründə oliqarxların övladlarının Avropa və Asiyanın məşhur istirahət mərkəzlərində əylənməsi, həmin məkanlardan paylaşdıqları foto və videolar sosial şəbəkələrdə geniş narazılıqla qarşılanır. Halbuki ön cəbhəyə göndərilən və ölümlə üz-üzə qalanlar əsasən milli azlıqlardır. Bu vəziyyət isə etnik tərkibli muxtar qurumlarda birmənalı qarşılanmır və ciddi narahatlıq doğurur.

Səfərbərlik zamanı gənclərin zorla döyüşə göndərilməsi, böyük itkilər bahasına kiçik bir şəhərin alınması kimi halların "uğur" kimi təqdim edilməsi, əslində, cəmiyyətin artan narazılığını daha da dərinləşdirir. Lakin Rusiya televiziyaları bu narazılıqları görməzdən gəlir və əsl problemlər ətrafında müzakirə aparmaq əvəzinə, yeni "düşmən obrazı" axtarışına çıxırlar. Klassik imperiya siyasəti yenidən işə salınır: əvvəlcə süni münaqişə yaradılır, qan tökülür, sonra isə Rusiya özünü "sülhməramlı" kimi təqdim edərək səhnəyə çıxır. 

Rusiya hələ də keçmiş SSRİ respublikalarını müstəqil dövlətlər kimi qəbul etmək istəmir. Onlara yuxarıdan aşağı baxır, hərbi və siyasi təzyiqlər göstərir, bu ölkələrə hələ də özünün koloniyaları kimi yanaşır. Həyata keçirilən "Total təbliğat" və "total nəzarət" millətlərarası əlaqələrin parçalanmasına zəmin yaradır.

Rusiyanın hazırkı siyasətinə və aparılan müharibəyə etiraz olaraq ölkəni tərk edən tanınmış yazıçı Boris Akunin bir müsahibəsində deyib: "Bu gün Rusiya cəmiyyəti məsuliyyətli davranmalı, gələcəyə baxmalı və onu hansı fəlakətlərin gözlədiyini dərk etməlidir". Həqiqətən də Rusiya fəlakətə çox yaxın nöqtədədir. Bu fəlakəti önləmək üçün Kremlin yeni münaqişə ocaqları yaratmağa ehtiyac duyduğu açıq şəkildə hiss olunur. Təsadüfi deyil ki, Ermənistanda baş qaldıran revanşist meyillər də məhz Rusiyanın bölgədə həyata keçirdiyi siyasətin nəticəsidir. Ermənistan xalqının qəzəbi ilə hakimiyyətdən uzaqlaşdırılan Koçaryan-Sarkisyan cütlüyünün yenidən siyasi səhnədə görünməsi, mövcud hökuməti Qarabağın itirilməsində ittiham etməsi, bu proseslərin Moskvanın dəstəyi ilə yönləndirildiyini göstərir.

Bütün bu hadisələr bir daha sübut edir ki, Rusiya tərəfindən sərgilənən bu siyasət bölgədə sabitliyə deyil, qarşıdurmaya və etimad itkisinə xidmət edir. Əgər Moskva regional əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək istəyirsə, əvvəlcə müttəfiq olduğu ölkələrə qarşı bu cür düşmən yanaşmadan imtina etməlidir.

Azərbaycan postsovet ölkələri arasında stabil siyasət aparan, qonşularının geosiyasi, geoiqtisadi milli maraqlarına hər zaman hörmətlə yanaşan ölkədir və qonşularından da adekvat münasibət gözləmək haqqına malikdir. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!