15 İyul 2025 17:57
578
SİYASƏT
A- A+
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 15-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə bir neçə vəsatət təqdim edib. Deyib ki, müdafiə tərəfi bundan əvvəl iclas protokolları ilə tanış olmaq üçün ərizə ilə müraciət edib. O xahiş edib ki, vəkili Avraam Bermana onun iştirakı olmadan da iclas protokolları ilə tanış olmasına şərait yaradılsın.

İclasa sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, vəsatət təmin olunur. Bu, təqsirləndirilənin hüququdur. Təqsirləndirilən Ruben Vardanyana və onun vəkili Avraam Bermana iclas protokolları ilə tanış olmaq üçün daim şərait yaradılıb və bundan sonra da yaradılacaq.

Sonra Ruben Vardanyan bütün məhkəmə iclaslarından əvvəl ona vəkili ilə konfidensial görüşmək üçün imkan yaradılmasını xahiş edib. Bildirib ki, onda müəyyən suallar yaranır və bunu vəkili ilə müzakirə etmək istəyir.

Məhkəmə bu vəsatəti də təmin edib. Hakim Zeynal Ağayev deyib ki, onsuz da hər iclasdan əvvəl onlara davamlı olaraq konfidensial görüş üçün imkan yaradılır və bundan sonra da digər hüquqları kimi, bu hüququ da təmin ediləcək.

Üçüncü vəsatətini təqdim edən Ruben Vardanyan bildirib ki, bundan əvvəl o və vəkili məhkəmə protokollarındakı qərarların çıxarışlarının onlara təqdim olunmasını xahiş ediblər. Hakim Zeynal Ağayev diqqətə çatdırıb ki, hansı iclasların protokollarının qərarlarının çıxarışları ilə tanış olmaq istəyirlərsə, buna dair məhkəməyə siyahı təqdim etsinlər. Həmin siyahıya uyğun olaraq sənədlər müdafiə tərəfinə çatdırılacaq. Ruben Vardanyan məhkəmənin keçirildiyi 6 ay müddətində verdiyi bütün vəsatətlərlə bağlı qərarların çıxarışları ilə tanış olmaq istədiklərini bildirib. Hakim həmin çıxarışların bir hissəsinin artıq onlara verildiyini, digərlərinin də təqdim olunacağını deyib.

Ruben Vardanyanın vəkili Avraam Berman da təqsirləndirilənin vəsatətlərini müdafiə etdiyini söyləyib.

Bundan sonra ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Ramil Manafov qeyd edib ki, övladı Qiyas Manafov Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində həlak olub. O, dünyasını dəyişən zaman 19 yaşı var idi.

Zərərçəkmiş şəxs Beyrək Zülfüqarov ifadəsində düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını deyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında hadisənin Xocavənd istiqamətində baş verdiyini söyləyib.

Minuri Səfərli ifadəsində bildirib ki, qarşı tərəfdən atılmış minaatan mərmisinin partlaması nəticəsində sol ayağından xəsarət alıb. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında hadisə zamanı yanında olmuş Vüsal Lətifovun da xəsarət aldığını diqqətə çatdırıb.

Zərərçəkmiş Sədi Əliyev Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı əl qumbarasının partlaması nəticəsində xəsarət aldığını deyib.

Baş prokurorun böyük köməkçisi Vüsal ƏIiyevin suallarına cavabında zərərçəkmiş şəxs Əli Zeynalov Ağdam rayonunda düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində müxtəlif xəsarətlər aldığını bildirib.

Dövlət ittihamçısı Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Cavid Şavqatlı isə Ağdamda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində yaralandığını qeyd edib.

Rüstəm Rüstəmov Kəlbəcər rayonunun Vəng kəndində düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində qəlpə yarası aldığını söyləyib.

Zərərçəkmiş Salman Budaqov ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib.

Gəray Ağayev Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını bildirib.

Sənan Məmmədov ifadəsində Ağdamda düşmən tərəfindən açılmış atəş nəticəsində başının arxa tərəfindən yaralandığını deyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən hadisə zamanı ölənlərin və yaralananların olduğunu qeyd edib.

Rabil İsmayılov qarşı tərəfdən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkmiş Nurlan Tarverdiyev Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin dronla atdığı mərminin partlaması nəticəsində sol qolundan yaralandığını diqqətə çatdırıb.

Zərərçəkmiş Rəşad Süleymanlı Xocavənd rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkmiş Fəqan Muradov ifadəsində qeyd edib ki, Ağdərə rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş Konsul Qasımov Xocalı istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilmiş partlayış nəticəsində kəllə-beyin travması aldığını bildirib.

Sadiq Şəkərov Ağdam rayonunda düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Fəxri Məmizadə Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin iriçaplı silahdan açdığı atəş nəticəsində xəsarət aldığını vurğulayıb.

Kənan Mahmudov isə Ağdam rayonunda düşmən tərəfindən atılmış qumbaranın partlaması nəticəsində xəsarətlər alıb. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında hadisə zamanı bir nəfərin həlak olduğunu, daha iki nəfərin yaralandığını deyib. Bildirib ki, o, əl, ayaq, göz və bədəninin müxtəlif hissələrindən xəsarətlər alıb.

Zərərçəkmiş Əmir Yusifov Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

İzzət Vəliyev Kəlbəcər rayonunda düşmənin açdığı snayper atəşi nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş digər şəxslər Rövşən Nuriyev, Natiq Qasımzadə, Murad Sadıq düşmənin təxribatları nəticəsində müxtəlif xəsarətlər aldıqlarını qeyd ediblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan olunub.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:10
17 Yanvar

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:09
17 Yanvar

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:08
17 Yanvar

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:07
17 Yanvar

Qərb Sənaye Parkının yaradılması haqqında

02:07
17 Yanvar

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:06
17 Yanvar

Ə.S.Cəlilovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilməsi haqqında

02:05
17 Yanvar

R.G.Vəliyevin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında

02:04
17 Yanvar

N.V.İsmayılovanın"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

02:04
17 Yanvar

"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:03
17 Yanvar

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:02
17 Yanvar

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:00
17 Yanvar

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun tətbiqi və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 437 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:59
17 Yanvar

“Azərbaycan Respublikası vətəndaşlarının pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” Azərbaycan Respublikası Milli Məclisinin qərarının həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:58
17 Yanvar

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:56
17 Yanvar

BİLDİRİŞ

01:55
17 Yanvar

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

01:21
17 Yanvar

Volodimir Zelenski: Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır  

23:40
16 Yanvar

Gio Kristofoli: Azərbaycan regionun enerji təhlükəsizliyinə böyük töhfələr verir  

22:39
16 Yanvar

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib  

21:06
16 Yanvar

Volodimir Zelenski: Ukraynada hər zərbədən sonra elektrik enerjisinin bərpası işləri aparılır  

21:01
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!