02 Avqust 2025 08:10
692
SİYASƏT
A- A+
"Rusiya yaxşı bilir ki, Azərbaycanda "Naqornıy Karabax" adlı ərazi yoxdur"

"Rusiya yaxşı bilir ki, Azərbaycanda "Naqornıy Karabax" adlı ərazi yoxdur"


"Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması, TASS İnformasiya Agentliyində Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" kimi yazılması RF tərəfindən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizliyin növbəti təzahürüdür. Rusiyanın dövlət informasiya agentliyində bilərəkdən "Stepanakert" adından istifadə olunması dövlət səviyyəsində anti-Azərbaycan kampaniyasının davam etdirildiyini göstərir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. Bildirib ki, Rusiyanın rəsmi dövlət orqanları yaxşı bilirlər ki, Azərbaycanda "Stepanakert" adında bir inzibati ərazi yoxdur: "Bu şəhərin adı tarixən Xankəndi olub və torpaqlarımız işğaldan azad olunandan sonra tarixi ədalətsizlik bərpa edilərək doğma şəhərimizin tarixi adı qaytarılıb. Xankəndi Azərbaycanın suveren ərazisində yerləşir və hər bir dövlət öz ərazisindəki inzibati ərazilərin adlarını müstəqil şəkildə müəyyən edir. Bu baxımdan qaytarılmış  tarixi adın təhrif edilməsi və ya separatçılığın yenidən qızışdırılması üçün belə təxribatyönümlü addımların atılmasını ancaq qeyri-dost addım hesab etmək olar. TASS tərəfindən Xankəndinin adının "Stepanakert" kimi qələmə verilməsi Azərbaycanın öz ərazilərində suverenliyini təmin etməsinin Rusiya tərəfindən hələ də həzm edilmədiyini göstərir".

Deputat bildirib ki, erməniəsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi: "Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizlik idi. Rusiya sülhməramlıları noyabrın 10-da dövlət başçılarının imzaladığı üçtərəfli Bəyanata əsasən Qarabağa gəlmişdi.  Sülhməramlıların Azərbaycanla razılaşdırılmadan  hər hansı bir tikintinin aparılmasına icazəsi yox idi. Ayvazovskinin büstünün qoyulması və digər tikililərin ərazilərimizdə özbaşına inşa edilməsi qanunlarımıza və suverenliyimizə hörmətsizlik olub. Bu baxımdan Ayvazovskinin büstünün götürülməsi ölkəmizin qanunlarına uyğundur və buna görə də Rusiyanın narahat olmağına dəyməzdi".  

A.Badamov vurğulayıb ki, Rusiya ərazilərimizdə mədəni dini abidələrin qorunmasını istəsəydi, torpaqlarımız 30 il işğal altında olduğu dövrdə ermənilər tərəfindən dağıdılaraq məhv edilən dini-mədəni abidələrimizlə bağlı bir xəbəri dərc edər və ya dövlət səviyyəsində rəsmi müraciət səsləndirərdi: "İşğal olunmuş ərazilərimizdə 67 məscidimizdən 65-i dağıdılaraq yerlə yeksan olundu. İki məsciddə isə donuz saxlanılaraq düşünülmüş şəkildə dini dəyərlərimizi  təhqir etdilər. Qəbiristanlıqlarımız və mədəni abidələrimiz təhqir olunaraq dağıdıldı. Şuşada yerləşən Vaqifin məqbərəsi uçuruldu, Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün büstləri gülləbaran edilərək satışa çıxarıldı. Bütün bunları Rusiya görmürdümü? Bu hadisələr Rusiyanın gözü qarşısında baş verirdi. Rəsmi Moskva əgər ədalət nümayiş etdirmək istəsəydi, 30 il torpaqlarımız işğal altında olduğu dövrdə törədilmiş vandalizm hərəkətlərinə görə Ermənistana ən azından irad bildirərdi. Yalnız Paşinyan Praqada Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bəyan edəndə Rusiya narahat olmağa başladı. Yəni əlindən gələni edərək separatçıları dəstəkləyərək Xankəndinin Azərbaycana qayıtmasının qarşısını almağa çalışdı. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində torpaqlarımızda erməni separatizminin kökü kəsildi. Məhz torpaqlarımızdan erməni separatçılarının təmizlənməsi sayəsində sülhməramlı adı altında ərazilərimizə gəlmiş Rusiyanın hərbi kontingentinin görəcəyi bir işi qalmadı və o səbəbdən ərazilərimizi tərk etdilər".  

Deputat vurğulayıb ki, Rusiya proseslərin gedişini və Azərbaycanın yaratdığı reallığı həzm edə bilmədiyindən "Stepanakert" adından istifadə etməklə anti-Azərbaycan təbliğatını davam etdirir: "Təkcə TASS "Stepanakert" adından istifadə etməklə kifayətlənmir. "Sputnik Armeniya"nın saytında "Naqornıy Karabax" bölməsinin saxlanılması da təxribat xarakterli hərəkətdir. Çünki Qarabağın Ermənistana heç bir aidiyyəti yoxdur. Rusiya yaxşı bilir ki, nə Azərbaycan, nə də Ermənistan ərazisində "Naqornıy Karabax" adında inzibati ərazi var".  

İşğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını xatırladan A.Badamov hesab edir ki, bu baxımdan "Sputnik Armeniya"nın rəsmi saytında "Naqornıy Karabax" bölməsinin saxlanılması qəbuledilməzdir və bununla bağlı Rusiya XİN-ə növbəti etirazımızı bildirməliyik: "Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyətinin guya "ləğv edilməsi" iddiaları növbəti yalandır. Qeyd etmək istəyirəm ki, ərazilərimizdə Rusiya mədəniyyətinə aid abidələr, rus teatrı, rus dilndə nəşrlər, məktəblər fəaliyyətlərini davam etdirirlər. Amma Rusiyada 3 milyondan çox azərbaycanlı yaşadığı halda eyni hüquqlar soydaşlarımız üçün təmin olunmur. Təbii ki, Rusiya ədalətli mövqe gözləyirsə, burada əhalinin sayına görə paritet qorunub saxlanılmalıdır. Rusiya bu məsələni də diqqətdə saxlasın və  bu istiqamətdə görülməli addımlardan danışsın. Əks halda Azərbaycanın rusdilli müəssisələrinin fəaliyyəti ilə bağlı paritetin qorunmasında diqqət etməli olduğunu düşünürəm".

Siyasətçi bildirib ki, Azərbaycan tərəfindən Rusiya ilə gərginliyin azaldılması və münasibətlərin yenidən normallaşdırılması istiqamətində addımların atılmasına baxmayaraq, RF-nin anti-azərbaycançı qüvvələri hərəkətlərindən əl çəkmir və bu siyasəti gündən-günə dərinləşdirirlər. "Bu yanaşma iki ölkə arasında sağalmaz çat yarada bilər. Azərbaycan dövləti ölkəmizə qarşı edilmiş bütün tarixi ədalətsizliklərə baxmayaraq, etibarlı qonşu statusunu qoruyub saxlamağa çalışır. Rusiyadakı qüvvələr də bilməlidir ki, Azərbaycan müstəqil ölkədir və münasibətlərdə gərginliyin dərinləşməsinə aparan hərəkətləri davam etdirməklə ölkəmizi özündən uzaqlaşdırır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!