09 Oktyabr 2025 20:34
522
CƏMİYYƏT
A- A+
Rüfət Əliyev:İtkin düşmüş şəxslərin müəyyən edilməsində çox ciddi nəticələr əldə olunub  

Rüfət Əliyev:İtkin düşmüş şəxslərin müəyyən edilməsində çox ciddi nəticələr əldə olunub  


Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2008-ci il aprelin 14-də imzalanmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında antemortem məlumatlar toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə Çərçivə sazişi əsasında münaqişə dövründə itkin düşmüş, eləcə də girov götürülmüş şəxslərin ailə üzvlərindən və yaxın qohumlarından 2014-cü ildən başlayaraq 11 mindən artıq bioloji nümunə toplanılıb. Bioloji materialların mənsubluğunun müəyyən edilməsi üçün aparılan sorğu axtarış işləri üzrə tədbirlərdə istifadə olunması məqsədilə həmin nümunələr əsasında DNT profilləri əldə olunaraq sistemləşdirilib və məlumat bankına daxil edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbədən, eləcə də 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün yeni imkanlar açılıb. Azərbaycana qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin aşkar edilmiş naməlum meyitlərin genetik identifikasiyası işinin daha səmərəli təşkili, eləcə də prosesin sürətləndirilməsi məqsədilə Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyevin müraciəti əsasında Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncamla dövlət büdcəsindən vəsait ayrılıb və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzi dünya standartlarına uyğun müasir avadanlıq və cihazlarla təchiz edilib. Qeyd etmək istərdim ki, genetik identifikasiya tədbirləri üzrə bütün xərclər Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində "İtkin düşmüş şəxslərin axtarışı üzrə milli təcrübələr: itkin düşmüş şəxslərin qalıqlarının tapılması və bərpası, həmçinin məhkəmə-tibbi identifikasiya ilə bağlı irəliləyişlər və çətinliklər" sessiyasında çıxışı zamanı bildirib.

O deyib ki, 2022-ci ildə dövlət genom qeydiyyatına dair milli qanunvericilik bazasında aparılmış dəyişikliklərə əsasən hərbi təcavüz nəticəsində xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin götürülməsi, DNT analizlərinin aparılması, profillərin əldə edilməsi və məlumat bankının saxlanılması Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilib. Aşkar edilmiş skelet qalıqlarından götürülmüş bioloji materiallar Baş Prokurorluğun qərarına əsasən Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən Hərbi-tibb baş İdarəsinə göndərilir. “Laboratoriyamızda həmin bioloji materiallardan genetik tədqiqatlarla əvvəlcə DNT nümunəsi çıxarılır, genotipləndirmə analizləri aparılır və məlumat bankında toplanmış istinad profillərinin müqayisəli təhlili əsasında şəxsiyyətin kimliyi müəyyən edilir. İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsində məhkəmə genetik tədqiqatların kritik əhəmiyyəti və mürəkkəblik faktorları nəzərə alınaraq tərəfimizdən qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və təhlilinə xüsusi önəm verilir. Dünya miqyasında ən uğurlu layihə hesab edilən ICMP-nin standart əməliyyat prosedurları əsas götürülərək protokol yaradılıb. 2024-cü ilin may ayında Genetik Araşdırmalar Mərkəzi Beynəlxalq Məhkəmə Genetika Cəmiyyətinin təşkilatçılığı ilə Oslo Universitetinin Məhkəmə Ekspertiza Departamenti və İsveçin Milli Məhkəmə Ekspertizası Qurumu tərəfindən qiymətləndirmədən müvəffəqiyyətlə keçib. Ötən il oktyabrın 31-də isə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən isə ISO-17025 standartına uyğun olaraq akkreditasiya olunub və sertifikatlaşdırılıb. Genetik mütəxəssislərimiz bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə Kipr, Avstraliya, Türkiyə, İsveçrə, Rumıniya, eləcə də Bakı şəhərində və respublikamızın digər bölgələrində keçirilən konfrans, təlim və treninqlərdə iştirak ediblər. Bu, onların məhkəmə genetik tədqiqatları sahəsində təcrübə və biliklərini daha da zəngin edib”, - deyə o vurğulayıb.

Rüfət Əliyev diqqətə çatdırıb ki, Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxslərin axtarılması işinin səmərəliliyinin artırılması, dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin düzgün əlaqələndirilməsi, həmçinin identifikasiya prosesinin digər iştirakçıları ilə koordinasiyanın operativ şəkildə təmin edilməsi ilə itkin düşmüş şəxslərin müəyyən edilməsində son dövrlər çox ciddi nəticələr əldə etmək mümkün olub: “Qeyd edilməlidir ki, son dərəcədə həssas və prinsipial mövzu olan, xəbərsiz itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, onların ailələrinə məlumatın verilməsi prosesi Dövlət Komissiyasının və dövlət qurumlarının gərgin və effektiv işi hesabına aparılır. İtkin düşmüş şəxslərin axtarışında genetik tədqiqat məsələlərinə dair Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilmiş vəzifələrin icrasında Hərbi-tibb baş idarəsi müasir tibbi texnoloji imkanları ilə genetik mütəxəssislərin peşəkar yanaşması bundan sonra da səylərini əsirgəməyəcək və itkin düşmüş sonuncu şəxsin taleyi müəyyən edilənədək tərəfimizdən proses davam etdiriləcək. Əminəm ki, hazırkı dövrdə dünyada baş verən münaqişələr fonunda itkin düşmüş şəxslər üzrə Bakı Dialoqu formatı beynəlxalq humanitar missiyanın mühüm elementi kimi qarşılıqlı əməkdaşlığın daha da güclənməsi işinə öz müsbət töhfəsini verəcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!